Gürcüstanda MSK prezidentə müraciət etdi: "Siyasi hücumlara son qoyun"
Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkə Prezidenti Salome Zurabişvili və onun administrasiyasını komissiyaya qarşı siyasi hücumları dayandırmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnuk Georgia" məlumat yayıb.
Salome Zurabişvili bildirib ki, ölkə hakimiyyəti öz nəhəng diasporasından qorxur və xaricdə seçki məntəqələri açmamaqla onları səsvermə hüququndan məhrum edir. Prezident hər şeydə Mərkəzi Seçki Komissiyası və Xarici İşlər Nazirliyini günahlandıraraq, məhkəmənin bunu sonradan həll edəcəyini qeyd edib.
"Biz Prezident və onun nümayəndələrini seçki administrasiyasına qarşı siyasi motivli hücumları, seçicilər arasında yanlış təsəvvür yaratmaq cəhdlərini dayandırmağa və bununla da həm ölkə daxilində, həm də xaricdə seçicilərə hörmət göstərməyə çağırırıq", - MSK-nın saytında yerləşdirilən bəyanatda deyilir.
MSK qeyd edir ki, komissiyanın nümayəndələri iclaslarda dəfələrlə prezident administrasiyasına və şəxsən ona xaricdə məntəqələrin necə formalaşdığını izah ediblər.
"Buna uyğun olaraq, onlar yaxşı bilirlər ki, seçki məntəqələri Xarici İşlər Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında yaradılır. Sentyabrın 26-da keçirilən iclasda məhz qanuna ciddi riayət olunmaqla 42 ölkədə 60 seçki məntəqəsi yaradılıb", - məlumatda deyilir.
Qurum prezidentin bəyanatını Mərkəzi Seçki Komissiyasına qarşı diskriminasiya kampaniyasının davamı adlandırıb.
Qeyd edək ki, xaricdə seçki məntəqəsi konsulluq qeydiyyatında olan ən azı 50 və 3000-dən çox olmayan seçici üçün açıla bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 719 Tarix: 29 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245