Azərbaycanda kişilərin ömrü niyə qısalıb?
Azərbaycanda kişilərin ömrü qısalıb. Bu, Dövlət Statistika Komitəsinin məlumatında yer alıb. Belə ki, ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,5 il, qızlar üçün isə 78,4 il müəyyən edilib.
2022-ci ildə doğulan oğlan uşaqları üçünsə gözlənilən ömür uzunluğu 73.6 il olub.
Statistik rəqəmlərə baxdıqda kişilərdə gözlənilən ömür uzunluğu sonuncu dəfə 2016-cı ildə bu səviyyədə olub. Sonrakı illərdə artmağa başlasa da 2020-ci ildə kəskin şəkildə aşağı düşərək 69,5 il olub. Lakin sonrakı 2 ildə yenidən artıb. Ötən il isə yenidən azalıb.
Başqa bir statsitika da ölkədə kişilərin daha tez öldüyünü təsdiqləyir. 2022-ci il 50-64 yaş aralığında ölən kişilərin sayı 10 min 342 nəfər ikən, qadınların sayı 5 min 473 nəfər olub. Yəni rəsmi statistikaya əsasən, 2022-ci ildə kişilərdə orta ömür uzunluğu 71.3, qadınlarda isə 75.9 olub.
Bəs kişilərin daha az yaşamasına səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, insanın ömür uzunluğu əsasən onun həyat şəraitindən asılıdır:
"Bizdə ÜST orta ömür müddətini 66 il müəyyən edib. Başqa ölkələrlə müqayisədə komfortlu şərait olmadığına görə, orta ömür müddəti aşağı düşüb. Bu gün işləyən insanlarla, xüsusilə kişilərlə söhbət edəndə aydın olur ki, muzdla işləyənlərin əksəriyyəti 12 saatdan artıq çalışır. Dövlət işində işləyənlərin də bir hissəsi rəsmi yazıldığı kimi 8 saat yox, daha artıq çalışırlar. Bu insan üçün çox ağır zəhmətdir.
Ailənin əsas yükü də kişilərin üzərindədir.
İnsan normadan artıq işləyəndə bədənində metabolizm pozulur ki, bu da ömrü azaldır. Hələ mən qidalanmanın normal olmamasından danışmıram. Aşağı keyfiyyətli qidaların satılması bir yana, bəzən vaxtı keçmiş, xarab qidaları gizli şəkildə insanlara satırlar".
Müsahibimiz insanların ömrünün qısalmasının səbəblərindən biri kimi ekoloji tarazlığın pozulmasını göstərib:
"Məsələn, 2 milyon əhalinin yaşaması üçün hesablanmış Bakı şəhərində indi qeyri-rəsmi 4 milyondan çox insan yaşayır. Bunlar ekoloji tarazlığı pozur.
İnsan ömrü o vaxt uzun olur ki, iş və əmək şəraiti proporsional şəkildə bölünür, insanlar yüksək keyfiyyətli qida qəbul edirlər. Onda insanlar normal yaşayıb, normal istirahət edə bilərlər. Bizdə xəstəxanalarda düzgün aparılmayan müalicələrdən nə qədər ölənlər var. Bunlar hamısı ümumi əhalinin ölüm sayına, yaşına təsir edir".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1298 Tarix: 04 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir. xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefond
27.09.2026 387 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
27.09.2026 923 Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala
27.09.2026 434 30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21.09.2026 387 Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard
27.09.2026 199 Bədənin əsl yaşı gözlərdə gizli imiş
Cənubi Koreyada aparılan yeni bir araşdırma gözün arxa hissəsindəki torlu qişanın (retinanın) bədənin qocalma sürəti haqqında mühüm ipucları daşıya biləcəyini ortaya qoyub. Təxminən 30 min retina görüntüsündən yararlanan elm adamları göz müayinələrindən insanın yaşı və ümumi sağlamlıq durumu ilə əlaqəl
26.09.2026 178 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
23.09.2026 823 Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20.09.2026 289 Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20.09.2026 395