İTV üzr istədi
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Avropa Çempionatının final oyununun yayımı zamanı yaranmış texniki problemə görə tamaşaçılardan üzr istəyib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə telekanalın rəsmi feysbuk hesabında paylaşım edilib.
Bildirilib ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb: "Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik".
Qeyd edək ki, yayım zamanı səs və görüntü uyğunsuzluğu sosial şəbəkələrdə tənqid edilib. Belə ki, şərhçi qarşılaşmanı birbaşa Almaniyadan şərh etdiyi üçün səs və görüntü arasında təxmini 3-5 saniyə fərq hiss olunub. Müzakirələri əsasən İspaniya millisinin üzvü Niko Uilyamsın qol vurduğu kadrın şərhdən bir neçə saniyə sonra yayımlanması ətrafında aparılıb. Bildirilib ki, ilk dəfə Avropa Çempionatını yerindən şərh etsələr də, rejissorlar heç cür səs ilə görüntünü uyğunlaşdıra bilməyiblər. Məsələ ilə bağlı İTV-nin idman departamentinin direktoru Kənan Hakimov da sosial şəbəkə hesabında açıqlama yayıb, tamaşaçılardan üzr istəyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1671 Tarix: 15 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma
Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki
20.10.2026 198 Bu məşhurların diplomları peşələri qədər təəccüblüdür
Dünya şöhrətli aktyorların bəzilərinin təhsili onların canlandırdıqları obrazlardan və seçdikləri peşədən tamamilə fərqlənir. Məsələn, "Mr. Bean" obrazı ilə tanınan Rowan Atkinson elektrik mühəndisliyi üzrə magistr dərəcəsi alıb, "Friends" serialında Phoebe Buffay obrazını canlandıra
20.10.2026 352 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib
2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat
20.10.2026 194 Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
"World Population Review" təşkilatının 2026-cı il üzrə dərc etdiyi son hesabat qlobal demqrafik mənzərədə ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, təhlillərə əsasən, dünyanın ən sürətlə böyüyən şəhərlərinin mütləq əksəriyyəti Asiya və Afrika qitələrini
20.10.2026 133 Eldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20.10.2026 268 Zelenskinin seçkilərlə bağlı planı barədə iddia səsləndirilib
Kiprin jurnalisti Aleks Xristoforu Ukrayna lideri Vladimir Zelenskinin Avropa İttifaqının (Aİ) dəstəyini almaq məqsədilə ölkədə seçkilərin təxirə salınmasında maraqlı olduğunu iddia edib. xəbər verir ki, Xristoforu bu fikirləri özünün "YouTube" kanalında səsləndirib. "Məndə belə təəssüra
20.10.2026 227 İmzanı atdıqdan sonra gəlini necə öpdüsə... - Məşhurlar toyda
Türkiyəli aktyor Serhan Onat və Merve Küsmenoğlu 10 illik münasibətlərini rəsmiləşdirərək ailə qurublar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toy mərasimi İstanbulun Mecidiyeköy səmtində yerləşən "DasDas" məkanında keçirilib. Toyda çoxsaylı məşhurlar iştirak ediblər. Aktyo
20.10.2026 259 Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul
Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd
20.10.2026 242 Rusiya-ABŞ əlaqələri Ukrayna münaqişəsinin həllinə təkan verə bilər
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara zəmin yarada bilər. xəbər verir ki, Miroşnik bu barədə "İzvestiya" nəşrinə müsahibəsind
20.10.2026 222