İranın nüvə bombasından güclü silahı nədir?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, budəfəki buraxılışda nüvə silahından daha güclü olan silahlardan bəhs olunub.
Qeyd olunub ki, açıq mənbələrdə uran-plutonium əsaslı nüvə silahından daha güclü silahların mövcudluğu inkar edilmir.
Hərçənd ki, onların özlərinin də nüvə silahı sayılıb-sayılmadığı birmənalı deyil.
Bu baxımdan diqqətçəkən ilk silah hidrogen bombalarıdır. Başqa deyimlə termonüvə silahı kimi də tanınan hidrogen bombaları uran-plutonium əsaslı nüvə silahları ilə eyni dağıdıcı amillərə malik olmaqla onlardan daha böyük potensial partlayış gücünə sahibdir.
Hidrogen bombasının dağıdıcı gücü yüngül elementlərin daha ağır elementlərə nüvə sintezi reaksiyasından ayrılan enerjidən istifadə edilməsinə əsaslanır.
Standart nüvə silahından daha güclü silah kimi 1956-1961-ci illərdə keçmiş Sovetlər Birliyində hazırlanan "Çar bomba" adlandırılan "AN602" aviasiya bombası da olduqca məşhurdur.
Adıçəkilən bomba indiyədək bəşər tarixində istehsal olunan ən güclü partlayıcı qurğudur və sınaqdan keçirilən ən güclü termobarik qurğu kimi "Ginnesin rekordlar kitabı"na daxil edilib.
ABŞ Silahlı Qüvvələrinin arsenalında olan "Massive Ordnance Air Blast" (MOAB) bombası da öz növbəsində bütün bombaların "anası" adlanır. 2003-cü ildə ilk dəfə sınaqdan keçirilən bu bomba yarandığı dövrdə Amerika arsenalında ən güclü qeyri-nüvə silahı hesab olunub.
Adi nüvə silahından daha güclü silahlar sırasına həmçinin "Cobalt" bombaları da aid edilir.
Bu bombalar nisbətən zəif nüvə partlayışı ilə belə ərazinin güclü radioaktiv çirklənməsinə səbəb olan nüvə silahının nəzəri modifikasiyasıdır. "Cobalt" bombasının əsas məhvedici amili qurbanlarının xarici və daxili şüalanması və onun radiasiya xəstəliyindən sonrakı ölümüdür.
1950-ci ildə Amerikalı fizik Leo Szilard tərəfindən irəli sürülən "Cobalt" bombası ideyası bütün dünyanı dağıda bilmə potensialına görə "Qiyamət günü" maşını kimi də tarixə düşüb. Bu silahın əsas özəlliyi onun daşınmasına ehtiyac qalmamasıdır. Yəni bu bombaya sahib ölkə onu sadəcə öz ərazisində partlatmaqla bütün dünyanı məhv edə bilər. Rəsmi olaraq "Cobalt" bombası hələlik istehsal edilməmiş silah sayılır.
Ətraflı süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 658 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın
17.10.2026 176 Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü
Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd
17.10.2026 149 Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Oktyabrın 16-da polis tərəfindən keçirilən əməliyya
17.10.2026 178 Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır
Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal
17.10.2026 145 Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
00:09 139 Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17.10.2026 198 Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki
17.10.2026 435 Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
Yəmənin hökumət qüvvələri Təiz əyalətinin cənub-şərqində husilərin səkkiz saatdan çox davam edən hücumlarını dəf etdiklərini bildiriblər. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Yəməndəki əməkdaşlarına istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Təiz şəhəri müntəzə
17.10.2026 184 Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb
Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə vəzifəsini tərk edəcəyini və səlahiyyət müddətini uzatmaq üçün ölkə konstitusiyasına dəyişikliklər etmək niyyətində olmadığını bildirib. "Report" xəbər verir ki, bu barədə "Reuters" dövlət başçısının ölkənin Hərbi Akademiyasının buraxılı
17.10.2026 203