Bakıda saxta araq istehsal edən sex aşkarlandı

Bakıda saxta araq istehsal edən sex aşkarlandıDövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ünvanda yerləşən Tapdıqov Məmməd Engels oğluna məxsus fərdi yaşayış evində kustar üsulla saxta aksiz markalı alkoqollu içkilərin hazırlanması və satışı ilə məşğul olan qanunsuz obyektin fəaliyyət göstərməsi faktı aşkar edilib.

Lent.az-ımn xəbərinə görə, bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Baş idarə tərəfindən həmin ünvanda keçirilən operativ nəzarət tədbiri zamanı müəyyən olunub ki, fərdi yaşayış evi rəsmi icarə müqaviləsi bağlanmadan şifahi razılaşmaya əsasən İsmayılov Elnur Qəhrəman oğluna icarəyə verilib. Bu şəxs qeyd olunan ünvanda kustar üsulla saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilərin hazırlanması və satışı ilə məşğul olub.

Keçirilmiş baxış zamanı qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsal prosesinin qurulduğu müəyyənləşdirilib. Həmin obyektdən saxta aksiz markaları ilə markalandığı ehtimal olunan 516 ədəd 0,7 litr, 74 ədəd 1,0 litr, 10 ədəd 0,5 litr həcmli "ORGANİC SOFT" ADLI alkoqollu içkilər, habelə aksiz markasi ilə markalanmamış 126 ədəd alkoqollu içki aşkarlanaraq götürülüb. Eyni zamanda, sexdə rulon şəklində 124 ədəd saxta aksiz markası, kustar üsulla araq bağlanması üçün xüsusi avadanlıq, araq şüşələri üçün etiketlər və tıxaclar, müxtəlif həcmli boş butulkalar müəyyən edilib. Araşdırma zamanı obyektdə əmək müqaviləsi bağlanmadan 3 nəfər işçinin də işlərə cəlb edildiyi müəyyənləşdirilib.

Nəzarət tədbirlərində iştirak edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən məhsullardan nümunələr götürülüb. Aşkar olunmuş hallarla bağlı araşdırmalar davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 170   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

17:21 49
.

Toyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video

Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri

12:22 257
.

Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər

Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql

12:07 198
.

Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?

Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl

15:17 183
.

Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA

"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər

13:15 189
.

Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il

14:06 204
.

Qulaqlarınızı cingildətməyin!

Bir müddət əvvəl bu köşədən dilə gətirmişdim: "Ağanın paltosunu tutan çox olar" deyə. Bəziləri bunu öz üzərinə götürüb, yanlış anlayıb, ya da elə işinə gəldiyi üçün qəribə bir təlaşla lazımsız giley-güzarlara, müxtəlif hallara bürünməyə başlayıb. Açıq və dəqiq deyim: Heç vecimə də deyilsiniz

15:59 144
.

Ağ Evdən fermaya: ABŞ prezidenti dövlət işlərindən yorulanda nə edirdi?

ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin həyatı yalnız siyasət və dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, qolf oynamağı, rəsm çəkməyi, kart oyunlarını və fermasında heyvanlarla məşğul olmağı sevirdi. Prezidentin bu maraqları gərgin iş rejimindən uzaqlaşmaq üçün seçdiyi məşğuliyyətlər arasında idi

15:04 176
.

Qarabağ Milli Parkı yaradılır - Sərəncam

Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcə

16:22 133
.