Paytaxtın bu ərazisindəki evlər SÖKÜLƏCƏK

Paytaxtın bu ərazisindəki evlər SÖKÜLƏCƏKSon vaxtların ən mühüm problemlərindən biri də Bakının bəzi ərazilərindəki evlərin sökülməsidir. Əsasən də bu məsələ paytaxtın "Sovetski" və "kubinka" adlanan ərazilərində aktual olaraq qalır. Belə ki, sözügedən ərazilərdə mərkəz küçələrdəki bəzi yaşayış sahələri sökülüb. Amma iç-içə məhlələrdə hələ də söküntü işləri getməyib. Həmin ərazilərdəki qonşular da bildirir ki, illərdir oradakı evlərin söküləcəyi deyilir.

Bəs, bu məsələ niyə illərdir ki, uzanır? Burada hansı səbəblər rol oynayır

BiG.AZ xəbər verir ki, məsələ ilə əlaqədar Bizim.media-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq söküntü işləri başlayıb:

"Ümumiyyətlə, 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binaların söküntü prosesi gedir. Bu günə qədər də onlarla köhnə çox mənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvələnib. Söküntülər daha çox iki formada aparılır. Birinci olaraq, özəl sektor tərəfindən köhnə binalar sökülür və yenisi ilə əvəz olunur. İkinci isə dövlətin ehtiyacı olan torpaqlar qiymətləndirilərək bazar qiyməti ilə dəyərləndirilir və 20 faiz artıq kompensasiya verilməklə vətəndaşlardan geri alınır. Həmin "Sovetski" ərazisində də söküntü artıq asta-asta başlayıb. Bu proses mərhələli şəkildə aparılır. Bir çox ərazilərdə parklar salınıb".

Ekspert həmçinin, söküntü meyarları, bazar qiymətləri və gecikmə səbəbləri məsələlərinə də toxunub:

"Bundan əlavə, söküntü işlərinin aparılması üçün tikinti şirkətləri bazarı da nəzərə alır. Əgər eyni anda hər yeri söksələr, onlar tikdikləri binanı başqa şəxslərə sata bilməzlər. Həm də kirayə bazarında mənfi təsir özünü göstərəcək. Əmlak bazarında həm qiymət artımı, həm də alıcı qıtlığı ilə nəticələnə bilər. Vətəndaşların mənzilinə gəldikdə isə onlar gözləntidədir.

Söküntünü gözlədikləri üçün təmir işlərinə də bir o qədər diqqət ayırmırlar. Amma istənilən halda bir şəxs öz şəxsi evində yaşayırsa, onun nə vaxt söküləcəyindən asılı olmayaraq yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımı yerlərdə müəyyən təmir işləri görməlidir. Söküntü zamanı əgər özəl sektor olarsa, vətəndaşa yenidən ev verilir. Dövlət xətti ilə sökülürsə, ev ölçülür və bazar qiymətinə uyğun hesablanır, qiymətdən əlavə 20 faiz kompensasiya verilir. Bu prosesin bu qədər ləng getməsinin səbəbi Bakı şəhərinin baş planının təsdiq olunmaması idi.

Artıq 2023-cü ilin dekabr ayının sonunda Bakının baş planı təsdiqləndi. Hansı ərazilərdə nələrin söküləcəyi və nələrin tikiləcəyi artıq müəyyən olunub. O baxımdan düşünürəm ki, bundan sonra bu proseslərə mərhələli şəkildə start veriləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5896   Tarix: 17 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.