Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür
Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.
BiG.AZ xatırladır ki, şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.
X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib.
Daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
O, Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.
Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə çəkib. Həmin video qısa müddət ərzində sosial mediada trendə çevrilib.
Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlandırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 895 Tarix: 15 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlanıb. Azərbaycan Prezidenti ilə görüşdən şərə
29.07.2026 187 Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU
Cəlilabadda 15 yaşlı qızla evlənən şəxs həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, rayon sakini olan 21 yaşlı Vüqar Həmidov (adı və soyadı şərtidir) 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-c
29.07.2026 310 Faiq Ağayev tənqidçilərini "cahil" adlandırdı - FOTOLAR
Xalq artisti Faiq Ağayev "DreamFest"dəki obrazı ilə bağlı mənfi şərhləri cavablandırıb. "Yeni Sabah" xəbər verir ki, o, "Instagram"da post paylaşıb:. "Cəsarət mətinlik göstəricidir. Əsl güc, haqlı olduğun yolda qətiyyətlə, rahat addımlamaqdır. Cahillərin təzyiqi is
29.07.2026 353 Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi
Rusiya ordusu Ukraynanın bir sıra bölgələrinə pilotsuz uçuş aparatları ilə növbəti hava hücumu həyata keçirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, zərbələr nəticəsində xüsusilə Xerson vilayətində mülki obyektlərə ziyan dəyib. Hücum zamanı ölən və yaralananları
29.07.2026 198 Tanınmış cərraha 9 il həbs verildi - "Opera Hotel"də tutulubmuş
Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan "Kəpəz Hospital"ın cərrahı Elşən Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, təqsirləndirilən həkimə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib. İş materiallarında
29.07.2026 357 Netanyahu Zelenski ilə görüşdən imtina edib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın paytaxtı Vaşinqtona səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşü keçirməyib. "Haaretz" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Zelenskinin administrasiyası görüşün təşkili üçün Netanyahunun ofisin
29.07.2026 189 Rusiya Svetloye kəndini işğal etdi
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Svetloye kəndini və Sum bölgəsinin Novaya Siç kəndini işğal edib. xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb
29.07.2026 231 Fransa media tənzimləyicisi CNews-a immiqrasiya və mədəniyyətlə bağlı efirdəki çıxışlarına görə 200.000 avro cərimə tətbiq edib
Fransa media tənzimləyicisi Arcom çərşənbə günü müsəlmanlar və immiqrantların nəsilləri haqqında yazdıqları şərhlərə görə C News-a 200.00 avro cərimə tətbiq etdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, C News sözçüsü qərardan apelyasiya şikayəti verəcəyini bildirib. C News, fransız milyarde
11:09 0 İran ABŞ-ın adaya endirdiyi zərbələr nəticəsində üç nəfərin öldüyünü bildirir
İranın dövlət mediası ABŞ-ın Hörmüz boğazı boyunca ölkənin cənub sahilindəki Qeşm adasına hücumları nəticəsində üç nəfərin öldüyünü bildirir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İran mediasının verdiyi məlumata görə, ərazidə partlayış səsləri eşidilib və ABŞ-ın Qeşm adasındakı yaşayış məntəqəsin
10:43 97