Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR? - ARAŞDIRMA

Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR? - ARAŞDIRMAHər il yeni tədris ili başlayanda tələbələrin kirayə mənzil tapa bilməmə məsələsi gündəmə gəlir.

Qızlar kirayə mənzil tapmaqda daha şanslı olsalar da, oğlanlar üçün bunu demək çətindir.

Bir qisim ev sahibləri mənzillərini oğlan tələbələrə kirayə vermirlər, buna səbəb olaraq isə onların mənzili səliqəli saxlamamaları, əşya və avadanlıqlara zərər vermələrini göstərirlər.

Qeyd edək ki, bəzi ölkələrdə mənzillərin təhlükəsizliyinin təminatı olaraq ev sahibləri kirayə üçün müraciət edən şəxslərdən sığorta məqsədilə depozit ödənişləri tələb edirlər. Bu ödənişlərin tələb olunmasının əsas səbəbi ondan ibarətdir ki, mənzil kirayələyən şəxs tərəfindən əmlaka zərər dəyərsə, depozit hesabına qarşılansın. Alınan depozit kirayənişin mənzildən çıxarkən əmlaka zərər vurulmaması müəyyən olunduqda geri qaytarılır.

Məsələn, Cənubi Koreyayanın "Jeonse" lizinq sisteminə görə, əmlak icarəyə götürülmədən öncə onun dəyərinin 50%-i əmlak sahibinə depozit olaraq verilir.

Fransada isə təminat depozitinə əsasən mebelsiz mənzilin kirayə haqqı 1 ay, mebelli, əşyalı mənzilin kirayə haqqı 2 ay müddətinə depozit olaraq ev sahibinə ödənilməlidir. Bu depozit mənzilin icarəsinə xitam verildikdən sonra 2 ay müddətində zəruri xərclər çıxıldıqdan sonra icarədara qaytarılır.

Niderlandda sosial mənzil mülkiyyətində olan hər hansı bir əmlakın icarəsi zamanı bir dəfəlik kirayə depoziti ödənilməlidir. Bu depozit isə əmlakın aylıq icarə ödənişinə bərabərdir.

Maraqlıdır, Azərbaycanda mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunurmu?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan hüquqşünas Xəyal Bəşirov bildirib ki, bununla bağlı qanunvericilikdə müvafiq tənzimləmələr var:

"Mülki qanunvericilikdə müqavilə, o cümlədən kirayə müqaviləsi anlayışı var. Bu yaşayış sahələrinə aid olur və kirayə verənlə kirayə götürən arasında imzalanır. Kirayə müqaviləsinin bağlanması isə könüllülük prinsipi əsasında aparılır. Bu müqaviləyə tərəflərin hüquq və öhdəlikləri ilə bağlı qanunvericiliyin tələblərinə zidd olmayan istənilən müddəa daxil edilə bilər. Əlavə edilən müddəalar əsasında kirayə məbləğini özündə ehtiva edən bir neçə aylıq depozit ödənişi tələbi qoyula bilər".

Hüquqşünasın sözlərinə görə, oğlanlara mənzillərin kirayə verilməməsi məsələsi qanunla tənzimlənmir:

"Bizdə mənzilləri kirayə edən zaman oğlanlara, tək yaşayan şəxslərə deyil, ailəli şəxslərə üstünlük verilməsi qanunla tənzimlənmir. Bəzən ev sahibləri mənzillərini xarici vətəndaşlara kirayə verməyi üstün tutur. Bu tip məsələlərin hər biri kirayə verən tərəfin mövqeyidir. Kimsə ev sahibini məcbur edə bilməz ki, mənzilini kiməsə kirayə ver və ya vermə. Əgər qanuna zidd deyilsə, kirayə verdiyi şəxsin mənzilə köçüb yaşaması hansısa qanunla qadağan olunmayıbsa, mülkiyyətçi istənilən şəxsə mənzilini kirayə verə bilər".

