Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?

Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38.95 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 17.3% və ya 7092 ton, dəyər baxımından isə 36.4% və ya 13 milyon 353 min dollar çoxdur.

Hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonunun orta idxal qiyməti 16.3% artaraq 1039.6 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 893.9 dollar təşkil edib. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü gətirilib.

Hesablama aparsaq görərik ki, ölkəyə idxal olunan düyünün 1 kiloqramının dəyəri 1 manat 80 qəpikdir. Buna baxmayaraq, mağazalarda düyünün qiyməti bir kilo üçün 4-12 manat arası dəyişir.

Düyünün idxaldan sonra bu qədər baha olmasının səbəbi nədir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Razı Abbasbəyli Publika.az-a açıqlama verib.

Onun sözlərinə görə, dünya birjasında 2023-cü ildən etibarən düyünün qiymətində ciddi şəkildə bahalaşma baş verib.

"Planetimizdə 500 milyon ton düyü istehlak edilir və əsas istehlak edən ölkələr həm də ixracatla məşğul olurlar. Top beşlikdə Çin, Hindistan, İndoneziya, Tayland kimi ölkələr var. 2023-cü ildən etibarən həm Hindistan, həm Çin, həm də Tayland ixracla bağlı konkret məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Bu da düyünün bahalaşmasına gətirib çıxardı.

Nəticə etibarı ilə də Azərbaycan düyü ilə bağlı öz daxili tələbatını ödəyə bilməyən və daha çox idxaldan asılı ölkə hesab edilir. Son zamanlar Azərbaycanda çəltik əkinləri ilə bağlı təsərrüfatların sayında 4 %-ə qədər artım müşahidə edilir. Buna baxmayaraq, daxili bazara çıxarılan düyü demək olar ki, əsas tələbin ən yaxşı halda 25-30%-ni ödəyir. Dünya bazarlarında düyünün qiymətinin bahalaşması əlbəttə ki, Azərbaycanın daxili bazarında da qiymətlərə öz təsirini göstərir".

Ekspert diqqətə çatdırıb ki, dünya bazarındakı bahalaşmaya görə Azərbaycanda pərakəndə satış nöqtələrində qiymətlər kifayət qədər yüksəkdir:

"Burada bir sıra səbəblər var. Qara dəniz ölkələri ərazisində coğrafi olaraq qeyri-sabitlik, daşınma xərclərinin artırılması Azərbaycanın daxili bazarına təsir edir. Logistika xərclərinin bahalaşması ölkəyə idxal edilən düyünün qiymətinə də təsir göstərir. Dünya birjasındakı qiymətləri Azərbaycanın daxili bazarlarında pərakəndə satış nöqtələri ilə müqayisə etsək görərik ki, 1,5 dəfəyə qədər bahalaşma var. Bundan əlavə, Azərbaycana idxal edilən düyü ölkənin daxilində qablaşdırılır və qablaşdırma xərcləri də burada nəzərə alınmalıdır. Bu da müəyyən mənada daxili bazardakı qiymətlərə təsir göstərir.

Bütün bunlara baxmayaraq, Azərbaycanın daxili bazarında satılan düyünün faktiki olaraq qiyməti real bazar dəyərindən çoxdur. Yəni rəqabət mühiti olmadığına görə, əsasən inhisarçılığın mövcud olması nəticə etibarı ilə də daxili bazarda təxminən 30-40% arasında süni qiymət artımına gətirib çıxarır. Ölkəmizdə düyü idxalçılarının sayının az olması, eyni zamanda müvafiq dövrlər istisna olmaqla ölkəyə düyü idxalı ilə bağlı bir sıra gömrük rüsumlarının qüvvədə olması faktoru da var. Amma burada söhbət heç də fantastik qiymət fərqindən getmir. Bütün bunların fonunda qiymət artımı təkcə Azərbaycanda deyil, bütün pərakəndə satış nöqtələrindədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 30544   Tarix: 05 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v

15:20 118
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

17:00 0
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

00:27 334
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

11:15 196
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

13:10 158
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

00:29 369
.

Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb

Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını

12:20 163
.

Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

17:10 0
.

El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib

Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini

17:30 0
.