Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?Son vaxtlar, xüsusən İtaliyaya, İspaniyaya səyahət edən turistlər oğurluq hallarının artmasından gileylənirlər. Bu mövzudakı statuslara yazılan rəylərdə hotellərdə də oğurluğun baş verdiyi, seyflərin belə etibarsız olduğu deyilir. Belə yerdə "malını yaxşı saxla, qonşunu oğru tutma" məsəli də etibarlılığını itirir...

Bu günlərdə turizm qruplarının birində "İtaliyada çiyin çantam oğurlandı, içində pasportum və əlavə əşyalar vardı, tapılmasa pasportsuz necə edəcəyəm?", - deyə gənc oğlanın həyəcanlı sorğusu yadıma səfərlərimdən birində başıma gələn olayı xatırlatdı...

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Çantanı yerə qoymağımla yoxa çıxmağı bir oldu

Florensiyada qaldığım hotel dəmiryolu vağzalının lap yanında idi. Bir axşamüstü hotelə qayıdarkən yan-yana düzülən ayaqqabı dükanlarına baş çəkdim. Dükanların birində tuflini geyinərkən əlimdəki çantanı yerə qoymağımla yoxa çıxmağı bir oldu. Dükanda işləyənlər də görməmişdi. Ölkədə oğurluq çox olduğundan başlarını ağrıtmamaq üçün əksər dükanlarda kameradan da istifadə olunmur. Hər halda, özlərinə sərf etməyən məqamlar üçün belə əsaslandırırlar. Çantamda isə pasportum, telefonum, bank kartlarımın olduğu pulqabım vardı. Mən faktiki olaraq yad ölkədə pulsuz və sənədsiz qaldım. Ətrafda tanıdığım kimsə də yox... Kiminləsə əlaqə saxlamaq, başına gələni anlatmaq, məsləhət və ya kömək üçün telefon da həmçinin...

"Tapılmasına ümid varmı?"

Dükanda məsləhət gördülər ki, yaxınlıqdakı Carabinieriyə (polisə) müraciət edim. Polisdə mənim kimi olay yaşayanlar az deyildi. Növbəm çatanda ərizə yazdım, çantanın içərisində olan əşyaları, qaldığım hoteli və şəxsi məlumatları qeyd etdim. "Tapılmasına ümid varmı?" sualıma gənc polis "ola bilər..." cavabını verdi. Şok vəziyyətdə hotelə qayıtdım.

Gecəni necə yatdığımı xatırlamıram. Səhər tezdən artıq Romadakı səfirliyimizlə əlaqə üçün internet və telefon axtarırdım. Digər tərəfdən, bir gün sonra hoteli tərk etməli və Romaya qayıtmalı idim. Amma qatar biletimin elektron variantı da itən telefonumun yaddaşında qalmışdı...

"Hoteldən tərpənməyin, çantanızı tapan adam gətirəcək"

Səhər hotelin əməkdaşından xahiş etdim ki, mənə səfirliyə məktub yazmağa şərait yaratsın. O, yenidən polis bölməsinə zəng edib çantamın taleyi ilə maraqlandı. "Tapılıb" xəbəri mənim üçün çantanı itirdiyim an yaşadığım şoka bərabər oldu. "Hoteldən tərpənməyin, çantanızı tapan adam gətirəcək", deyə polis bölməsindən dedilər. Bir qədər sonra cavan bir oğlan əlində çantamla gəldi, içərisində də itən əşyalarımın hamısı. Telefonum, pasportum, pulqabım... Təkcə blokda olmayan iki bank kartımda olan pul xərclənmişdi. "Qardaşım axşam bu çantanı yol kənarında görüb. Pasportunuzda sizin müsəlman olduğunuzu və Azərbaycandan gəldiyinizi görüb "bu sənədləri mütləq çatdırmalıyam", - deyə polisə zəng etdim. Mən özüm də müsəlmanam, Banqladeşdənəm", - deyə gənc bildirdi. Telefon nömrəsini də verib "burada olduğunuz müddətdə nəsə lazım olsa əlaqə saxlayın", - deyib getdi.

Başıma gələndən dərs götürməyi unutmamışam

Polisə məlumat verərkən "adətən çantalar, sənədlər tapılır, keçidlərə, zibil qablarının yanına atırlar. Pulu isə gözləməyə dəyməz. Ancaq heç kəsin əşyasını aparıb özünə təqdim etmirlər", - deyə gənc polis heyrətini gizlətmədi.

Bilmirəm, bəlkə də bəxtim gətirmişdi. Səhəri gün heç nə olmamış kimi ətraf şəhərlərə səyahətə çıxdım. Çox xoşbəxt idim.

O hadisədən sonra bir neçə dəfə də səyahət etmişəm. Amma başıma gələndən özümə dərs götürməyi də unutmamışam: hər səfərimdə bütün sənədlərimin bir neçə surətini çıxarıb, bəzilərini hoteldə, bəzilərini üzərimdə saxlayıram. Bank kartlarımın və nağd pulumun hamısını üzərimdə gəzdirmirəm. Sənədlərimin olduğu kiçik çarpaz çantamı isə özümdən heç ayırmıram...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 974   Tarix: 14 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.