2 gün geomaqnit qasırğası olacaq
Növbəti iki gün ərzində - 30-31 iyulda G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Axşam.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, hesabat dövrü ərzində Günəş fəallığı artıb. Son sutka ərzində isə ardıcıl M7.7 və M9.9 sinifli alışmalar qeydə alınıb. Maksimal sinifli alışma 3765 regionunda qeydə alınan X1.57 sinifli alışma olub.Alışmalara bağlı olaraq II tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınıb. ünəşin səthində ləkələrin sayı azalaraq 11 ləkə qrupunda 189 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə doğru istiqamətlənmiş Tac Kütlə Atılması (TKA) qeydə alınıb.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 612 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (345 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.3 nT, radial istiqamətdə isə 3.1 nT təşkil edir.
Məlumatda bildirilib ki, hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olmuşdur. Gözlənilən TKA-ın təsiri nəticəsində isə 26 iyulda G1 (zəif) səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 2.3-ə bərabərdir və kosmik hava sakitdir.
Proqnoz günlərində (29 iyul - 04 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 30-31 iyul tarixlərində S1 səviyyəsinə yüksəlməsi ehtimalı var. Günəş küləyi – Ardıcıl baş vermiş TKA-nın təsiri nətiəsində Günəş küləyinin sürətinin 31 iyuldadək yüksək olacağı proqnozlaşdırılır.
"Geomaqnit sahəsi – 27 iyulda baş vermiş TKA-nın təsiri ilə bu gün G1 (zəif), 30-31 iyulda isə son günlərdəki aktivliyə bağlı olaraq G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir", - deyə məlumatda qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 637 Tarix: 29 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video
Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri
12:22 257 Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma
Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki
12:09 139 İlyas Yalçıntaş 10 il həbs oluna bilər
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparıla
19.10.2026 402 Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq. Nazirlər Kabineti Gəncə Memorial Kompleksini
16:39 107 İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19.10.2026 357 Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
12:00 224 İranlı nazir Qərbi Ukrayna ilə bağlı mövqeyinə görə tənqid edib
Qərb ölkələrinin Ukrayna böhranı ilə bağlı yanlış mövqeyi münaqişənin uzanmasına səbəb olub. İranın xarici işlər naziri Abbas Əraqçi Qərb ölkələrini mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırıb. xəbər verir ki, -nun məlumatına görə, Əraqçi bu barədə rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda
10:17 199 Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d
13:43 185 Gecə yuxudan tez-tez oyanmaq hansı problemlərin əlaməti ola bilər?
Gecə ərzində dəfələrlə oyanmaq, yenidən yuxuya getməkdə çətinlik çəkmək və səhər yorğun qalxmaq yuxunun keyfiyyətinə təsir edən problemlərdəndir. Bu hal bəzən stress və gündəlik vərdişlərlə bağlı olsa da, bəzi hallarda yuxu pozuntularının və ya digər sağlamlıq problemlərinin əlaməti ola bilər. BİG.A
14:23 194