Kemi Seba: "COP29 neokolonializmin müzakirəsi üçün mühüm platforma olacaq"

Kemi Seba: "COP29 neokolonializmin müzakirəsi üçün mühüm platforma olacaq""Ekoloji problemlərlə üzləşən Afrika xalqları neokolonializm məsələsini qaldırmaq üçün "COP29" platformasından istifadə etməlidirlər".

Bunu "Reporta"a müsahibəsində məşhur fəal və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan Kemi Seba deyib.

"Əvvəlki COP iqlim konfranslarında təəssüf ki, hegemon ölkələrin öz ucqar ada ərazilərində ekoloji problemlərə məhəl qoymaması məsələsi qaldırılmayıb. Hesab edirəm ki, bu, neoliberal siyasət tərəfdarlarının mövzunu müzakirə etməkdən yayınması ilə bağlıdır. Bunun arxasında Afrikadakı torpaqlarımızı sadə ekoloji standartlara belə əməl etmədən istismar edən dövlətlər dayanır. Beynəlxalq korporasiyalar Afrikaya dağıdıcı yanaşmaları ilə meşələrimizi və ətraf mühitimizi məhv edir, mineral ehtiyatlarımızı istismar etməklə yanaşı resurslarımızı tükəndirir. Buna görə də Afrika öz səsini ucaltmalı və ekoloji problemləri neokolonializmlə əlaqələndirərək COP konfransında bu məsələni qaldırmalıdır", - o deyib.

Fəal qeyd edib ki, əgər Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək imkanı verilsə, Afrika qitəsində ətraf mühitin məhv edilməsi məsələsini qaldıracaq:

"Əgər Bakıda COP29-da iştirak etmək imkanım olsa, tezisim çox sadə olacaq. Mən deyəcəyəm ki, bu gün Qərb Afrikanın təbii sərvətlərini necə həyasızcasına talayır. Hazırda xalqların ənənəvi yaşayış mühitini və qlobal Cənub ekologiyasını məhv edən Qərbin psevdoekoloji yanaşmasına qarşı mübarizə aparmaq lazımdır. Qərb ölkələrinin ekologiyası yalnız maddi dəyərlərə əsaslanır, Afrika ölkələrinin ekologiyası isə mənəvi, metafizik ölçüyə malik ekologiyadır. Biz dünya ekologiyasını müstəmləkəsizləşdirməli və insanla təbiət arasında harmoniya yaratmalıyıq".

"URGENCES PANAFRICANISTES" adlı QHT-nin rəhbəri bildirib ki, onun təşkilatı neokolonializmə qarşı mübarizə və Afrika qitəsində sosial ədalətin bərqərar olması ilə birləşən müxtəlif pan-afrikalı strukturlarla sıx əməkdaşlıq edir. Fəal Qərbin neokolonializmi ilə mübarizə üçün Bakı Təşəbbüs Qrupu ilə əlaqə yaratmağın vacibliyini xüsusilə vurğulayıb: "Biz qrup ilə ortaq mövqe tapmışıq və bu məsələlərdə tədricən eyni istiqamətdə irəliləyirik".

Fransız neokolonializminin aparıcı tənqidçisi qeyd edib ki, beynəlxalq platformalarda Afrika nümayəndələrinə inamın olmamasına baxmayaraq, bu, onların öz səslərini və tələblərini dünya səhnəsində eşitdirməyə mane olmur.

"Amma mən inanıram ki, COP29 Afrikanın ekoloji problemləri kontekstində səsimizi eşitdirmək üçün bir fürsət ola bilər. Bakıda konfransda iştirak etmək imkanı yaranarsa, mən bütün bu problemləri səsləndirəcəyəm".

Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.

K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.

Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.

Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.

K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var - o, "Facebook"da 1,3 milyon, "TikTok"da 370 min, "Instagram"da 306 min, "X"da 280 min, "YouTube"da isə 230 min izləyiciyə malikdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 06 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

00:19 456
.

Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib

Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik

10:30 173
.

Ərdoğandan təbrik mesajı: Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik- Foto

"Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm". BİG.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü ilə bağlı "X" platformasındakı paylaşımınd

16:25 24
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

14:30 148
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

00:15 312
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

00:23 402
.

Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"

"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa

10:00 191
.

Türkiyədən növbəti dəstək dalğası: "Azərbaycan xalqının yanındayıq" - Foto

"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər. -ın məlumatına görə, Azərbaycan dilinə tərcümədə "Ərəbləşməyəcəyik" mənasını verən həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri il

12:19 203
.

Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib

Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını

13:30 157
.