Azərbaycanda yeni pullar dövriyyəyə buraxılacaq
"Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib. Baş bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etdiyini açıqlayıb".
BAKU.WS xəbər verir ki, bu barədə VI çağırış parlamentinin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.Bu o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər. Qeyd edək ki, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib.
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir. Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir.
Deməli, tezliklə Azərbaycanda elektron pulların dövriyyəsi buraxılması mümkün olacaq. Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər.
Qeyd edək ki, dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur. 2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1169 Tarix: 08 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Əməkdar artist Mətanət İsgəndərli keçirdiyi mədəkiçiltmə əməliyyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "MTV maqazin" verilişində danışıb. O bildirib ki, 8 saat əməliyyatda qalıb:. "Ölümə qol çəkdim. Səkkiz saat əməliyyat olundum. Səhnə gözəllik tələb edir. Canında
20.10.2026 443 Bu Anlaşma Memorandumu təsdiq edildi
"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu" təsdiq edilib. "Qafqazinfo"
20.10.2026 371 Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?
Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl
20.10.2026 390 Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20.10.2026 359 Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d
20.10.2026 298 Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
Sergen Yalçın Türkiyə Milli Komandasının baş məşqçisi vəzifəsini qəbul etdiyini açıqlayıb. Türkiyə mediasına istinadla bildirir ki, 4 illik razılaşma əldə edildiyini açıqlayan Yalçın deyib: "Ay-ulduz hər şeydən üstündür. Onsuz da yox demək lüksümüz yoxdur". Türkiyə milli komandasının baş məşqçis
20.10.2026 359 Eldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20.10.2026 303 Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA
"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər
20.10.2026 291 Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul
Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd
20.10.2026 408