Qızıl daha da bahalaşacaq? – MÜHÜM PROQNOZ
Qızıl yenidən bahalaşıb. Ötən gün Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,23% artaraq 2 683,2 ABŞ dollarına bərabər olub.
Ümumilkdə isə qızılın qiyməti son bir ildə 36 faizdən çox artıb. Əgər bir il əvvəl qızılın troya unsiyası (31,1 qram) 1840 dollara satılırdısa, hazırda bu qiymət 2665 dollardır. Bir il ərzində qızılın bir qramının dəyəri 59 dollardan 86 dollara qədər yüksəlib.
Qızılın bahalaşması Azərbaycanda da müşahidə edilir.
Bir il əvvəl 5 qramlıq 750 əyar qızıl üzüyün qiyməti 550 manat olduğu halda, hazırda 660 manatdan yüksəkdir.
Qızılın bahalaşmasının səbəbi ABŞ-də uçot dərəcəsinin aşağı salınması gözləntisi ilə bağlıdır. Bir neçə gün öncə ABŞ-nin mərkəzi bankı faizləri 50 bənd aşağı salıb. Gözlənilir ki, bu, son deyil və faizlər bir qədər də endiriləcək. Faizlərin azaldılması ilə yanaşı, ABŞ mərkəzi bankının pul-kredit siyasətini tədricən yumşaldacağı da gözlənilir. Hər iki dəyişikliklə əlaqədar investorlar qızıl yığımını artırır. Çünki dollar ucuzlaşanda və qiymətli kağızlar üzrə gəlirlilik azalanda qızılın dəyəri yüksəlir.
Proqnozlara görə, yeni vəziyyətdə bir troya unsiya qızılın dəyəri 3000 dolları ötə bilər. Qızılın bir qramının qiyməti isə 100 dollara çata bilər.
BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bir çox ölkələr son zamanlar diversifikasiya edir, öz ehtiyatlarını dollardan, avrodan və digər valyutalardan geri çəkərək daha çox qızıla çevirir.
"Belə ölkələrə misal kimi Rusiyanı, Çini, Hindistanı və hətta Türkiyəni göstərmək olar. Bir çox ölkələr son 4-5 il ərzində valyuta ehtiyatlarını daha çox qızılla əvəzləyir. Təbii ki, bütün bunlar qızılın bahalaşmasına səbəb oldu. Qızıla olan tələbatı artıran bir səbəb də Ukrayna-Rusiya müharibəsidir. Çünki son bir neçə ildə Rusiyanın milyardlarla dollarlıq valyuta ehtiyatları Qərb tərəfdən donduruldu.
Bu hadisədən sonra bir çox ölkə öz ehtiyatlarını xarici valyutada saxlamaqdan çəkinir. Ona görə də qızıla tələbatın artması qaçılmazdır. Elə ötəngünkü impulsiv bahalaşma da bundan irəli gəlir. Görünən odur ki, yaxın zamanda qızıl bahalaşmaqda davam edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 844 Tarix: 28 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
13:10 158 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
16:30 0 Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
17:10 0 Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü
Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş
23:15 0 Ağ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi
Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd
14:10 150 Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?
Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
13:00 174 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
14:20 135 İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
16:20 44 ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v
15:20 118