Bakıda ofisiantlar müğənnini niyə bıçaqlayıblar? - Hadisənin TƏFƏRRÜATI
Bakıda məşhur şadlıq saraylarından olan "Monte Karlo"da müğənnini bıçaqlayan ofisiantlar cinayət məsuliyyətinə cəlb edilib.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən ilin yayında şadlıq sarayında keçirilən toydan az sonra baş verib. Nizami Rayon Məhkəməsi bir neçə gün əvvəl hadisəni törətmiş şəxslərə hökm oxuyub.
Bildirilib ki, şadlıq sarayında aparıcı-müğənni kimi fəaliyyət göstərən Murad Musayev ilə oranın ofisiantları arasında mübahisə yaranıb. Belə ki, sərxoş olan ofisiantlardan birinin ayağı stolun süfrəsinə ilişib, nəticədə üzərindəki qablar yerə tökülərək sınıb. Musiqiçi yoldaşları ilə toydan sonra yemək yeyən Murad onlara yaxınlaşaraq irad bildirib və münaqişə baş verib. Bu zaman 3 ofisiant onu kənara çəkib və müğənniyə bıçaq xəsarətləri yetirilib.
Hadisədən sonra şadlıq sarayında ofisiant işləyən Əli və Zaur Əkbərov qardaşlarına, eləcə də Ümid adlı şəxsə Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılıb.
Bıçaqlanan müğənni ifadəsində deyib: "2003-cü ildən toylarda aparıcı-müğənni kimi çalışıram. 2023-cü ilin aprelində Babək prospekti 22 ünvanında yerləşən "Monte Karlo" şadlıq sarayında işə başlamışam. Ötən ilin iyulun 14-ü saat 17 radələrində o toy ziyafətində iştirak etmək üçün "Monte Karlo"ya getdim. Həmin gün saat 23:58-də toyu yekunlaşdırdım və Aytac adlı xanım müğənni, həmçinin saz ifaçısı Hikmət və üç nəfər fotoqrafla birgə öz masamızda əyləşib yeməyə başladıq. Bu zaman üzbəüz stolda əyləşmiş üç ofisiantdan biri masanın üzərinə yumruq vuraraq onu aşırdı".
Zərərçəkmiş bildirib ki, sözügedən ofisianta irad bildirmək üçün ona yaxınlaşıb: "Masadakı bütün əşyalar döşəməyə dağılmışdı. Ona dedim ki, çörək qazandığınız yerdir, niyə belə hərəkət edirsiniz? Məni tanıyan ofisiantlar yaxınlaşıb dedilər ki, spirtli içki qəbul ediblər, sən qarışma. Bundan sonra bir söz deməyib oradan uzaqlaşdım. İnzibatçı qonorarımızı verdikdən sonra zalı tərk etdim".
Müğənni qeyd edib ki, gecə saat 1 radələrində şadlıq sarayının qarşısında taksiyə minərkən həmin ofisiantlar ona yaxınlaşaraq kənara çəkiblər və Əli adlı gənc onu bel nahiyəsindən 2 dəfə bıçaqlayıb. Həmçinin döyərək burnunu sındırıblar.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciət edildikdən sonra araşdırma aparılıb. Bakını tərk edərək Masallıya gedən Əli və Zaur saxlanılıblar. Eyni zamanda hadisənin iştirakçısı olmuş Ümid adlı digər ofisiant da cinayət məsuliyyətinə cəlb edilib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə onlar qeyd edilən maddə üzrə təqsirli biliniblər. Əliyə 2 il 5 ay 26 gün, qardaşı Zaura 1 il 11 ay 28 gün, Ümidə isə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onlara elektron qolbaq taxılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 851 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
00:15 140 ABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib
ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar
17.10.2026 181 IMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17.10.2026 184 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ
17.10.2026 182 Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddi
17.10.2026 260 Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli
00:27 124 Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, G20 Dinlərarası Forumunu
17.10.2026 168 Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
00:09 139 Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik
10:30 0