Polad Bülbüloğlu deputatlığa namizəd olacaq?
"Şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir".
"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Novoe vremya" portalına müsahibəsində bildirib.
Belə ki, o, jurnalistin "Azərbaycan hazırda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır. Bununla əlaqədar olaraq soruşmaq istərdik, parlamentdə Qarabağın ürəyi - Şuşa şəhərini təmsil etmək üçün deputatlığa namizədliyinizi verməyi planlaşdırırsınızmı? Axı siz atanız, SSRİ Xalq artisti Bülbülün anadan olduğu və yaşadığı, sizin də həyatınızın çox hissəsini keçirdiyiniz şəhəri təmsil etməyə hamıdan çox layiqsiniz" sualına belə cavab verib:
"Siz, demək olar ki, düşüncələrimi oxuyaraq maraqlı sual verdiniz. Parlament seçkilərinin keçirilməsi istənilən dövlət və xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Əlbəttə, ruhum oradadır. Mən artıq 3 dəfə "Xarıbülbül" festivalında iştirak etmişəm. Əsasını ötən əsrin 90-cı illərində qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür etmək istəyirəm. Və əlbəttə ki, Şuşanın doğma Azərbaycana qayıtması Ali Baş Komandanın xidmətidir. Hər birimiz canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimiz qarşısında borcluyuq. Əgər şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir. Bütün bu 30 il ərzində mədəniyyət beşiyi olan Şuşanın qaytarılmasını arzu edirdik və biz bunu etdik. İndi bizim əsas vəzifəmiz Qarabağın inkişafı və çiçəklənməsi üçün hər şeyi etməkdir".
Qeyd edək ki, YAP-ın Şuşadan deputatlığa namizədi Babışova Leyla Adil qızıdır. O, 124 saylı Şuşa - Ağdam - Xocavənd seçki dairəsindən namizədliyini irəli sürəcək.
Xatırladaq ki, 79 yaşlı P.Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiridir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 667 Tarix: 25 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
20.10.2026 267 Şərq-Qərb istiqamətində tranzit yükdaşımaların həcmi 20,2 faiz artıb
2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Teleqraf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcm
20.10.2026 180 Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz
20.10.2026 418 Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma
Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki
20.10.2026 198 Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır
Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq
20.10.2026 239 Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcə
20.10.2026 271 Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq. Nazirlər Kabineti Gəncə Memorial Kompleksini
20.10.2026 262 "Dərviş Parisi partladır": Fransanı silkələyən etirazların arxasında nə dayanır?
Azərbaycan tamaşaçısının yaddaşında "Dərviş Parisi partladır" filminin özünəməxsus yeri var. Dərvişin Parisə gəlişi, avropalıların adət-ənənələri ilə qarşılaşması, gözlənilməz hadisələr və milli yumor bu ekran əsərini illərdir sevilən filmlərdən birinə çevirib. Amma bu gün Parisə baxanda istər-istəmə
20.10.2026 237 Ölkəyə girişinə stop qoyulan azərbaycanlı HƏBS OLUNDU
Rusiyaya girişinə qoyulan qadağaya baxmayaraq, ölkəyə daxil olan Azərbaycan vətəndaşı barəsində Ramon Rayon Məhkəməsi hökm çıxarıb. yerli mediaya istinadla bildirir ki, bu barədə oktyabrın 16-da məhkəmənin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan vətəndaşı sərhədi keçmək üçün ölkəsind
20.10.2026 268