Yayda necə qidalanmalıyıq?
Yay gəlişi ilə istiləri də gətirir. İstidə yemək vərdişləri də dəyişə bilər. Yayda nə yemək və nəyi yeməmək lazımdır? Bu sual hamını düşündürür.
"Qafqazinfo" xarici KİV-ə istinadən sizə yay qidalanmasında əməl etməli olduğunuz 8 tövsiyəni təqdim edir:
1. Yaşıl yarpaqlı tərəvəzlər yeyin
Vücudunuzun müqavimətini artırmaq üçün mövsümi tərəvəz və meyvələrdən istifadə edin. İmmunitet sistemini gücləndirmək üçün gündə 4-5 porsiya tərəvəz və 2-3 porsiya meyvə istehlak etmək vacibdir. Fol turşusu, kalium və C vitamini ilə zəngin olduğu üçün xüsusilə yaşıl tərəvəzlərə üstünlük verilməlidir.
2. Sağlam qidalanma üçün yağlı qidalardan uzaq durun
Qızardılmış və qovrulmuş kimi yağlı qidalar yerinə daha çox qril və ya buxarda bişirilmiş qidaları istehlak edin.
3. Meyvəni həddindən artıq yeməyin
"Sağlam qidalanacam" deyərək meyvəni çox istehlak etməyin. Çünki meyvənin tərkibindəki şəkərin miqdarı sürətli çəki artımına səbəb ola bilər.
4. Su vacibdir
Yayda sağlam qidalanmada diqqət edilməli olan ən vacib məsələ su sərfiyyatıdır. Hər kiloqram çəki üçün 30 ml su istehlak etməyi unutmayın, çünki temperaturun artması ilə bədəndən suyun ifrazı artacaq. Gündəlik su istehlakını 2,5-3 litr civarında saxlamaq sağlamlıq üçün çox vacibdir. Bundan əlavə, idman edərkən daha çox su istehlak etdiyinizə əmin olun.
5. Qazlı içkilər qəbul etməyin
Su ilə yanaşı, maye ehtiyacınızı qarşılamaq və sərinləmək üçün süd, ayran, mineral su, şəkərsiz limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkiləri də seçə bilərsiniz. Qazlı içkilər, həddindən artıq çay və həddindən artıq qəhvə istehlak etməkdən çəkinin.
6. "Dörd yarpaqlı yonca" modelinin qidalanması
Sağlam bir qidalanma üçün gündəlik istehlakınızda "Dörd yarpaqlı yonca" modelinə əməl edin. Bu, adekvat və balanslı qidalanmanıza kömək edir. 4 əsas qida qrupundan 4 yarpaqlı yonca yaradın. Hər yarpaq 1 qida qrupudur. Bu qruplar; süd və süd məhsulları qrupu (süd, qatıq, ayran), ət-quru paxlalılar-yumurta-pendir, çörək-taxıllı bitkilər qrupu (çörək, makaron, düyü) və meyvə-tərəvəz qrupu.
7. Yaxşı çeynəyin
Toxluq hissi yeməkdən 15-20 dəqiqə sonra hiss olunmağa başlayır. Buna görə də yavaş-yavaş yeməyə diqqət edin.
8. Gigiyenaya diqqət yetirin
Qida zəhərlənməsindən qorunmaq üçün gigiyenaya diqqət yetirin. Yay aylarında artan qida zəhərlənmələri əsasən yüngül və qısa müddətli xəstəliklər olsa da, ağır keçən hallar da ola bilər. Xüsusilə çöldə və ya açıq şəkildə satılan qidaları istehlak etməyin. Tez xarab olan, potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) açıq yerdə saxlamayın. Qida alarkən, hazırlayarkən, bişirərkən və saxlayarkən gigiyenaya diqqət yetirin.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 949 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 1054 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 904 Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 788 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 1023 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 755 Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj
16.11.2026 383 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 913 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3428