Dərmandan zəhərlənmə halları niyə və necə baş verir? - ARAŞDIRMA

Dərmandan zəhərlənmə halları niyə və necə baş verir? - ARAŞDIRMA2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib. Şöbəyə qəbul edilmiş 32 nəfər dərmandan zəhərlənənlərdir. Qeyd edək ki, aprel ayı ərzində şöbəyə qəbul edilən xəstələrdən də 56-sı dərmandan zəhərlənmişdi. Bəs dərmandan zəhərlənmə halları niyə və necə baş verir?

"Kaspi" qəzeti növbəti yazısında bu və digər suallara cavab axtarıb.

"Sağlamlığımızı riskə atmamalıyıq"

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyev deyir ki, dərmandan zəhərlənmə bir neçə amillə bağlıdır. Preparatların keyfiyyəti, dərmanın düzgün saxlanılmaması, istifadə müddətinin bitməsi bu amillərdən ən əsaslarıdır: "Xaricdən gətirdiyimiz məhsulların keyfiyyətsiz olması mümkündür. Xəstə dərmanı aptekdən aldıqda mütləq onun saxlanılma müddətinə fikir verməlidir. Dərmanın keyfiyyətini soruşmalı, firmasını öyrənməlidir. Dərman alarkən bu sualları mütləq verməliyik. Sağlamlığımızı riskə atmamalıyıq".

"Ölüm hadisələri ilə rastlaşırıq"

A.Əliyevin fikrincə, həkim nəzarəti olmadan dərman qəbul etmək də həyatımızı riskə ata bilər: "İnsanlarda ağır xəstəliklər ola bilər ki, həkim məsləhəti olmadan qəbul edilən dərmanın həmin xəstəliyə mənfi təsirinin olması mümkündür. Xüsusən qaraciyər xəstəliyi, diabet, allergiyası olan şəxslərdə ölüm hadisələri ilə rastlaşırıq. Həmçinin ola bilər ki, dərman düzgün təyin olunmasın. Bu zaman təzyiq normadan aşağı düşür, böyrək problemləri yaranır. Qanı laxtalandıran dərmanlardan düzgün istifadə etmədikdə insult və infarkt halları mümkündür. Həkimsiz dərman almaq qəti şəkildə olmaz. Bəzən xəstələr reklamlarda dərmanı görür, yaxud kiminsə məsləhəti ilə alıb qəbul edirlər. Bəzən bir neçə dərmanı birlikdə qəbul edirlər. Amma dərmanların qarşılıqlı təsir gücü olur. Bəlkə hansısa dərmana qarşı orqanizmdə həssaslıq var. Bu səbəbdən qeyd olunanlar nəzərə alınmalıdır".

Valideyn nəzarətsizliyinin fəsadları

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova isə bildirir ki, zəhərlənmələrə həm böyüklərdə, həm də uşaqlarda rast gəlinir: "Amma dərman zəhərlənmələri əsasən uşaqlarda baş verir. Bunun da səbəbi odur ki, dərmanları əlçatan yerə qoyurlar, uşaqların yanında dərman qəbul edirlər və onlara izah etmirlər. Uşaqlar da elə anlayırlar ki, onlara da bu dərmanları qəbul etmək olar. Uşaqlarda rast gəlinən dərman zəhərlənmələri daha təhlükəlidir. Valideynlərə hər zaman xəbərdarlıq edirik ki, dərmanları əl altında saxlamasınlar. Böyüklərdə isə dərman zəhərlənmələri daha çox özlərinə qəsd etmə şəklində baş verir. Son vaxtlar özünəqəsd halları da artıb. Onlar əsasən yeniyetmələrdir. İmtahandan kəsildikdə, yaxud stress faktorları olduqda bu yolu seçə bilirlər".

Erkən müdaxilə ilə xilas etmək mümkündür

A.Məmmədovanın sözlərinə görə, dərmanlar insanların səhlənkarlığına görə xarab ola bilər: "Keyfiyyətlə bağlı dərman zəhərlənmələri baş vermir. Hələ bu vaxta qədər belə bir halla qarşılaşmamışıq. Sadəcə, bəzən olur ki, insanlar dərmanları düzgün şəraitdə saxlamırlar. Günəş şüası təmas etdikdə, yaxud soyuq halda saxlanılmalı olan dərman isti şəraitdə qaldıqda xarab olur. Bu dərmanları qəbul etdikdə xəstədə ürək bulanması, diskomfort əlamətlər baş verir. Ona görə dərmanları üzərilərində qeyd edildiyi qaydada saxlamaq lazımdır".

