Oğuzda qızına cehiz almağa gedən ata bazarda dava saldı

Oğuzda qızına cehiz almağa gedən ata bazarda dava saldıŞəmkir rayonunda 1984-cü il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Abbasa (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüsal 3 noyabr 2023-cü ildə, saat 11 radələrində Şəmkir rayon bazarında Abbasın ona gülməsini bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan Abbasla mübahisə edib və onun ünvanına nalayiq ifadələr işlədib.

Həmin vaxt bazarda olan şəxslərin 10-15 dəqiqə ərzində istirahət hüquqlarını və iş rejimini pozmaqla narahatlıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edib. Vüsal Abbasın baş nahiyyəsindən bir neçə dəfə yumruq zərbələri vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Abbası əvvəllər tanımayıb, onunla hər hansı ədavəti və ya düşmənçiliyi olmayıb: "Hadisə günü saat 11 radələrində özümə məxsus VAZ-2101 markalı avtomobillə bazara qızım üçün cehiz almağa gəldim. Həmin vaxt arvadım yanımda olub. Mən maşından düşən zaman sonradan adının Abbas olduğunu bildiyim şəxsin bir nəfərlə mübahisə etməsini gördüm. Həmin vaxt Abbas mübahisə etdiyi şəxsə burada dayanacaq nəzarətçisi olmasını və avtomobilini dayanacaqda saxlamasına görə ona 20 qəpik pul verməsini bildirdi. Həmin şəxs də Abbasa pulunun olmadığını dedi. Mən də bu zaman Abbasa hərəkətinə görə irad tutdum və ona "görmürsən, şəxsin pulu yoxdur, camaatı incitmə", - deyə söylədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra arvadı ilə bazara gedib, təxminən 1 saat sonra geri, avtomobilə qayıdıb: "Avtomobil ilə gedən zaman Abbasın kənarda dayanaraq mənə baxmasını gördüm. Daha sonra isə Abbas mənə tərəf gəldi. Mən maşını saxladım, Abbas maşına sürücü tərəfdən olan qabaq yan pəncərəsindən başını içəri salaraq "kişisənsə, nömrəni mənə ver", - deyə söylədi. Mən maşından düşdüm və Abbasdan nömrəmi nə üçün istəməsini soruşdum. Abbas mənə "bir saat sonra sənə zəng edəcəyəm və səninlə görüşəcəyəm", - deyə söylədi. Mən Abbasın sözünə əsəbiləşdim və ona "sən kimsən ki, mənimlə görüşürsən", - deyə söylədim. Həmin vaxt Abbas qəfildən iki dəfə yumruqla burun nahiyəmdən vurdu. Həmin vaxt arvadım aramıza girdi və Abbası kənara çəkdi. Həmçinin bizim dava-dalaşlarımızı görən kənarda olan insanlar da məni kənara çəkdilər və bizi aralaşdırdılar. Daha sonra oradan getdim".

İş üzrə zərərçəkmiş Abbasın sözlərinə görə, Şəmkir şəhəri, 20 Yanvar küçəsində dayanacaq nəzarətçisi işləyir: "Lakin heç bir icazə sənədim yoxdur. Hadisə günü, saat təxminən 11 radələrində 20 Yanvar küçəsində olan zaman orada sürücülərin birinə maşını bir kənara park etməsini, digər maşına da yer verməsini söylədim. Həmin sürücü maşını düzgün park etmək istəmədi. Buna görə də aramızda narazılıq yarandı. Həmin vaxt sonradan adının Vüsal olmasını öyrəndiyim şəxs idarə etdiyi VAZ-21011 markalı avtomobil ilə gələrək həmin 1-ci avtomobilin yanında saxladı. Daha sonra Vüsal maşından düşdü və kobud formada mənə "nə olub, niyə 20 qəpikdən ötəri camaatı bezdirirsən", - deyə söylədi. Mən də Vüsala heç kimi bezdirmədiyimi, çörək pulumu qazandığımı söylədim. Daha sonra 1-ci maşının sürücüsü getdi. Vüsal isə yenə də kobud formada "səni bura kim qoyub, mən çıxandan sonra sənə heç bir pul verməyəcəyəm", - deyə söylədi. Mən də Vüsala "canın sağ olsun, pul vermirsən, vermə", - dedim. Vüsal isə həmin vaxt məni döyəcəyi ilə hədələdi və üstümə gəldi. Vüsalın arvadı onun qolundan tutdu və mənim tərəfə gəlməyə qoymadı".

Zərərçəkmiş deyib ki, daha sonra Vüsal və arvadı bazara gediblər: "Aradan təxminən 15-20 dəqiqə keçdikdən sora Vüsal arvadı ilə gəlib maşına əyləşərək getdi. Vüsal gedən zaman yanımdan keçdi. Həmin vaxt onun üzünə baxıb güldüm. Vüsal da üzümə baxaraq gülməyimi gördü və mənə nalayiq ifadə işlədərək nə üçün üzümə baxaraq gülməyimi soruşdu. Vüsalın avtomobilinə yaxınlaşdım, ona nalayiq ifadə işlətməsinə görə irad tutdum və "nə olar sənin üzünə baxanda", - deyə söylədim. Həmçinin Vüsala "söhbət etmək istəyirsənsə buyur gedək oturaq söhbət edək", - deyə bildirdim. Vüsal mənə bir neçə dəfə "sən mənə deyirsən gedək söhbət edək", - deyərək idarə etdiyi avtomobilin sürücü tərəfdən olan ön qapısını qəfildən açaraq qapı ilə bir dəfə qarın nahiyəmə vurdu. Daha sonra Vüsal maşının pəncərəsindən əlini çıxararaq 3-4 dəfə yumruqla baş nahiyəmdən vurdu. Mən Vüsalın üstünə qışqıraraq nə üçün məni vurmasını söylədim. Vüsal maşının qapısını açaraq yerə düşdü və yenidən iki dəfə yumruqla baş nahiyəmdən vurdu".

Zərərçəkmiş bildirib ki, daha sonra Vüsal ona yenidən nalayiq ifadələr işlətməyə başlayıb: "Mən Vüsalın mənə söyüş söyməsinə əsəbiləşdim və sağ əlimin dırnaqları ilə onun burun nahiyəsinə sıyrıq xəsarətləri yetirdim. Daha sonra isə səs-küyümüzə yaxınlıqda olan İlham, Tural, İsmayıl və digər şəxslər toplaşdılar. Onlar bizi aralaşdırdılar. Həmin vaxt Vüsalın arvadı mənə nalayiq ifadələr işlətdi. Daha sonra oradan getdi".

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 8 ay 26 gün müddətə islah işləri cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 967   Tarix: 22 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.