Meymunçiçəyi ilə bağlı HƏYƏCAN TƏBİLİ! - Azərbaycanda...

Meymunçiçəyi ilə bağlı HƏYƏCAN TƏBİLİ! - Azərbaycanda...Son günlərdə ölkəni və dünyanı yeni virus həyəcanı bürüyüb. Hazırda ölkədə xüsusilə uşaqlar arasında qrip, göyöskürək artıb. Habelə, qonşu ölkələrdə COVİD-19 yenidən baş qaldırır. "Hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir. Bunlara səbəb əsasən müxtəlif virus və bakterial infeksiyalardır".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov əhali arasında arabir qeydə alınan infeksion xəstəliklər barədə danışarkən deyib.

Onun sözlərinə görə, fəsildən asılı olmayaraq, ilboyu müxtəlif yoluxucu xəstəliklərə rast gəlinir: "Hər il isti aylarda kəskin respirator virus infeksiyalarından paraqrip, adenovirus infeksiyaları mühitdə dövr etdiyindən, hazırda da bu tip xəstəliklər qeydə alınır. Hətta isti aylarda bəzən yoluxma saylarında artımlar da müşahidə olunur. Adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Eyni zamanda, hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan və isti dövrlərdə rast gəlinən rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enteroviruslarıdır.

Bu cür infeksiyaların isti aylarda yayılmasının müxtəlif səbəbləri var. Bunlara həddən artıq isti havanın immunitetə mənfi təsir göstərməsi, yuxarı tənəffüs yollarının quruması nəticəsində infeksiyalara müqavimətin azalması, kondisionerlərin istifadəsi zamanı açıq hava ilə müqayisədə yaşayış və iş yerlərində kəskin temperatur fərqinin olması, otaqların qapalı saxlanması, yay məzuniyyəti ilə əlaqədar əhalinin müxtəlif kütləvi istirahət tədbirləri, çimərlik mövsümünü və s. aid etmək olar".

Digər bir təhlükə isə meymunçiçəyi ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada "meymunçiçəyi" (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.

İl ərzində Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur. Şükürlər olsun, hələlik ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb. Səhiyyə Nazirliyindən bildirilib ki, epidemioloji vəziyyət nəzarət altındadır. Bütün hallarda ölkədə bir virus həyəcanı var. Formula 1, COP29 ərəfəsində bu, ikiqat narahatlıqlar yaradır. Həll yolu nədir? Təlaşlanmağa zərurət varmı?

Yeri gəlmişkən, Türkiyənin Sakarya şəhərində bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Xəstəxanaya yerləşdirilən həmin şəxsdə virusun bəzi əlamətləri aşkarlanıb. Yanına kimsə buraxılmır. Avropada da meymunçiçəyi virusuna ilk yoluxma halı aşkar edilib. İsveçdə virusun yeni ştammına yoluxma faktı təsdiqlənib. Xatırladaq ki, bundan əvvəl Pakistanda da meymunçiçəyinə yoluxma halı qeydə alınmışdı.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı "Yeni Müsavat"a deyib ki, COVİD-19 bitsə də epidemik ocaqlar davam edir: "Yer kürəsində insanların immun sisteminin təlatüm keçirdiyi bir vaxtda meymunçiçəyi virusunun da bir epidemioloji ocaq olaraq Afrikada meydana gəlməsi ÜST tərəfindən fövqəladə hal kimi dəyərləndirilir. Məncə, düzgün dəyərləndirmədir. Çünki bu situasiyada mutasiyaya uğramış meymunçiçəyi geniş ərazidə yayıla bilər. Meymunçiçəyi virusu meymunlarda ilk dəfə olduğundan bu cür adlanır. Amma bu virusla əsasən gəmiricilər xəstələnir. Onlardan da insana transfer olunub. Həm gəmiricilərdən, həm də insandan insana virusun keçməsi mümkündür. Əsas təmas da insandan insanadır. Çünki insanlar bir-biri ilə kontaktda olurlar. Yaxın məsafədən, dəridən dəriyə virusun yoluxması mümkündür. Amma yoluxmuş gəmiricilərin dişləməsi, bədəni cırması, onların mayesi yoluxma mənbəyi ola bilər. Adətən virus yüksək hərarət, bədəndə ağrılar, bel, baş, əzələ ağırları ilə müşayiət olunur. Xəstələrdə əzginlik, halsızlıq müşahidə edilir. Ağ və sarı rəngdə qabarcıqlar (içi maye ilə dolu) əmələ gəlir. Bu onun spesifik əlamətidir. Xəstəliyin spesifik seroloji testi yoxdur. Narahatlıq doğuran da odur. Təqribən 21 günə qədər olan gizli dövrdə ancaq yüksək hərarət və dəridəki əlamətlərlə xəstəlik təsdiq edilir. Ona görə də xəstəlik yayıldığı dövrdə ciddi bir karantin tədbirləri görülməlidir. Giriş-çıxış ora qadağan edilməlidir. Artıq hansı ölkələrdə varsa, orada mütləq tədbirlər görülməlidir. Hesab edirəm ki, virusun yayılmasının qarşısı hər bir vasitə ilə alınmalıdır. Virusun dərmanları təbii çiçəyə uyğun dərmanlardır. Bir də təbii çiçək zamanı olan vaksinasiya burada tətbiq edilə bilər. Təbii çiçək dörd karantin infeksiyadan biridir. Vəba, taun, təbii çiçək və sarı qızdırma kimi dörd karantin infeksiyasından biridir. Təbii çiçək 80-ci illərdə vaksinasiya nəticəsində sona çatdırılıb. Bu virus 10 milyona yaxın insanın tələfatına gətirib çıxarıb, bunu da nəzərə almalıyıq".