Toksikoloq qeyd etdi ki, dərman zəhərlənmələri ölümə səbəb ola bilər. Amma bu, təsadüfi hallarda olur: "Əksər hallarda xəstə həkimə tez gəldikdə müdaxilə edib vəziyyətdən çıxara bilirik. Əsas risk qrupuna uşaqlar, hamilələr və yanaşı somatik xəstəlikləri olan şəxslər aiddir. Şəkər, ürək-damar, dializ xəstəliyi, ağır xroniki gedişatlı olan xəstələrdə dərman zəhərlənmələri ağır hallara gətirib çıxarır".

Dərmanları spirtli içkilərlə, enerji içkiləri ilə qəbul etdikdə...

Terapevt Sübhan Hacıyev deyir ki, yaşlı insanların dərmanları səhv salması mümkündür. Bəzən düzgün görmədikdə, yaxud çaşqınlıqdan, unutqanlıqdan bu cür hallar baş verir: "Həmçinin yaşlı insanlar xroniki xəstəliyi olduğu üçün eyni anda bir neçə dərmanı qəbul edirlər. Dərmanları su ilə deyil, müxtəlif spirtli içkilərlə, yaxud enerji içkiləri ilə qəbul etdikdə kimyəvi reaksiyaya daxil olub zəhərlənmə simptomları yaradır".

Terapevtin sözlərinə görə, zəhərlənmə simptomlarına mədə-bağırsağın pozulması, qusma, ishal, başgicəllənmə, halsızlıq və sair aiddir: "Uşaqlarda çox ciddi nevroloji pozuntular, mədə-bağırsaq traktının pozulması, qan dövranında ciddi narahatlıqlar yarana bilər. Çox ciddi allergik reaksiyalar yaranarsa və anafilaktik şok verərsə, dəqiqələr içində ölüm halı yaşanması mümkündür. Bu, antibiotiklərdə, müəyyən ağrıkəsicilərdə daha çox görülür.

Bu cür hallarla rastlaşdıqda mütləq şəkildə xəstəxanaya, toksikoloji şöbəyə müraciət etmək lazımdır. Çünki bu xəstələrdə ilk 12 və 24 saat çox önəmlidir. Həkim nəzarətində olmaq gələcək həyatları üçün çox vacibdir. Bəzən dərman yox, səhlənkarlıq da insanların həyatlarına son qoya bilər".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 942   Tarix: 29 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

21.03.2026 1283
.

Turlar.Az - Daxili Turlar

Pulsuz turizm elanları saytı olan -da sizə Quba, Qusar və İsmayıllı turları təklif olunur. Ən münasib qiymətlər bizdə!. Daxili turlar arasında Quba-Qusar-Laza turu ən məşhurlardandır. İlin istənilən fəslində bu turlar təşkil olunur. Ekonom və standart paketlər arasında qiymət fərqi olur. Qiymətə daxildir

26.03.2026 1090
.

Ev bitkiləri isti hissini azaldır və havanı təmizləyir

İnsanlar həyatlarının təxminən 90%-ni evdə, ofislərdə, məktəblərdə və ticarət mərkəzlərində keçirirlər. Bununla yanaşı, ev bitkilərinin mikroiqlimə təsiri hələ də şəhər parkları və küçə ağaclarının təsirindən xeyli az öyrənilib. Qaynarinfo xəbər verir ki, Surrey Universitetinin geniş tədqiqatı Böyü

16.03.2026 454
.

Qaçış həvəskarları üçün vacib xəbərdarlıq

10 km qaçış zamanı bədən təxminən 8 min zərbə qəbul edir. xəbər verir ki, bu barədə travmatoloq-ortoped Mixail Ryazantsev " "ya açıqlamasında bildirib. O izah edib ki, qaçış texnikasındakı səhvlər və istirahət etmədən qaçmaq oynaqlarda zədələrin toplanmasına səbəb olur. Həkimin sözlərinə görə

15.03.2026 289
.

Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?

Dolmanın həm rənginin parlaq qalması, həm də dadının daha dərin olması üçün bişirmə suyuna duz, limon şirəsi, zeytun yağı, bir az şəkər tozu və ətirli ədviyyatlar əlavə etmək məsləhətdir. xəbər verir ki, dolma suyuna duz əlavə etmək həm yarpağın, həm də içliyin dadını tarazlayır. Duz düyü və ətin təbi

22.03.2026 506
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

15.03.2026 1530
.

Təmizləyici su filtrlərinin gizli fəsadları açıqlandı

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur". xəbər verir ki, bu barədə -ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavini Tatyana Solomatina bildirib. Onun sözlərinə görə, filtr vaxtında dəyişdirilmədikdə, o təkc

21.03.2026 338
.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. BİG.AZ -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tuna balığı əti adətən yaşlı və iri balığa məxsus olur. O, uzun illər ərzind

22.03.2026 737
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

19.03.2026 340
.

TOP MP3