"İnsan anasının ölümünə də öyrəşir"
Xəbər verdiyimiz kimi, aktyor Taleh Yüzbəyovun anası Xuraman xanım vəfat edib.
Axşam.az-ın məlumatına görə, aktyor anasının ölümündən 1 neçə gün sonra onunla bağlı paylaşım edib.
"Allah ölənlərinizə rəhmət eləsin. Qəribədir, amma anam öləndən sonra ürəyimin varlığını hiss eləməyə başladım. Sinəmdə sol tərəfdə döyünən, sızıldayan və ağırlaşan nəsə var. Əvvəllər də ürəyimin varlığından xəbərdar idim. Üstdən toxunanda döyüntüsünü hiss eləyirdim, əzab çəkəndə ağrıyırdı, həyəcanlananda az qalırdı ağzımdan çıxsın. Amma indi onu hər an hiss eləyirəm. İndi elə bil ürəyimin fərqindəyəm.
Ölüm də belədir. Biz onun varlığına əminik, ona şübhə eləmirik, bilirik ki, bir gün olacaq, amma yalnız o gələndə fərqində oluruq. O, isə həmişə gözlənilməzdir. Həmişə acıdır. Ən pisi isə həmişəlikdir. Və elə ölümlər var ki, dözmək çətindir. İnsan həmişə güclü ola bilmir. İnsan həmişə güclü ola bilməz. İnsan həmişə güclü olmamalıdır.
Bilirəm, bir çoxumuz əməl eləyə bilməyəcəyik, amma yenə də deyim: Yaxınlarınızla, əzizlərinizlə, doğmalarınızla daha çox vaxt keçirin. Çünki onlar da bir gün ölür. Bir gün hamı ölür. Və adamın az qalır ürəyi partlasın.
Peşman olmağa isə həmişə nəsə tapırsan. Kaş bu arzusunu yerinə yetirərdim, kaş bu sözünü yerə salmazdım, kaş daha çox söhbət eləyəydim, kaş özümü çatdıraydım və sairə və ilaxır...
Amma insan həm də hər şeyə öyrəşir. Hətta anasının ölümünə də. Adamı ayaqda müxtəlif təsəllilər saxlayır. Əsas yoxluğunu düşünməyəsən. Fikirləşəsən ki, o haradasa var. İndi burada olmasa da, sənlə danışmasa da haradasa mövcuddur. O dünayda, bərzəxdə, lap elə fiziki olaraq qəbrinin içində.
Allah sənə rəhmət eləsin, ana. Sən mənim üçün həmişə, haradasa varsan.
Başsağlığı verən hamıya təşəkkür edirəm. Allah ölümün gecindən versin əzizlərimizə".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1034 Tarix: 22 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089