Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT
Bir müddətdir, məktəblər, ali təhsil müəssisələri açılıb. Müşahidələr göstərir ki, xüsusilə məktəblilər daha çox kofeşoplarda, restoranlarda oturur, hazır qidalar istehlak edirlər. Bəzi valideynlər uşaqların qidalanmasına nəzarət etmirlər desək, yanılmarıq.
Məktəblilərin qeyri-sağlam qidalanması hansı fəsadlara yol aça bilər və ya onlar əslində necə qidalanmalıdırlar?
BiG.AZ xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, məktəblilərin qida rasionunda kəpəkli çörək, yarmalar, lifli qidalar, faydalı karbohidratlar olmalıdır:
"Uşaqlar gün ərzində heç olmasa, mövsümü meyvələrdən ən az 200-300 qram yeməlidirlər. Rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Çünki asitli içkilər mədə-bağırsaq sistemində birbaşa onikibarmaq bağırsaq xorası və.s yaradır. Həmin içkilər boş karbohidratlı, şəkərli olduqlarına görə burada mineraldan, vitamindan söhbət gedə bilməz. Bu da orqanizmdə mənimsənilmir. Bundan əlavə, burada fosfor turşusundan da istifadə olunur, bu da uşaqlarda sümük inkişafının qarşısını alır. Gələcəkdə şəkərli diabetdən də uzaq durmaq üçün uşaqlar rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Eyni zamanda, məktəblilərin qida rasionunda kartof, kök püresi, brokoli, gül kələmi kimi qarnirli yeməklər üstünlük təşkil etməlidir".
Mütəxəssis qeyd etdi ki, məktəblilərin qida rasionunda ət, balıq, toyuq kimi məhsullar da olmalıdır:
"Sadaladıqlarım riskli qidalar olduqlarına görə, onların saxlanma şəraiti düzgün olmalıdır. Rəngli içkilər, qeyri-sağlam qidalar, cipsi kimi atıştırmalıqlar məktəblilərdə mədə-bağırsaq problemlərini, piylənməni, insulin dirəncini ortaya qoya, beyindəki oreksin maddəsini aşağı sala və bu da uşaqların tənbəlliyinə zəmin yarada, onların dərslərdən kənarlaşmasına, düşünmə tərzlərinin aşağı düşməsinə səbəb ola bilər. Uşaqların xüsusilə bu cür qidalardan, boş karbohidratlardan, fastfudlardan uzaq durmaları tövsiyə olunur".
A.Salamov bildirdi ki, bəzi valideynlər uşaqlarının sağlamlıqlarını düşünsələr də, bəzilərində əksi müşahidə olunur:
"Elə valideynlər var ki, onlar özləri də maariflənməlidirlər. Bunun üçün heç zaman gec deyil. Çünki uşaqların sağlamlığı, gələcəyi həm dövlət, həm də valideynlərin özü üçün maraqlıdır. Bu istiqamətdə maarifləndirmə işləri mütləq davam etməlidir".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1146 Tarix: 03 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 796 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3428 Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 783 Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
01.11.2026 724 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 700 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1040 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 1079 Hər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
01.11.2026 797 Məşhurlar ən çox bu kokteyli içir
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.
25.10.2026 1140