Çin onlayn səyahət platformalarında Azərbaycana sifarişlər kəskin artıb

Çin onlayn səyahət platformalarında Azərbaycana sifarişlər kəskin artıbİyulun 3-də Azərbaycan Çin vətəndaşları üçün bir illik vizasız rejim tətbiq etdikdən sonra, Çin onlayn səyahət platformalarında Azərbaycanla əlaqəli turizm məhsullarına maraq kəskin şəkildə artıb.

"Report" "Global Times"a istinadən xəbər verir ki, iyulun 4-də Azərbaycanla əlaqəli turizm məhsullarının axtarış həcmi 50 % artıb.

Bildirilib ki, Azərbaycan istiqamətinə olan sifarişlər ötən ilin iyulun əvvəli ilə müqayisədə 85 % artıb. Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana olan sifarişlər isə 103 % artıb.

Məlumata görə, bu ilin iyulun 4-nə qədər Çindən Azərbaycana aviabilet sifarişlərinin həcmi 336 % artıb.

Qeyd edək ki, Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq edilib. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də qeyd olunub.

Bu ilin yanvar-may aylarında Azərbaycana 179 ölkədən 965,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Çindən Azərbaycana gələnlərin sayı 2,8 dəfə artıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 716   Tarix: 07 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BİG.AZ-ın yazısına AQTA-dan REAKSİYA

Bir müddət bundan əvvəl Avropa ölkələrində market vitrinlərində qida məhsullarının "təbii" və "qeyri-təbii" olmaqla iki qrupa ayrılması təcrübəsinin Azərbaycanda da tətbiq olunmasının mümkünlüyü ilə bağlı yazı dərc etmişdik. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini

14:50 160
.

İsrail ordusu Qəzzanın cənubunda Həmas terror təşkilatının snayper komandirini öldürüb

İsrail ordusu bazar ertəsi günü Qəzzanın cənubunda Həmas terror təşkilatının snayper bölməsinin komandirini öldürdüyünü təsdiqləyib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, 7 oktyabr qırğınında iştirak edən Mahmud Luh, HƏMAS-ın Nuseirat batalyonunun son snayper özəyi komandiri idi. İsrai

11:43 167
.

Bloqer Müjgan həbs edildi

Bloqer Müjgan həbs edilib. "Qafqazinfo" xəbər verir ki, 1992-ci il təvəllüdlü Müjgan Əziz qızı Məmmədzadə Sabunçuda polis əməkdaşları tərəfindən saxlanılıb. Cəmiyyətə qarşı açıq hörmətsizlik, ictimai mənəviyyata zidd əməllərə görə onun barəsində inzibati protokol tərtib edilib. İnzibati Xətala

17:07 94
.

Çörək BAHALAŞACAQ?

Qlobal buğda bazarında qiymətlər artımı davam edir. "Bloomberg" agentliyinin məlumatına görə, Qara dəniz regionunda hərbi gərginliyin dərinləşməsi və məhsul perspektivlərinin pisləşməsi fonunda buğda fyuçersləri ardıcıl ikinci ticarət sessiyasında bahalaşıb. Çikaqo Əmtəə Birjasında (CBOT) ə

29.07.2026 228
.

Fransa media tənzimləyicisi CNews-a immiqrasiya və mədəniyyətlə bağlı efirdəki çıxışlarına görə 200.000 avro cərimə tətbiq edib

Fransa media tənzimləyicisi Arcom çərşənbə günü müsəlmanlar və immiqrantların nəsilləri haqqında yazdıqları şərhlərə görə C News-a 200.00 avro cərimə tətbiq etdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, C News sözçüsü qərardan apelyasiya şikayəti verəcəyini bildirib. C News, fransız milyarde

11:09 177
.

Miri Yusifin oğlu universitetə qəbul oldu

Xalq artisti Miri Yusifin ailəsində xoş gün olub. OLAY yazır ki, bu barədə sənətçinin xanımı Nərgiz Mirbabayeva məlumat yayıb. O, oğlu Hüseynin universitetə qəbul olunduğunu bildirib. Nərgiz deyib ki, Hüseyn üç universitetə müraciət edib və onlardan ən çox istədiyinə daxil olub

12:35 265
.

Kəndli ucuz satır, Bakı bahaya alır: Qiymət fərqinin səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Yay mövsümündə Azərbaycanın bir çox rayonlarında fermerlər meyvə-tərəvəzi alıcı tapmadıqları üçün bəzən maya dəyərindən də aşağı qiymətə satmağa məcbur qalırlar. Ancaq eyni məhsullar paytaxt bazarlarında və supermarketlərdə bir neçə dəfə baha qiymətə təklif olunur. Bu vəziyyət həm istehsalçılar, hə

12:12 186
.

Bakıda ağır qəza: İki futbolçu həlak oldu (VİDEO)

Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində "Toyota"d

10:11 243
.

"Türkiyənin F-35 kimi beşinci nəsil qırıcılara sahib olması Yaxın Şərqdə hərbi-strateji balansı dəyişə bilər" - BƏHRUZ QULİYEV

"ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı verdiyi son mesajlar Ankara üçün mühüm siyasi-diplomatik imkan yaradır. NATO-nun Ankara sammitində Trampın bu məsələnin nəzərdən keçiriləcəyini bildirməsi göstərir ki, Vaşinqtonda Türkiyəyə münasibətdə əvvəlki yanaşmada

13:06 172
.

TOP MP3