Başına dəstə yığıb atasını tamah məqsədilə öldürmək istədi - 3 nəfərlik dəstənin cinayət işi
Atasını tamah məqsədilə öldürmək istəyən oğulun məhkəmə prosesi başlayır.
"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 28, 120-ci maddəsinin bir neçə bəndi ilə təqsirli bilinən dəstənin məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 23-də hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək. Cinayət işində üç nəfər - Fəqan Xələf oğlu Fərəcov, İlkin Yavər oğlu Hüseynov və Fariz Eldar oğlu İsmayılov təqsirləndirilən şəxs, iki nəfər - Xələf Gülmalı oğlu Fərəcov və Zamiq Elxan oğlu Sadıqov isə zərərçəkən şəxs qismində tanınıb.
Hadisənin baş verməsinə gəlincə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 543 Tarix: 19 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada hər ay 15 minə yaxın iş yeri itirilir
"Almaniya sənaye sektorunda dərin böhran yaşayır və bu vəziyyət ölkənin iqtisadi sabitliyi üçün ciddi risk yaradır". DPA agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya Sənaye Birliyinin (BDI) baş direktoru Tanya Gönner bildirib. Onun sözlərinə görə, sənaye sahəsində hər ay təxminən 1
26.07.2026 283 Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət
Yay mövsümündə uzun avtomobil səfərləri zamanı uşaqlarda ürəkbulanma və qusma halları tez-tez müşahidə olunur. xəbər verir ki, pediatr Jül Fujer bunun beynin gözlərdən və bədənin hərəkətindən gələn siqnallar arasındakı uyğunsuzluqdan qaynaqlandığını bildirib. Həkimin sözlərinə görə, səfərdən əvvəl uşağı
26.07.2026 320 Si Cinpin Qırğızıstana dövlət səfəri edəcək
Çin lideri Si Cinpin 31 avqust - 1 sentyabr tarixləri aralığında Qırğızıstana dövlət səfəri edəcək və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Qırğızıstanın xairic işlər naziri Ceenbek Kulubayev çinli həmkarı Van İ ilə görüşündə bildirib
26.07.2026 181 Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb: Xəsarət alanlar var - FOTO
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "Cherry" markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibb
26.07.2026 198 Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsindən kənarlaşdırıldı
Roma Statutuna üzv dövlətlərin Assambleyası Nyu-Yorkda keçirilən xüsusi sessiyada seksual qısnamada ittiham olunan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanı vəzifəsindən kənarlaşdırıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki diplomatik mənbəyə istinadən məluma
26.07.2026 215 Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq barədə yekun qərar qəbul edib. xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər və xarici ticarət naziri Feliks Plasensiya "Telegram" kanalında paylaşım edib. Nazirin sözlərinə görə, qərarın qəbul edilməsinə səbəb BCM-ni
26.07.2026 186 Qremin Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi iflasla üz-üzədir
Senator Lindsi Qremin Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin irəlilədilməsi ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə Konqresdəki demokratlar arasında yaranmış fikir ayrılıqları səbəbindən pozulmaq təhlükəsi ilə üzləşib. "Report" xəbər verir ki, bu barəd
26.07.2026 227 Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putini Rusiya-Ukrayna münaqişəsini dondurmağa və İstanbuldakı danışıqlara qayıtmağa çağırıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə K.Tokayev bu gün Omskda Putinlə görüşündə deyib. "Bəlk
26.07.2026 199 Bakıda və Abşeron yarımadasında temperatur enəcək
Sabah Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında xəzri küləyi əsəcək, maksimal temperaturun 32-35 dərəcə isti olacağı gözlənilir
26.07.2026 317