X.Bəşirov qeyd edib ki, problemin əsas səbəbi mənzil sahiblərinin evlərini kirayəyə verərkən notarial qaydada müqavilə imzalamağa üstünlük verməməsidir:

"Tərəflər arasında notarial qaydada kirayə müqaviləsi imzanlandıqda münasibətlər tənzimlənir. Bu olmadıqda gələcəkdə yaranan istənilən problem həllini tapmır və ya tapmasında çətinlik yaranır. Bu müqavilənin mövcudluğu isə yarana biləcək problemlərin qarşısının alınmasında böyük rol oynayır, ona görə də onun imzalanması mütləqdir", - ekspert deyib

O, mənzilini icarə verən şəxsin kirayə müqaviləsinin imzalanmasından yayınması məsələsinə də aydınlıq gətirib:

"Kirayə müqaviləsi notarial qaydada imzalanan zaman müəyyən rüsumların ödənilməsi tələb olunur, eyni zamanda bu müqavilə müvafiq qurumlarda, o cümlədən vergi orqanlarında qeydiyyatdan keçirilir. Bu zaman mülkiyyətçi mülkiyyətinin icarəsindən əldə etdiyi gəlirə görə vergi ödəməlidir. Vergidən yayınmaq üçün onlar müqaviləni imzalamaqdan boyun qaçırırlar".

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, ev sahibi bir çox hallarda mənzilini sığortalaya bilər:

"Hazırda bunun praktikası mövcuddur. Bu daha çox kirayə ödənişi 1000 manatdan çox olan mənzillərdə özünü göstərir. Hansı ki, ev sahibi mənzilində qiymətli əşyalar olduğuna görə əşyalarını sığortalayır, sığorta şirkəti ilə müqavilə bağlayır".

Ekspert qeyd edib ki, xarici ölkələrin bir çoxunda tələbələrə mənzil kirayələnərkən evin dəyəri qədər, bəzən isə daha artığı 1 ay müddətində depozit olaraq alınır.

"Bu ölkələrə Macarıstan və Litvanı misal göstərmək olar. Kirayələyən şəxsdən alınan depozit məbləği o mənzildən çıxdıqdan sonra ev səliqəli, zərər görməmiş formada təhvil verilərsə, geri qaytarılır, əks halda isə dəymiş zərərin aradan qaldırılması üçün usta çağırılır, onun ödənişi də depozit hesabına qarşılanır. Bu, daha çox Avropa ölkələrinə aid praktikadır. Qonşu Türkiyədə bizdən fərqli olaraq, mənzillər aylıq yox, illik kirayə verilir. Bizdə belə hallar azdır və bu sahədə bir az qaydasızlıq hökm sürür. Aybaay kirayə ödənişləri, kirayə müqavilələrin bağlanmaması bəzən problemlərə səbəb olur. Türkiyədə heç kim deyə bilməz ki, mən mənzili 1-2 aylıq kirayələyirəm. Belə olanda həmin şəxsə oteldə qalması məsləhət görülür", - deyə R.Qasımzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda mənzil kirayələnməsi zamanı nadir hallarda depozit tələb olunur:

"Kirayə verənlərin ancaq 10%-i bunu tələb edir. Bir çox hallarda depozit ödənişi tələb edilən mənzilə tələbat olmur. Bu da ev sahibinə sərf etmədiyi üçün depozit tələb etmir. Belə mənzillərə üz tutanların sayının az olması kirayə qiymətinə təsir göstərmir. Kirayə qiymətləri evlərin qiymətinin artıb-azalmasına əsasən tənzimlənir. Tələbatın isə təklifi üstələməsi qiymət artımına səbəb olur", - deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 655   Tarix: 05 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi

Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd

14:10 150
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

17:00 0
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

00:15 312
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

15:00 131
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

11:15 196
.

"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video

"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il

12:22 175
.

Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı

Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün

14:40 146
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

11:00 176
.

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd

17.10.2026 278
.