"Zadəgan içkisi"nə artan maraq - Azərbaycanda əhali araqdan imtina edir

"Zadəgan içkisi"nə artan maraq - Azərbaycanda əhali araqdan imtina edirAzərbaycanda viski istehsalı üç dəfəyədək artıb. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 311,4 min dkl viski istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 192,4 min dkl və ya 2,6 dəfə artıb.
Bəs viski istehsalının artmasının səbəbi nədir? Azərbaycanda viskiyə tələbat artıb?

Rus idxalçıları Azərbaycana üz tutur

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov açıqlamasında bildirib ki, son dövrlərdə viski istehsalının artımı Rusiya və Belarusa tətbiq olunan sanksiyalarla bağlıdır: "Viskinin klassik istehsalçıları ABŞ və İngiltərə Rusiyaya sanksiyalar tətbiq edirlər. Rus idxalçıları bu tələbatlarını ödəmək üçün Azərbaycan və Orta Asiya ölkələrinə üz tuturlar. Statistikadakı artım sırf bununla bağlıdır".

Azərbaycan viskisinə tələbat yoxdur?

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan viskisinə dünyada və ölkəmizdə tələbat istənilən səviyyədə deyil: "Ümumiyyətlə, öz istehsalımız olan viskinin şərabımız kimi dünyada məşhurluq qazanacağına inanmıram. Azərbaycan şərab istehsalçısı kimi postsovet ölkələrində kifayət qədər tanınır, amma dünya alkoqol istehsalçıları xəritəsində viski istehsalçısı kimi məşhurlaşmayıb. Viski deyəndə Şotlandiya, İngiltərə və ABŞ yada düşür. Rusiya öz tələbatını ABŞ və Avropadan təmin edə bilmədiyi üçün Azərbaycana üz tutur, bu da statistikada özünü göstərir".

Əhali tədricən araqdan uzaqlaşır

Mütəxəssis vurğulayır ki, dünyada əhali tədricən araqdan uzaqlaşır, elit içkilərə maraq artır: "İxrac statistikasına nəzər saldıqda da görəcəyik ki, istehsalın üç dəfə artması sırf ixracla bağlıdır. Amma o demək deyil ki, ölkə daxilində viskiyə tələbat yoxdur. Tələbat var, amma bu, hələ ki, stabildir. Ümumiyyətlə, dünyada elit içkilərə maraq artır. Yəni əhali tədricən araqdan və digər içkilərdən uzaqlaşıb viski, tekila, rom kimi spirtli içkilərə maraq göstərir".

Zadəgan içkisi desert kimi təqdim edilir

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Teymur Musayev isə bildirir ki, viski zadəgan içkisi sayılır və əyləncə yerlərində gənclərin ən çox müraciət etdiyi içkidir: "Hazırda yay fəslidir və dəniz mövsümüdür. Viski buz və meyvə ilə təqdim edildiyi üçün xüsusilə bu dövrlər daha çox içilir. Çimərliklərdə desert kimi təqdim edilir. Şərab klassik içkidir, viski isə sırf əyləncə xarakterlidir. Ona görə də statistikada fərqin olmasını normal hesab edirəm".

Viski istehsalı istənilən səviyyədə deyil

Şərabçılıq üzrə mütəxəssis vurğulayır ki, ölkədə təbii yollarla istehsal edilən viski yox dərəcəsindədir: "Azərbaycanda viski istehsalı istənilən səviyyədə deyil. Hazırda xaricdən gətirilən inqrediyentlər sayəsində istehsal edilir. Təbii yolla, sırf Azərbaycan məhsulları ilə istehsal edilən viski demək olar ki, yoxdur. Çünki viski qarğıdalı, çovdar və yaxud şəkərləndirilmiş arpadan hazırlanır. Hazırlıq prosesində 70 faiz qarğıdalıdan, 30 faizi isə digər dənli bitkilərdən istifadə olunur. Sırf öz istehsalımız azdır, çünki maya dəyəri baha başa gəlir. Hazırlanma prosesi çətindir və hazırda ölkə bazarı üçün bu spirtli içkini istehsal etmək asan deyil".

Artıq ənənəvi içkilərlə yanaşı viskiyə də tələbat var...

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, artıq ənənəvi içkilərlə yanaşı viskiyə də tələbat var, amma bunu hələ ciddi artım kimi qiymətləndirə bilmərik: "Viski istehsalının həcminin üç dəfəyədək artmasını bu sahədə ciddi sıçrayış kimi hesab edə bilmərik. Sadəcə olaraq, əvvəlki dövrlərdə daha az istehsal olunurdu, indi tələbat qismən artıb. Spirtli içkilərlə bağlı nəzərə almaq lazımdır ki, sovet dövründən Azərbaycanda bu sahədə istehsal olub, şampan, araq, şərab, pivə kimi ənənəvi içkilər bizim cəmiyyətdə qəbul olunub. Sovetlər ərazisində kifayət qədər tanınan brendlərimiz var idi. Bu gün də Rusiya bazarında bizim spirtli içkilər öz yerini tutub. Amma viski ənənəvi içkilərimizlə müqayisədə daha çox qərbyönümlü içki kimi qəbul olunur. Bu içki növü müstəqillik əldə etdikdən sonra postsovet məkanına daxil oldu".

Viskinin populyarlaşması proqnozlaşdırılır

İqtisadçı bildirir ki, biz müasir dövrdə müşahidə edirik ki, məclislərdə viskidən istifadə edənlərin sayı artır, hətta bəzən ənənəvi içkiləri üstələyir: "Müsbət hal odur ki, artıq viski yerli istehsal formatında bazara daxil olub və xaricdən gələn digər məhsullarla sağlam rəqabət apara bilir. Hazırda viskinin digər içkilərdən daha çox istifadəsi proqnozlaşdırılır və bu, mərhələli şəkildə artacaq. Çünki yerli istehsal olduğu üçün qiymət əlçatanlığı da insanların istifadə imkanlarını reallaşdırır".

"Kaspi" qəzeti


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 977   Tarix: 18 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya

"Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir. xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefond

27.09.2026 387
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

27.09.2026 923
.

Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi

Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala

27.09.2026 434
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21.09.2026 387
.

Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?

Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard

27.09.2026 199
.

Bədənin əsl yaşı gözlərdə gizli imiş

Cənubi Koreyada aparılan yeni bir araşdırma gözün arxa hissəsindəki torlu qişanın (retinanın) bədənin qocalma sürəti haqqında mühüm ipucları daşıya biləcəyini ortaya qoyub. Təxminən 30 min retina görüntüsündən yararlanan elm adamları göz müayinələrindən insanın yaşı və ümumi sağlamlıq durumu ilə əlaqəl

26.09.2026 178
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

23.09.2026 823
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20.09.2026 289
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20.09.2026 395
.