Balqabağın bilinməyən faydaları açıqlandı

Balqabağın bilinməyən faydaları açıqlandı"Balqabaq, ilk növbədə zəngin antioksidant, vitamin və mineral tərkibinə görə beyin sağlamlığına güclü təsir göstərən qida maddələrinin unikal birləşməsidir".

Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, bunu amerikalı nevroloq və qidalanma mütəxəssisi Timoti Fri bildirib.

Onun sözlərinə görə, balqabağın tərkibində olan A və C vitaminləri kimi antioksidantlar hüceyrələrimizi zədələrdən qoruya bilər.

Dietoloq Culia Zumpano qeyd edib ki, balqabaq qanda şəkəri tənzimləməyə kömək edən, toxluq yaradan, bağırsaq sağlamlığını təmin edən və həzmi təşviq edən liflə zəngindir.

"Balqabaq, həmçinin pis xolesterolu azaltmağa kömək edə bilər və çox aşağı kalorilidir. Tərkibində A vitamininə çevrilən beta-karotin var ki, bu da orqanizm tərəfindən dəri və immunitet sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edilə bilər. Biz, həmçinin bilirik ki, kalium qan təzyiqini aşağı salmağa yardımçı olur", - deyə o vurğulayıb.

"Balqabaq tumları tərkibindəki yüksək maqnezium, sink, dəmir və triptofan sayəsində xüsusilə sağlamlıq mənbəyidir. Tumlardakı amin turşusu olan triptofan əhvali-ruhiyyəni, yuxunu və iştahanı tənzimləyən serotoninin analoqu hesab olunur. Balqabaq toxumu əhvali-ruhiyyəni yaxşılaşdırmağa, depressiya əlamətlərini azaltmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər", - T.Fri əlavə edib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1508   Tarix: 25 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

King's College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqini aşağı sala bilir. xəbər verir ki, bu tərəvəzlərin tərkibindəki nitra

21.06.2026 307
.

Eyni vaxtda iki telefon işlətmək zərərlidir - yeni araşdırma

İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra bilər. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyyə Xəstəxanasının əl terapiyası üzrə mütəxəssisi Nik Maroldi "Th

06.06.2026 267
.

Bir dəqiqəlik qəzəbin bədənə verdiyi zərər: İmmun sistemi 5 saat zəifləyir

Gündəlik həyatda yaşanan ani qəzəb partlayışlarının düşündüyümüzdən daha ciddi nəticələrə səbəb ola biləcəyi ortaya çıxıb. Qaynarinfo xəbər verir ki, yeni araşdırmaya görə, cəmi 60 saniyəlik güclü qəzəb belə immun sistemini 5 saata qədər zəiflədə bilər. Alimlərin apardığı tədqiqatlar göstərir ki, qıs

10.06.2026 474
.

Gündə neçə fincan çay içmək faydalıdır?

Çay ürək-damar xəstəlikləri və onkoloji xəstəliklər də daxil olmaqla, müxtəlif səbəblərdən ölüm riskinin azaldılmasına kömək edir. xəbər verir ki, bu barədə həkim-qastroenteroloq Darya Boqomolovanın açıqlamasına əsasən məlumat dərc edib. Yetkin insanlar üçün qara və ya yaşıl çayın tövsiyə olunan gündəli

14.06.2026 251
.

Ağrısız müalicə üsulu: Fizioterapiya hansı xəstəliklərdə effektivdir? - VİDEO

"Baku Med" verilişinin budəfəki buraxılışında fizioterapiya haqqında müzakirələr aparılıb. Fizioterapiyanın əsas məqsədi nədir?. Fizioterapiya hansı ağrılarda daha effektivdir?. Boyun ağrılarında fizioterapiyanın rolu nədir?. Fizioterapiya diz ağrılarında faydalıdırmı?. Elektroterapiya hans

13.06.2026 269
.

Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq

Giləmeyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Allergoloqlar bildirirlər ki, xüsusilə çiy halda istehlak olunan bəzi giləmeyvələr immun sisteminin həddindən artıq reaksiyasını tətikləyə bilir. xəbər verir ki, mütəxəssisləri

31.05.2026 306
.

Çiyələk bu hallarda ölümcül ola bilər - Xəbərdarlıq

Mövsümün ən sevilən yay meyvələrindən biri hesab edilən çiyələk hər kəs üçün təhlükəsiz olmaya bilər. Dietoloqlar xəbərdarlıq edir ki, bəzi insanlarda çiyələk allergik reaksiyalar, nəfəsalma problemləri və hətta qida zəhərlənməsinə bənzər simptomlar yarada bilər. BİG.AZ xəbər verir ki, dietoloq və Resp

26.05.2026 453
.

İnfarktdan əvvəl ürək necə ağrıyır, nəyi bilmək vacibdir?

Ürək tutmaları dünyada vaxtından əvvəl ölümün ən çox yayılmış səbəblərindən biridir. Həkimə vaxtında müraciət etmək çox vaxt həyatınızı xilas edə bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, həkimlər müntəzəm olaraq ürək sağlamlığınıza qayğı göstərməyin vacibliyini vurğulayırlar: balanslı qidalanma

24.05.2026 527
.

Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir

Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta

03.06.2026 463
.

TOP MP3