"Azərbaycanda 3 uşaqlı ailə modelinə ehtiyac var" - Sosioloq
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəmək məcburiyyətində qala bilərlər. Bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov çıxış edib.
O, Sovet İttifaqı dövründə mövcud olan uşaqsızlıq vergisinin qaytarılmasını istəyib. Deputatın fikrincə, bu təkcə ölkə büdcəsini doldurmağa imkan verməyəcək, həm də rusiyalıları ailə qurmağa və övlad sahibi olmağa həvəsləndirəcək.
Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, uşaq istəməyən ailələrin vergi verməsi humanistlik baxımından doğru deyil. Amma Azərbaycanda hökmən 3 uşaqlı ailə modelinə ehtiyac var:
"Azərbaycanda buna ehtiyac yoxdur. Çünki Azərbaycan əhalisi uşaq sevən xalqdır. Sadəcə olaraq onlara kömək etmək lazımdır. Azərbaycanda 3 uşaqlı ailə modelini tətbiq etmək lazımdır. Mən bunu 20 ildir təklif edirəm,amma görünür ki, hələ ünvanına gedib çata bilmir. Çalışacağam ki, bu il bu barədə daha çox danışım. Azərbaycanda hökmən 3 uşaqlı ailə modelinə ehtiyac var. 1 uşaq olanda o uşaq psixoloji baxımdan normal formalaşmır. Çünki evdə onun yaşıdı olmur, əsas münasibətdə olduğu adamlar böyüklərdir. İki olanda münaqişəyə meylli olurlar. Həm 1, həm 2 uşaqlı ailə çox olan ölkələrdə uşaq sayı getdikcə azalır. Azərbaycanda çalışmaq lazımdır ki, ən azı 3 uşaqlı ailə olsun. O zaman evdə uşaq mühiti olur və uşaq normal böyüyür. Bunun üçün geniş dövlət proqramı hazırlamaq lazımdır. Dediyim kimi, çalışacam ki, bu barədə çox danışım ki, lazım olan ünvana çatsın. Uşaq istəməyən ailələrin vergi verməsi humanistlik baxımından doğru deyil. Fərz edək ki, hamı pul verdi və uşaq sahibi olmadı, ölkədə uşaq sayı getdikcə azalacaq. Başqa millətlərin Fransaya axın etdiyi kimi başqa etnik tərkiblər də Azərbaycana axın edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1204 Tarix: 04 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI
Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti
00:11 371 Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı
Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün
14:40 146 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video
Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak
16:00 64 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe
15:30 99 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
12:10 187 Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
00:23 402 Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını
12:20 163 1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
00:13 306 Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
00:29 369