Bu qidalar sizi tez qocaldır
İnsanların qocalması təbii proses olsa da, bəzi qidalar bu prosesi sürətləndirir. Əksər insanlar isə qocalmağı gecikdirmək və daha gənc görünmək üçün əllərindən gələni edirlər. Yaşlanmanın qarşısını aldığı deyilən məhsullar, cavanlaşmaq üçün edilən müxtəlif prosedurlar... Amma bəzi qidalar var ki, onlar insanı tez qocaldır. Düzgün şəkildə qidalanaraq, müəyyən qidaları qəbul etməməyə diqqət edərək daha gənc görünmək mümkündür.
"Qafqazinfo" xarici mətbuata istinadən dərini yaşlandıran bəzi qidaları təqdim edirik:
1. Həddindən artıq fast-food və çox qızardılan ət qəbul etmək insanı tez qocaldır.
2. Pendir, kolbasa, cips, kraker kimi məşhur qidalar böyük miqdarda duz ehtiva edir. Həddindən artıq duz istehlakı da bədəninizin susuzlaşmasına səbəb olur. Bu, dərinizin qırışmasına və daha tez qocalmağınıza gətirib çıxarır.
3. Qədərindən artıq şəkər istehlakı bədəninizdə qlikasiya adlanan prosesi sürətləndirir. Bu da dərinizi möhkəm saxlayan və qırışlardan qoruyan kollageni zədələyir.
4. Alkoqol susuzluğa, yəni su itkisinə səbəb olur. Buna görə də həddindən artıq miqdarda spirt istehlakı qocalmanı sürətləndirir. Bundan başqa alkoqol istehlakı, müxtəlif orqanlara təsir etməklə yanaşı, hüceyrələri zədələyən və dərinin qocalmasına səbəb olan sərbəst radikalların meydana gəlməsini təşviq edir.
5. Acı və ədviyyatlı qidalar qan damarlarınızı genişləndirdiyi üçün dəridə xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da dərinizin qızarması, ləkələnməsi və tez qocalması ilə nəticələnir. Ara-sıra ədviyyatlı qidalar qəbul etmək olar, lakin bu cür qidaların tez-tez istifadəsi dərinizdə qabarcıqlara və qalıcı qızartılara səbəb ola bilər.
6. Trans yağ həm ürəyin, həm də dərinin ən böyük düşmənidir. Qızardılmış qidaların, fast-foodların, konservlərin tərkibində trans yağ var və bu da dəri sağlamlığına zərər verir. Trans yağların qəbulu dəridə qırışlar yaradır və vaxtından əvvəl qocaldır.
7. Qazlı içkilər çox vaxt şəkərlə zəngin olur, bu da qan şəkərinin səviyyəsini artırır. Yüksək qan şəkəri zamanla diabetə səbəb olur. Elmi araşdırmalar şəkərli içkilərin qocalmanı sürətləndirə biləcəyini göstərir.
Sağlam bir dəriyə sahib olmaq üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etməyə diqqət edin. Dərinin çoxlu vitaminlərə ehtiyacı var. A, C, E və kimi vitaminlər dəri sağlamlığını qoruyur. Dərinin sağlamlığını qorumaq üçün vücudunuzun hər gün ehtiyac duyduğu qədər su içməyi unutmayın. Su dəri üçün böyük nəm mənbəyidir. Hər gün 8-10 stəkan su içməklə dəri sağlamlığınızı qoruya bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2542 Tarix: 05 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXərçəngə qarşı hər gün yeyilməli 8 QİDA
Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ
11.08.2021 1542 Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT
Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin
19.08.2021 1451 İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ
Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür
17.08.2021 1744 ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var
Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi
07.09.2021 3113 Boypik - Boy inkişafı üçün məcun
Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v
30.08.2021 2311 Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı
Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il
28.08.2021 914 Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI
Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı
22.08.2021 1318 Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM
İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar
24.08.2021 957 "Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO
"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri
31.08.2021 1465