Səudiyyə Ərəbistanı hansı halda İsraili tanıya bilər?
ABŞ-də keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gələrsə, Səudiyyə Ərəbistanı hakimiyyəti İsraillə diplomatik əlaqələr qurmağa razılaşa bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, Trampın vasitəçiliyi ilə İsraillə saziş bağlanarsa, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud bu sazişi dəstəkləyə bilər. Eyni zamanda, agentliyin məlumatına görə, Səudiyyə rəhbərliyi ilə danışıqlarda 2020-ci ildə seçkidə Trampın məğlubiyyətindən sonra da bu məsələdə Məhəmməd bin Salmanla əlaqə saxlamağa davam etdiyi iddia edilən ABŞ-nin keçmiş prezidentinin kürəkəni Cared Kuşner iştirak edəcək.
Məlumata görə, ABŞ-dəki seçki yarışı Demokratlar Partiyasının namizədi Kamala Harrisin qələbəsi ilə başa çatsa belə, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş əldə olunacaq. Agentliyin həmsöhbətləri hesab edirlər ki, bu halda İsraillə müqavilə bağlamaq üçün daha çox vaxt lazım ola bilər.
Səudiyyə Ərəbistanı və İsrail uzun müddətdir ki, münasibətləri normallaşdırmaq üçün səy göstərirlər. Lakin 2023-cü ildə Yaxın Şərqdə vəziyyətin kəskinləşməsindən sonra bu proses dayandırılıb. 2024-cü ilin sentyabrında Məhəmməd bin Salman müstəqil Fələstin dövləti yaranmadan ölkəsinin İsraili tanımayacağını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 642 Tarix: 06 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd
00:19 456 Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik
10:30 173 Ərdoğandan təbrik mesajı: Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik- Foto
"Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm". BİG.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü ilə bağlı "X" platformasındakı paylaşımınd
16:25 24 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
14:30 148 Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
00:15 312 Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
00:23 402 Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa
10:00 191 Türkiyədən növbəti dəstək dalğası: "Azərbaycan xalqının yanındayıq" - Foto
"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər. -ın məlumatına görə, Azərbaycan dilinə tərcümədə "Ərəbləşməyəcəyik" mənasını verən həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri il
12:19 203 Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını
13:30 157