"Bədbəxt hadisə risklərinin minimumlaşması yönündə metro şəbəkəsi inkişaf etməlidir" - Nəqliyyat eksperti

"Bədbəxt hadisə risklərinin minimumlaşması yönündə metro şəbəkəsi inkişaf etməlidir" - Nəqliyyat ekspertiXəbər verdiyimiz kimi, dünən fərqli vaxtlarda 28 May və Ulduz da iki sərnişin stansiya yoluna düşüb. 28 Maydakı hadisə ölümlə nəticələnib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dünyanın bir çox metrolarında bu hallar baş verir.Bakı Metropolitenini Bakının inkişafı ilə müqayisə etsək, bir qədər geridə qalır. Texniki baxımdan bu risklərin minimumlaşması yönündə metro şəbəkəsi inkişaf etməlidir:

"Bu növ hallar təəssüf ki, dünyanın bir çox metrolarında baş verir. Amma Bakı metrosunun başqa problemi var. Biz axınları ayırmalı və yeni alternativlər formalaşdırmalıq ki, bugünki Bakı Metropoliteni daha optimal işləyə bilsin, sərnişin axınını proporsional bölə bilsin və sərnişinlər üçün fərqli marşurtlar təqdim edə bilsin. Hazırda Bakı metrosunda ən çox yükənmiş 2 stansiya adı çəkə bilərik. Biri Koroğlu, digəri 28 May stansiyasıdır. Bakı Metropolitenini Bakının inkişafı ilə müqayisə etsək, bir qədər geridə qalır. 57 yaşlı metronun konseptual planda tikilmiş xətləri təcili təmin olunmalıdır. Dərnəgül və Koroğlu arası, Xətai və Həzi Aslanov arası xətlərinin ayrılması, Dərnəgül deposunun tikilməsi, İçərişəhərdən Badamdara qədər xəttin tikilməsi, bənövşəyi xəttin Ağ şəhərə kimi çatdırılması vacib layihələrdir. Bunlar tikildiyi təqdirdə bugünki 3 xətt müstəqil fəaliyyət göstərəcək, daha sürətli və minimum intervalla təmin olunacaq. Yəni 2 -1 dəqiqəlik intervalla Sumqayıtdan Avtovağzal metrosunun daha da cəlbedici olması təmin olunacaq. Şərq- qərb üzrə baxsaq, 8-ci km Əhmədli massivindən bir marşrut əvəzinə 3 marşrut formalaşacaq, həm şimal, həm cənub, həm mərkəzdən sərnişin axınını parçalayacaq. Yəni metronun daha sağlam hərəkəti təmin olunacaq. 3 xəttimiz varsa, hərəsinin ayrıca deposu olmalıdır və minimum intervalla hərəkət təmin olunmalıdır. Bu, birbaşa təhlükəsizliyin təminatı olacaq.Həmçinin yerin üstünə təsir edəcək. Buna multimodallaşma deyilir. Yəni, sərnişin bir növdən digər növə keçir və səfərinə davam edir. Həzi Aslanovdan Dərnəgülə səfər təşkil olunarsa, Yasamal tərəfdə düşüb avtobusla Sədərək Ticarət Mərkəzi istiqamətində gedə biləcəyik. Eynilə cənub istiqamətində də bu marşrutu təşkil etmək olar. İndiki yolların yükünü də azaldacaq. İnsanların avtomobilə meyl etməsinin səbəbi reysel nəqliyyatımızın daha çox fəaliyyət göstərən növünün inkişafının zəif getməsidir. Bu da birbaşa metronun təhlükəsizliyinə təsir edir və təəssüf ki, bədbəxt hadisələr baş verməsinə gətirib çıxarır. Amma ümumi olaraq bu hadisələrdə hüquq mühafizə orqanlarının yekun rəyini də gözləmək lazımdır. Bu araşdırılmalıdır ki, sərnişin yola düşüb, intihar edib ya kimsə itələyib. Bunlara araşdırılıb hüquqi qiymət verilməlidir. Texniki baxımdan bu risklərin minimumlaşması yönündə metro şəbəkəsi inkişaf etməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1359   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe

15:30 99
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

15:40 109
.

İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır

Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb

16:20 44
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

15:00 131
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

00:29 369
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

00:37 281
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

16:10 73
.

Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı

Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün

14:40 146
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

17:00 0
.