Toy və yaslarda xüsusi menyu olacaq?
Son günlər ölkədə, xüsusilə də bir sıra bölgələrdə toy və yas mərasimlərində zəhərlənmələrin sayı artıb.
Son hadisələrdən biri də Qəbələdə toyda kütləvi zəhərlənmə faktı olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Digər bir hadisə isə Gəncədə yas mərasimində qeydə alınmışdı ki, burada da 40 nəfər qidadan zəhərlənib.
Qeyd edək ki, mərasimlərdə bu kimi hadisələr ardıcıl xarakter alıb. Toy və yas mərasimlərində baş verən zəhərlənmələr bu problemin həllini zəruri edir.
İnzibati üsulla və təsdiqlənmiş menyu ilə bu problemin həlli mümkündürmü?
VI çağırış Milli Məslisin deputatı Fazil Mustafa "Cebheinfo.az"a bildirib ki, bu, özəl sektorla bağlı məsələdir:
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə çox ciddi yoxlamalar, araşdırmalar aparır. Təbii ki, bütün hamını nəzarətdə saxlamaq mümkün deyil. Ancaq bu sahədə müəyyən işlər tənzimlənir.
Xüsusi menyunu necə müəyyən etmək olar? Gedib hər restoranın mətbəxinə girib orada qayda-qanun yaratmaq imkanı yoxdur. Burada sahibkarların məsuliyyəti artıq olmalıdır ki, ən azı köhnəlmiş məhsulları vətəndaşlara təqdim etməsinlər. Bu, hər hansı problemlərin yaşanmasına səbəbə olarsa, məsuliyyət daşıyırlar. Bu, xüsusilə də rayon yerlərində hiss olunmağa başlayır.
Əslində hər kəs öz məsuliyyətini hiss etməlidir. Olduğu sahədə problemlərə, xidmətə daha ciddi yanaşmalıdırlar".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 912 Tarix: 18 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir. xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefond
27.09.2026 387 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
27.09.2026 923 Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala
27.09.2026 434 30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21.09.2026 387 Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard
27.09.2026 199 Bədənin əsl yaşı gözlərdə gizli imiş
Cənubi Koreyada aparılan yeni bir araşdırma gözün arxa hissəsindəki torlu qişanın (retinanın) bədənin qocalma sürəti haqqında mühüm ipucları daşıya biləcəyini ortaya qoyub. Təxminən 30 min retina görüntüsündən yararlanan elm adamları göz müayinələrindən insanın yaşı və ümumi sağlamlıq durumu ilə əlaqəl
26.09.2026 178 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
23.09.2026 823 Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20.09.2026 289 Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20.09.2026 395