Smartfon sönür və pullar oğurlanır: Birbaşa müdaxilə barədə XƏBƏRDARLIQ
Smartfonlara birbaşa müdaxilə olunaraq bank kartlarından pulların oğurlandığı iddia edilib.
Oxu.Az bildirir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. Vətəndaşlar şikayətlənirlər ki, smartfonları qəfil sönür və onu heç cür yenidən işə sala bilmirlər, servisə aparıb, düzəltdirdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin tamamilə çıxarıldığının şahidi olurlar.
Paylaşımlardan birinin müəllifi, İT mütəxəssisi Fərid Pərdəşünas bununla bağlı qeyd edib ki, sözügedən hal birbaşa smartfona müdaxilədir, ilkin ehtimala görə, bu, kənar tətbiqlər - "apk" faylları vasitəsilə gerçəkləşdirilir.
Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətinə (ETX) sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirildi ki, vətəndaşlar mobil telefonlarına naməlum mənbələrdən proqramlar yüklədikləri zaman klibercinayətkarlar sosial mühəndislik üsulundan istifadə edərək onlara RAT proqramı göndərirlər:
"RAT (Remote Access Trojan) cihazı uzaqdan idarə edə bilmək üçün yaradılan zərərli proqramdır. Mobil telefona yükləndikdən və müəyyən icazələr verildikdən sonra onu silmək mümkün olmur, hətta antivirus proqramları belə, onu bloklamaq imkanına malik deyil.
Həmçinin, bu proqramlar "apk" formasında (Android Package, yəni fayl uzantısı adı ilə - mobil proqramlar, mobil oyunlar və aralıq proqramlarının paylanması və quraşdırılması üçün "Android" əsaslı əməliyyat sistemləri tərəfindən istifadə olunan fayl formatı) olur. Mobil telefona quraşdırıldıqdan sonra kiberdələduzun mobil telefonda istənilən əməliyyatları icra etməsi üçün bütün imkanlar yaranır.
Bu halda kiberdələduzlar "m10", bank tətbiqləri, kripto kimi digər hesabları idarə edə bilirlər. Əsasən, "Android" istifadəçilərinin çox olduğunu, habelə bu sistemin "iOS" sistemi ilə müqayisədə nisbətən daha az təhlükəsizliyi nəzərə alaraq, "Android" sistemli mobil telefonları hədəfləyirlər".
ETX-dən vurğulanıb ki, bu kimi halların baş verməməsi üçün mobil telefona naməlum mənbələrdən olan proqramlar ("WhatsApp+, "cTOST" kimi digər proqramlar) yüklənməməlidir:
"Həmçinin, yüklənilən proqramlara verilən icazələri mütləq şəkildə yoxlamaq tövsiyə olunur. Əgər zərərli proqram yüklənilərsə, lazımi məlumatları başqa cihaza köçürmək məqsədəuyğun hesab edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 885 Tarix: 29 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
11:15 196 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18:30 0 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT
19:30 0 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər
00:37 281 Meksikada üç turistin qətlinə görə şok hökm
Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları
22:00 0 Minimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
16:10 73 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
16:30 0 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il
12:22 175 İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
16:20 44