Azərbaycan dünyada 2-ci ən böyük xurma ixracatçısıdır

Azərbaycan dünyada 2-ci ən böyük xurma ixracatçısıdırSon illər Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan kənd təsərrüfatına dövlətin göstərdiyi davamlı dəstək və həyata keçirilən islahatlar nəticəsində ciddi irəliləyişə nail olunub. İnnovativ texnologiyaların, sınaqdan keçmiş ən uğurlu qabaqcıl konsepsiyaların, o cümlədən "ağıllı" kənd təsərrüfatı metodlarının tətbiqi, həmçinin dövlətin reallaşdırdığı kompleks dəstək mexanizmləri sayəsində bu sahənin ölkənin qeyri-neft-qaz sektoruna, eləcə də qeyri-neft-qaz ixracına töhfəsi artıb.

Kənd təsərrüfatının önəmli və ixracyönümlü əsas sahələrindən biri olan xurmaçılıq Azərbaycanda qədim ənənələrə söykənərək davamlı maraq və yaradılan əlverişli mühit nəticəsində daha da inkişaf edir. Ölkədə xurma ağacları yerli subtropik iqlim şəraitinə yaxşı uyğunlaşıb və yüksək məhsul keyfiyyəti ilə seçilir. Bu gün Azərbaycanda yetişdirilən təzə xurma daxili tələbatı ödəməklə yanaşı, həm də iri həcmdə dünya bazarlarına tədarük olunur. Bu isə öz növbəsində Azərbaycanı qlobal miqyasda aparıcı xurma ixracatçılarından birinə çevirib.

"Report" bu yazıda xarici ölkələrdə Azərbaycan xurmasına olan tələbat, bu məhsulun yetişdirilməsində, ixracında əldə edilən uğurlar və dövlətin bu istiqamətdə verdiyi dəstək tədbirlərinə toxunub.

Beynəlxalq Ticarət Mərkəzinin (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Ümumdünya Ticarət Təşkilatı ilə birgə mandata malik çoxtərəfli agentlik) 2023-cü il üzrə son məlumatlarına görə, Azərbaycan dünyada təzə xurma ixracatçıları siyahısında 2-ci yerdə qərarlaşıb. Sıralamada birinci pillədə İspaniya, üçüncü pillədə isə Çin qərarlaşıb.

2023-cü ildə təzə xurma ixrac edən əsas ölkələrin siyahısı

Azərbaycan dünyada 2-ci ən böyük xurma ixracatçısıdırƏsas ixrac bazarları

Azərbaycandan əsasən Rusiya, Ukrayna və Belarusa ixrac olunan təzə xurma qeyri-neft ixracının diversifikasiyası çərçivəsində görülən tədbirlər nəticəsində 2023-cü ildə Səudiyyə Ərəbistanı, Gürcüstan, Latviya, İran kimi yeni bazarlara da "ayaq açıb".

Əkin sahələri, yüksək məhsul yığımı və məhsuldarlıq

Azərbaycanda xurma bağlarının sahəsi stabil olaraq artır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ilin sonuna xurma əkmələrinin sahəsi 13 min 156,3 hektar olub. Cəmi məhsul yığımı 2022-ci il ilə müqayisədə 1,5 % artaraq 187 min 58,4 ton təşkil edib. Sahəsi ən geniş xurma bağları ilə seçilən Mərkəzi Aran və Qazax-Tovuz iqtisadi rayonlarında ötən il xurma istehsalı müvafiq olaraq 2 % və 3 % artaraq müvafiq olaraq 62 min 42 tona və 45 min 828,5 tona çatıb. Əkin sahələrinin ümumi məhsuldarlığı da müşahidə olunan müsbət tendensiyaya uyğun olaraq 2 % artaraq 158,1 sent/ha bərabər olub. Xurma əkinlərinin ən məhsuldar olduğu torpaqlar Qazax-Tovuz (197,5 sent/ha) və Şəki-Zaqatala (193,6 sent/ha) iqtisadi rayonlarında yerləşir.

Azərbaycanda xurma yığımının 99 %-i fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Məhsulun ixracını isə 56 şirkət həyata keçirir.

İxracatçılara göstərilən dövlət dəstəyi

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) kənd təsərrüfatı məhsullarının, xüsusilə, xurmanın ixracının genişləndirilməsində və coğrafiyasının şaxələndirilməsində mühüm rol oynayır. İxracın təşviqi mexanizmlərinin tətbiqi vasitəsilə qeyri-neft ixracının stimullaşdırılmasına töhfə verən AZPROMO-nun dəstəyi ilə xurma ixrac edən üç yerli sahibkarlıq subyekti 2023-2024-cü illərdə "WorldFood Moscow", "Beynəlxalq Yaşıl Həftə", "Gulfood" və "FOODEX Japan 2024" kimi sərgilərində vahid ölkə stendi altında məhsullarını təqdim edib.

Xatırladaq ki, qeyri-neft məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə tətbiqi nəzərdə tutulan təşviq mexanizmlərindən biri də ixracatçıların qeyri-ənənəvi bazarlara tədarükünü stimullaşdıracaq logistika subsidiyasıdır. Xurma ixracatçılarına yeni bazarlara çıxmağa imkan yaradacaq bu dəstək mexanizminin işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən ixracatçılara logistik xərclərin 100 %-i qədər ödənilməsi formasında tətbiq olunması planlaşdırılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 743   Tarix: 29 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb

"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın

10:45 175
.

Tramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video

ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib

15:10 119
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

14:30 148
.

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu

12:10 187
.

Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb

Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını

12:20 163
.

ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v

15:20 118
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

16:30 0
.

Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı

Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün

14:40 146
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

16:00 64
.