İnfeksionist Gülnarə Əhmədova da mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bildirib: "Dünyada hazırda müxtəlif virusların yayıldığı dövrdə daha da diqqətli olmalıyıq. Nəzərə alsaq ki, ölkəmizdə Formula 1 və digər vacib tədbirlər olacaq, insanları bilgili olmalıdır. Bu, nəfəs yolu ilə keçən infeksiyadır, odur ki, məsafə saxlamalıyıq. Gigiyena qaydalarına riayət edilməlidir. Əllər yuyulmadan heç bir qida qəbul etməmək vacibdir. Sovetin dövründə ölkələrin bir-birinə gediş-gəlişi yox idi. İnfeksiyalar yayılmırdı. Amma müasir dünyada hər cür infeksiyaları görə bilirik. Ona görə bizdə də heç kim sığortalanmayıb ki, hər hansı virus o turistlərlə ölkəyə daxil olmayacaq. İnkubasiya dövründə olan infeksiya özünü göstərməyə bilər. Onun daşıyıcısı rahat şəkildə bir ölkədən başqa ölkəyə yaya bilər. Bu baxımdan bütün ictimai yerlərdə, "Mall"larda, əyləncə yerlərində, restoranlarda, hətta dəniz kənarında daşıyıcılar ola bilər. Gigiyena və məsafənin qorunub saxlanması vacib amillərdəndir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə bağlı fövqəladə vəziyyət elan edib. Məsələ Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib. Hətta Afrika qitəsindən kənarda - İsveçdə meymunçiçəyi virusunun mutasiyasına ilk yoluxma halı da qeydə alınıb. Virus ilk dəfə insanlarda 50 ildən də uzun bir vaxtda Konqo Demokratik Respublikasında aşkar edilib və onilliklər ərzində orada endemik hesab olunur. Konqoda yayılan "Clade I" variantının yeni qolu olan "Clade Ib" ölkənin şərq bölgələrində və əvvəllər təsirə məruz qalmayan qonşu ölkələrdə yayılır.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, dünya səhiyyə rəsmiləri artıq meymunçiçəyi terminindən qeyri-dəqiq hesab olunduğu üçün istifadə etmirlər. Virus hazırda "Mpox" adlandırılır.

"Mpox" zoonoz (heyvanlardan insanlara və insanlardan heyvanlara keçə bilən, həm insanlarda, həm də heyvanlarda müşahidə edilən yoluxucu xəstəliklər) virusdur və qripə bənzər simptomlara, ağrılı lezyonlarla səpgilərə, bədən hərarətinin artmasına, baş və bel ağrılarına səbəb olur.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə (ECDC) görə, "Mpox"dan ölüm nisbətləri epidemiyalar arasında dəyişir. İİV-ə yoluxmuş və müalicə olunmamış insanlar da daxil olmaqla, immun sistemi zəif olan uşaqlar və insanlar şiddətli xəstəlik və simptomlar üçün yüksək risk qrupu sayılırlar. Məlumata görə, "Mpox" virusu xüsusi müalicəyə ehtiyac olmadan öz-özünə yox olur və simptomlar adətən iki ilə dörd həftə davam edir. İnsanlar yaxından üz-üzə təmasda olduqda virus tənəffüs vasitəsilə də ötürülə bilər. Bəzi insanlar simptomlar inkişaf etməzdən əvvəl "Mpox" yoluxdura bilər və risk onların səpgiləri sağalana və yeni bir dəri təbəqəsi yaranana qədər davam edir. Simptomlar adətən 6 ilə 13 gün, bəzən isə 21 gün ərzində özünü büruzə verir.

"Yeni Müsavat"


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1243   Tarix: 17 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.