22 İyul - Qalib ölkənin Milli mətbuat günüdür

22 İyul - Qalib ölkənin Milli mətbuat günüdürZəngin və şərəfli inkişaf yolu qət etmiş milli mətbuatımızın yaranmasından 149 il ötür. Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək çox zəngin inkişaf yolu qət edib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı bir çox müstəvidə dünyanın ən qabaqcıl ölkələrinin mediaları ilə rəqabət aparacaq milli dəyərimizə çevrilib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazanan Azərbaycan Respublikası üçün mətbuat və informasiya sahəsinin inkişafı dövlət quruculuğu prosesinin ən önəmli parçalarından biri idi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. Ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərmiş, ölkəmizdə azad mətbuat anlayışının formalaşması üçün əlindən gələni etmişdir. 1998-ci ildə Ümummilli Lider tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu.
Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafını, jurnalist əməyini daim yüksək dəyərləndirən Ulu Öndərin sonrakı dövrlərdə imzaladığı digər Fərman və sərəncamlar, qəbul olunan qanunlar nəticəsində qəzetlərə birdəfəlik yardımlar verildi, "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiqləndi. Həmçinin Ümummilli Liderin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim etdiyi "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul olundu ki, bunlar da öz növbəsində müstəqil mətbuatın inkişafına böyük dəstək oldu. Ulu Öndərin 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi dahi rəhbərin Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunda mətbuata göstərdiyi qayğıya verilən dəyər idi.
Ümummilli Liderin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyev azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır. Son 21 ildə dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edib. 2005-ci ildə dövlət başçısı tərəfindən "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalist əməyinə nə qədər böyük dəyər verildiyini təsdiqlədi. Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 illik yubileyləri dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olundu. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Vətən müharibəsindən az sonra dövlət başçısının "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsasını qoydu. Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər qarşıya yeni və daha məsuliyyətli vəzifələr qoydu. Prezident İlham Əliyev tərəfindən imzalanmış və Azərbaycanda media islahatlarının "yol xəritəsi" kimi dəyərləndirilən "Media haqqında" Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Hazırda Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi üzrə peşəkar və sahəvi jurnalistika təlimləri, media subyektlərinin texniki heyəti üçün ixtisaslaşma proqramları, eyni zamanda, gənc kadrların inkişafı üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif layihələr təşkil edilib. Həmçinin Avropa ölkələrində geniş istifadə olunan təcrübələrə əsasən yaradılacaq Media Reyestrinin formalaşdırılması, proqram təmninatının hazırlanması üzərində işlər davam etdirilir.
Qürurverici haldır ki, Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bu gün Azərbaycan dövlətinin mətbuatdan başlıca gözləntiləri milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini qorumaqdır. Bu gün peşə bayramını qeyd edən bütün vicdanlı və peşə səlahiyyətlərini dərk edib, uca tutan və xalqına xidmət edən həmkarlarımızı təbrik edirik!

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1289   Tarix: 17 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda ağır qəza: İki futbolçu həlak oldu (VİDEO)

Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində "Toyota"d

10:11 0
.

100 ildən çox qapalı qalan ada turistlər üçün açıldı

Sakit okeanda, Havay adalarında yerləşən və uzun illər sirr olaraq qalan Niihau adası artıq məhdud sayda turist qəbul etməyə başlayıb. Buna baxmayaraq, adada yaşayan insanlar bu gün də internet, mobil telefon, su kəməri və asfalt yollar olmadan ənənəvi həyat tərzini davam etdirirlər. Qaynarinfo-nun RMF24-

29.07.2026 232
.

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb - Elmdə ilk

ABŞ-nin Minnesota Universitetinin alimləri ilk dəfə olaraq ayrı-ayrı bioloji komponentlərdən canlı hüceyrənin xüsusiyyətlərinə malik sintetik hüceyrə yaratmağa nail olub. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar sıfırdan yaradılan bu hüceyrəyə "SpudCell"

29.07.2026 197
.

Avstriyada 14 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan olunacaq

Avstriya hökuməti internetdə uşaqların müdafiəsi sahəsində islahatları təsdiqləyib. Bu islahatlar 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini və böyüklər üçün saytlara daxil olarkən yaşın məcburi yoxlanılmasını nəzərdə tutur. "Report" "Der Spiegel"

29.07.2026 207
.

Zelenskinin səfəri zamanı Qrahamın dəstəklədiyi Rusiya sanksiyaları Senatda ilk maneəni aşdı

Çərşənbə axşamı Ukrayna Prezidenti Vladimir Zelenski Kapitoliyə baş çəkərkən ABŞ Senatı Rusiya enerji sanksiyaları ilə bağlı genişmiqyaslı qanun layihəsini irəli sürüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, səsverməni qanun layihəsinin müəllifi, mərhum senator Lindsi Qrehemin dəfn mərasimi gün

29.07.2026 175
.

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU

Cəlilabadda 15 yaşlı qızla evlənən şəxs həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, rayon sakini olan 21 yaşlı Vüqar Həmidov (adı və soyadı şərtidir) 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-c

29.07.2026 288
.

Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi geri çağırılıb

Qalib Malik oğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, Q.İsrafilov 2021-ci il iyulu

29.07.2026 203
.

Havayda vulkan püskürüb

Havay ştatında yerləşən Kilauea vulkanı püskürməyə başlayıb. Bu barədə ABŞ-nin Geoloji Xidmətinin Havay Vulkanoloji Rəsədxanası məlumat yayıb. Bildirilib ki, vulkanın kraterindən qalxan lava təbəqəsinin hündürlüyü 30 metrə çatır və onların yüksəkliyi artmaqda davam edir. Hazırda püskürmə adaların əhalis

29.07.2026 182
.

Türkiyədə meşə yanğınları ilə mübarizə gücləndirilib: əlavə qüvvə və texnika cəlb olunub

Türkiyənin bir neçə bölgəsində davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində tədbirlər genişləndirilib. BİG.AZ Hurriyet-ə istinadən xəbər verir ki, Antalya, Muğla və Balıkesir vilayətlərində alovun yayılmasının qarşısını almaq üçün həm havadan, həm də qurudan intensiv müdaxilə davam edir

29.07.2026 190
.

TOP MP3