Ad gününü restoranda qeyd edib yola çıxdı: Vəzifəli şəxsin ölümünün təfərrüatı
Bu ilin 19 mart tarixində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Vüqar Mikayılovun məhkəməsi başa çatıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən iclasda 1972-ci il təvəllüdlü V.Mikayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, V.Mikayılovun "KIA Rio" avtomobili ilə vurduğu 1966-cı il təvəllüdlü Teymur Daşdəmirov vəzifəli şəxs olub. Bakı Metropoliteninin Yol Xidmətinin 1 saylı Yol distansiyasının rəisi olan T.Daşdəmirovun həmin gün 58 yaşı tamam olubmuş. O, ad günü münasibətilə restoranda keçirilən məclisdə iştirak edib və saat 23 radələrində Milli Aviasiya Akademiyasının qarşısında yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır xəsarətlər alan T.Daşdəmirov hadisə yerində ölüb.
Keçirilən ekspertiza zamanı avtomobilin 80 kilometr/saat sürətlə hərəkət etməsi, sürücünün spirtli içki və ya narkotik vasitə qəbul etməməsi dəqiqləşib.
Həmçinin, məlum olub ki, maşınla vəzifəli şəxsi vurub öldürən Vüqar Mikayılovun oğlu Fərid Mikayılzadə Vətən müharibəsi iştirakçısıdır və beş medalla təltif edilib.
Vəzifəli şəxs heç vaxt ailə həyatı qurmadığından məhkəmə prosesində onun qardaşı zərərçəkmiş şəxs qismində tanınıb. T.Daşdəmirovun yaxınları qarşı tərəfdən şikayətçi olmadıqlarını bildiriblər.
Xəzər Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə V.Mikayılova 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə üç il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib və barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1138 Tarix: 18 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİmzanı atdıqdan sonra gəlini necə öpdüsə... - Məşhurlar toyda
Türkiyəli aktyor Serhan Onat və Merve Küsmenoğlu 10 illik münasibətlərini rəsmiləşdirərək ailə qurublar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toy mərasimi İstanbulun Mecidiyeköy səmtində yerləşən "DasDas" məkanında keçirilib. Toyda çoxsaylı məşhurlar iştirak ediblər. Aktyo
20.10.2026 259 Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?
Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl
20.10.2026 316 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
20.10.2026 242 Kim Çen In insultdan sonra ölüb - İDDİA
Sosial mediada Şimali Koreya liderinin beyin qanaması keçirdiyi və Çin xəstəxanasında öldüyü iddia edilir. Şimali Koreya lideri Kim Çen Inın sosial mediada artıq öldüyü bildirilir. Onun insult keçirdikdən sonra Çin xəstəxanasına aparıldığı iddia edilir. Lakin Pxenyan buna yeni fotolarla cavab verib
20.10.2026 341 Bakıda saxta araq istehsal edən sex aşkarlandı
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ünvanda yerləşən Tapdıqov Məmməd Engels oğluna məxsus fərdi yaşayış evində kustar üsulla saxta aksiz markalı alkoqollu içkilərin hazırlanmas
20.10.2026 251 "Çılgın Dondurmacı" Azərbaycanda dövlət qeydiyyatına alındı
"Çılgın Dondurmacı" MMC Azərbaycanda dövlət qeydiyyatına alınıb. xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 55 00 manat, qanuni-təmsilçisi isə Dinç Ramazan Nuridir. MMC-nin hüquqi ünvanı Baki şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə ev.25 m.58-dir. Qeyd edək ki, "Çılgın Dondurmacı"
20.10.2026 233 "Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı
və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə
20.10.2026 277 Çörçillin az bilinən istedadı: Siyasətdən uzaqlaşanda rəsm çəkirdi
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill təkcə siyasi fəaliyyəti və İkinci Dünya müharibəsindəki rolu ilə deyil, rəssamlığa olan marağı ilə də tanınıb. O, həyatının təxminən 40 ilini rəsm çəkməyə həsr edib və 500-dən çox əsər yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Çörçil
20.10.2026 251 Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb. "Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus ola
20.10.2026 132