"Kontakt Home" müştərilərini aldadır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "ABC-TELECOM" MMC-yə ("Kontakt Home" əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırıb.
XALQ.AZ İqtisadiyyat.az-a istinadən xəbər verir ki, "Kontakt Home" satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozmaqda, eləcə də malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını az miqdarda aldatmaqda ittiham olunur.
Belə ki, "ABC-TELECOM" MMC "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və 7-ci maddələrinin tələblərini pozduğu üçün Dövlət Xidməti tərəfindən ötən ay barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 444.2-ci və 447.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Qeyd edək ki, İXM-in 447.0.1-ci maddəsində deyilir ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Burada "az miqdarda" dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. 444.2-ci maddədə isə deyilir ki, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bundan əvvəllər də "Kontakt Home" barəsində qanunvericiliyin pozulması əlamətləri üzrə iş qaldırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 10601 Tarix: 05 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarsdan çağırıldı - İstanbula konsul göndərildi
Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Türkiyəni
14:04 194 Güclü küləkdə aşan ağacın altında qaldı
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə "Qafqazinfo"ya Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun
12:32 320 Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir. Qurumun məlumatına görə, küləkli hava şəraiti saba
16:38 219 Binəqədidəki yanğın məhdudlaşdırıldı - Video - Yenilənib
Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırd
14:23 375 "Gənclik"dəki iki park birləşdirilir
Metronun "Gənclik" stansiyasının yaxınlığında iki böyük piyada məkanı olan "Atatürk" və "Antena" parklarını birləşdirəcək layihə üzrə işlər davam edir. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə parkdakı fəaliyyəti əks etdirən yeni görüntülər yayılıb. Qey
12:08 244 Yeni əlifbanın tətbiqi müstəqil ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir
Məşhur pedaqoq, mütəfəkkir Konstantin Uşinskinin belə bir deyimi var: "Bir milləti məhv etmək istəyirsənsə, ilk öncə onun dilini əlindən al". Bəli, Dil xalqın varlığını əks etdirən əsas sərvətidir. Onun keçmişi, bu günü və gələcəyidir. Dil bizim tariximiz, mənəviyyatımız, mədəniyyətimizdir
11:39 181 Dənizdə 4 nəfər batdı - 1-i öldü
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. BİG.AZ xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulard
16:12 254 Ana dilimiz milli kimliyimizin və milli varlığımızın ən mühüm göstəricilərindən biridir
Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Bu baxımdan, Ulu Öndərimiz Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində fəaliyyəti xüsusi vurğulanmalıdır. Ümummill
11:41 182 Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi yeni cəbhələrin açılmaması üçün əlindən gələni etməlidir. Bizim.Media xəbər verir ki, o, İran və Şimali Koreyanın artıq Rusiyanın tərəfində Ukraynaya qarşı hücumlarda iştirak etdiyini deyib. "Biz yeni cəbhənin açılmaması üçün mümkün ola
21:00 119