Planetin xəritəsi yenilənə bilər - Maqnit sahəsi dəyişir, panagea qayıdır: Alimdən HƏYƏCAN TƏBİLİ
"Yer kürəsinin səthini təşkil edən qitələrin hər il bir neçə santimetr hərəkət etməsi gələcəkdə radikal bir dəyişikliyin xəbərçisi ola bilər".
Oxu.Az-ın "Sputnik Türkiyə"yə istinadla məlumatına görə, bu barədə İstanbul Universitetinin Geofizika Mühəndisliyi Bölməsinin rəhbəri professor dr. Zihni Mümtaz Hisarlı bəyan edib.
Onun sözlərinə görə, Yer kürəsinin tarixi boyunca qitələr birləşib və ayrılıb.
"300 milyon il əvvəl mövcud olan "Pangeya" superkontinenti zamanla parçalanaraq bugünkü qitələri formalaşdırıb. Lakin proses sona çatmayıb. Qitə hərəkətləri davam edir və 250 milyon il ərzində Amerika, Afrika və Avrasiya yenidən birləşə bilər", - deyə o izah edib.
Qitələr necə hərəkət edir?
Professor Hisarlı qitələrin hərəkətini litosfer təbəqəsinin altında yerləşən isti mantiya təbəqəsindəki konveksiya axınlarına bağlayıb.
"Mantiya daxilindəki nəhəng istilik hərəkəti qitələri bir aeroportdakı gəzən lentlər kimi hərəkət etdirir. Bu proses 4 milyard ildir davam edir, gələcəkdə isə yeni qitə birləşmələrinə səbəb olacaq və Yer kürəsinin xarici görünüşünü tamamilə dəyişdirəcək", - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, qitələrin hərəkəti təkcə səth formalarına deyil, eyni zamanda Yer kürəsinin maqnit sahəsinə də təsir edir.
"Maqnit sahəsi Yer üzərindəki həyatı qorumaqda kritik rol oynayır. Keçmişdə bu maqnit sahəsinin tərs döndüyü dövrlər olub. Gələcəkdə də maqnit sahəsi dəyişə bilər ki, bu da qitələrin yerdəyişdirməsi ilə əlaqəli ola bilər", - deyə o izah edib.
İkinci Dünya müharibəsinin gizlədilən məlumatları
Doktor Hisarlı qitə hərəkətlərinə dair əldə edilən məlumatların əhəmiyyətinə diqqət çəkib. Xüsusilə İkinci Dünya müharibəsi zamanı toplanan okean dibinin məlumatlarının uzun müddət gizli saxlanıldığını, lakin müharibədən sonra bu informasiyaların elm adamlarına açıldığını bildirib. Onun sözlərinə görə, bu məlumatlar qitələrin sürüşməsini və Yer kürəsinin maqnit quruluşunu anlamaqda mühüm rol oynayıb.
Qitələr birləşərsə, nə baş verər?
Alim bildirib ki, qitələrin birləşməsi təkcə coğrafi deyil, eyni zamanda geoloji və iqlim dəyişikliklərinə də yol açacaq.
"Birləşmə nəhəng dağların yaranmasına və vulkanik fəaliyyətlərin artmasına səbəb olacaq. Lakin bu vəziyyət iqlimi birbaşa dəyişdirməyəcək, ancaq vulkan fəaliyyətləri atmosferdə qaz yığılmasına gətirəcək ki, bu da müvəqqəti iqlim dəyişikliklərinə səbəb ola bilər", - deyə professor əlavə edib.
O, 250 milyon il ərzində qitələrin yenidən birləşməsi ehtimalının həm həyəcanverici, həm də qorxuducu olduğunu deyib.
"Keçmişdə olduğu kimi, Yer kürəsinin səthi bir daha köklü dəyişikliklərə səhnə ola bilər", - deyə Hisarlı sözlərini yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1111 Tarix: 28 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 496 Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13.11.2026 492 Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14.11.2026 532 Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14.11.2026 345 Peçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 573 Körpəsinin öldüyü deyilən anaya 42 il sonra oğlundan mesaj gəldi
Avstraliyada yaşayan baytar həkim Dayan Şihan 1976-cı ildə doğuşdan sonra xəstəxana əməkdaşlarının ona körpəsinin öldüyünü söylədiyini danışıb. Lakin 2018-ci ildə aldığı bir elektron poçt onun oğlunun başqa ailəyə övladlığa verildiyini və artıq nənə olduğunu üzə çıxarıb. Şihan sonradan məcburi övladlığ
17.11.2026 311 Avadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
15.11.2026 928 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
11.11.2026 1302 Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15.11.2026 433