Dənizə şüşə qabda atılmış ən qədim məktub - Maraqlı tarixçə

Dənizə şüşə qabda atılmış ən qədim məktub - Maraqlı tarixçəİndiki vaxtda göndərilən mesaj qarşı tərəfə bir anda çatır, lakin bəşər tarixi bir çox başqa ünsiyyət üsullarını görüb. İnsan oğlunun göndərdiyi və yüz illər boyu qorunan ilk məktublar şüşənin içərisinə qoyularaq dənizə atılan və ya torpağa, divarlara basdırılan mesajlardır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 2018-ci ildə Tonya İlman Avstraliyadakı Vedge adasının şimalındakı çimərlikdə antik butulka tapdı.

Tonya şüşənin içində möhkəm bükülmüş və iplə sarınmış nəm kağız gördü. Kağızı evdə qurudandan sonra onu açıb oxudu. Məlum oldu ki, məktub 140 il əvvəl aparılmış təcrübənin bir hissəsi olaraq şüşəyə qoyulub və dənizə atılıb.

Alman Hərbi Dəniz Rəsədxanası dünya okeanlarındakı səth axınlarını öyrənmək üçün mesaj şüşələrindən istifadə edib.

Təcrübədə iştirak edənlərin qeydlərində gəminin tarixi və koordinatları, gəminin adı, eləcə də marşrutu, habelə tapan şəxsdən şüşəni Alman Hərbi Dəniz Rəsədxanasına qaytarmaq xahişi, gəminin yeri, həmçinin tarixi göstərilmişdi.

Şüşə və qeyddə onun 1886-cı ildə Uelsdən İndoneziyaya üzən gəmidə olduğu bildirilirdi. Qərbi Avstraliya Muzeyi və Alman Dəniz Rəsədxanasının mütəxəssisləri tapıntını araşdırdılar, kağıza tarix qoydular və mesajın həqiqiliyini təsdiq etdilər.

Qərbi Avstraliya Muzeyinin dəniz arxeologiyası üzrə kurator köməkçisi Dr Ross Anderson Almaniyada aparılan arxiv axtarışı nəticəsində Paulanın 12 iyun 1886-cı ildə şüşənin dənizə atıldığını bildirən orijinal hava qeydini tapdığını söylədi. Bu məlumatlar mesajdakı məlumatla tamamilə üst-üstə düşür.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, "bir şüşədəki ən qədim mesaj" adı üçün başqa iddiaçılar da var. 2022-ci ildə Şotlandiyada bir santexnika evin döşəməsinin altından 135 il əvvələ aid yazı olan şüşə tapdı. Daha bir köhnə qeyd Nyu-Cersidə çimərlikdə tapılıb, lakin bu tapıntıların yaşı ekspertlər tərəfindən təsdiq edilməyib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 879   Tarix: 11 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.