İnzibatçılıqdan tədrisə gedən yoI: Repetitorluğun qarşısı alınmalıdır?

İnzibatçılıqdan tədrisə gedən yoI: Repetitorluğun qarşısı alınmalıdır?"Tədrisin istənilən səviyyədə davam etdirilməsi üçün müəllim, məktəb və direktor üçün nə mane olur? Görünən odur ki, sanki məktəbdəki təlim bir tərəfdə qalıb, inzibati işlər əsas olub. Məktəb direktorları inzibati işlərlə pedaqoji işə sərf olunan vaxtdan daha çox məşğuldurlar".

Təhsil işçilərinin ənənəvi sentyabr konfransında səslənən bu fikirlər ümumtəhsil məktəblərində direktorların öhdəlikləri məsələsini gündəmə gətirib. "Necə edək ki, pedaqoqlarımız şagirdlərin təlimi ilə daha çox məşğul olsunlar?" sualına cavab axtarışı fonunda elm və təhsil naziri Emin Əmrullayev mayın 31-dən sonra məktəblərdə dərs keçirilməməsi məsələsini də qabardıb: "Tədris ilinin bitməsinə qalan son iki həftədə səmərəlilik aşağı düşür. Həmin ərəfədə sanki yay tətilinə tələsmək təəssüratı yaranır". Bəs tədrisin inkişafına mane olan bu kimi məsələləri necə tənzimləmək olar?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Millət vəkili Ceyhun Məmmədovun fikrincə, inzibati işlər də məktəbin əsas fəaliyyətindən biridir və bu işləri kənara qoymaq qeyri-mümkündür. Əks halda, bu, əlavə problemlər yaradacaq: "Əslində, məktəblərin nəzdində inzibati işləri görə biləcək kadrlar var və onlar bu işlərlə məşğuldurlar. Bu işlər daha çox həmin kadrlara həvalə olunmalıdır. Məktəb rəhbərliyi daha çox tədris və təlimlə məşğul olmalıdır".

Şagirdlərin əlavə hazırlıq məsələsinə gəlincə, millət vəkili hesab edir ki, bununla bağlı xüsusi işlərin görülməsinə ehtiyac var: "Qarşıda duran əsas məqam odur ki, məktəblərdə repetitorluq fəaliyyətinin qarşısı alınmalıdır. Bu prosesdə həm inzibati işlər görülməli, həm də təbliğat işləri aparılmalıdır. Bu gün reallıq ondan ibarətdir ki, məktəblərimizdə repetitorluğu bu və ya digər formada həmin təhsil ocaqlarında çalışan müəllimlər özləri həyata keçirirlər. Məktəblər özləri bu istiqamətdə işlər aparmalıdır. Məktəb direktorlarının və müəllimlərin üzərinə böyük vəzifə düşür. Yəni müəllimlər tədrisi elə bir formada həyata keçirməlidirlər ki, uşaqlar kənara getməsinlər. Bəzən müəllimlər özləri məqsədli şəkildə təlim prosesini elə həyata keçirirlər ki, uşaqlar repetitor hazırlığına cəlb olunsunlar. Bu istiqamətdə köklü formada işlərin həyata keçirilməsinə, proseslərin sistemli formada icrasına ehtiyac var. Biz hər şeydən öncə məktəbdə tədrisin keyfiyyətini artırmalıyıq".

Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov bir çox məktəb direktorlarının tədris-təlim prosesinin təşkili və idarə olunmasında zəif iştirakı haqqında nazirin səsləndirdiyi iradın real vəziyyəti tam əks etdirdiyini təsdiqləyir: "Açığını desək, bu günün direktorları məktəbdaxili həyatın sayı, bəlkə də, yüzü keçmiş sahəsinə cavabdehdirlər. Hansısa kağız parçasının dəhlizdə yerə atılmasından, iki şagird arasında münaqişənin yaşanmasından, səlahiyyətli və səlahiyyətinə aid olmayan müxtəlif qurumların yerli və yersiz sorğu tələblərinin rəsmi cavablandırılmasından tutmuş, şagird davamiyyəti, kargüzarlığın təşkili, valideyn narazılıqlarının dəf edilməsi və s. qədər - hamısı onların öhdəsindədir. Halbuki direktorun ən başlıca vəzifəsi təhsil keyfiyyətinin müasir tələblərə uyğun təminatı, tədris-təlim prosesinin optimal təşkil olunmasıdır. Yəni məktəbdə müəllimlərin şagirdləri keyfiyyətli öyrətməsi və hər bir şagirdin bu prosesdən maksimum dərəcədə yararlanması daha öndə olmalıdır. Direktor diqqəti daha çox texniki məsələlərə, məsələn, jurnalda hansısa rəqəmin səhv yazılması, hansısa pozuntuya yol verilməsi və s. deyil, tədris-təlim prosesinin səmərəli idarə olunmasına yönəltməlidir. Düşünürəm ki, direktorun fəaliyyətinə dair bütün detallar, hətta cüzi görünən məsələlər belə, açıqlanmalı, yeni reqlamentlər təsdiqlənməli və bununla da, onlar ikinci dərəcəli işlərdən rəsmi qaydada azad olunmalıdırlar". A. Cahangirov hesab edir ki, məktəb direktorlarının peşəkar inkişafına dəstək verilməli, müasir məktəb direktoru və onun səriştələri, strateji planlaşdırma, daxili monitorinq, tədris-təlim prosesinin təşkili, şagird qiymətləndirməsi və digər mövzular üzrə onlara xüsusi təlimlər keçirilməlidir.

Ekspert mayın 31-dən sonra məktəblərin buraxılış sinif şagirdlərinin dərslərə gəlməməsi məsələsinə də münasibət bildirib: "Əslində bu problem mayın 31-dən sonra deyil, mart ayından başlayaraq yaşanır. Həmin dövrdə üç fənn üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları və ali məktəblərə qəbul imtahanları keçirilir. İmtahanların mart-may aylarında təşkilinin xeyrinə nə qədər arqumentlər gətirilsə də, reallıq budur ki, imtahanlardan sonra şagirdlərdə dərslərə maraq qalmır". A. Cahangirov buraxılış və ali məktəblərə qəbul imtahanları tarixlərinin ənənəvi qaydalara qaytarılmasının tərəfdarıdır: "Məktəbdə imtahanlar yalnız tədris müddəti bitəndən sonra keçirilməlidir. Buraxılış imtahanlarının iyunun 15-dən sonra, qəbul imtahanlarının isə iyul ayında keçirilməsi daha məqsədəuyğun olardı".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova məktəblərdə tədris-təlim prosesinin gücləndirilməsini vacib hesab edir: "Yeni tədris metodları və kitabları əvvəlki dərsliklərə və metodlara görə daha dolğun, daha öyrədici olur. Sadəcə, müəllimlərə yeni vəsaitlərin daha düzgün, təlimyönümlü istifadəsi və repetitorluğa ehtiyac duymadan mənimsətmə yolları üzrə təlimlər verilməsinə ehtiyac var".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 790   Tarix: 22 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.