Alimlərdən BÖYÜK KƏŞF -İnsan dərisi yaradırlar- Qocalmaya qarşı mübarizədə yeni addım

Alimlərdən BÖYÜK KƏŞF -İnsan dərisi yaradırlar- Qocalmaya qarşı mübarizədə yeni addımAlimlər qrupu insan bədənindəki kök hüceyrələrdən necə dəri hüceyrələrinin yarandığını öyrənib və hətta laboratoriya şəraitində kiçik dəri seqmentlərini təkrarlaya bilib.

Tədqiqat insan bədəninin bütün tərkib hissələrinin hüceyrə səviyyəsində necə qurulduğunu öyrənmək məqsədi daşıyan geniş proqramın bir hissəsi kimi aparılıb.

Qocalma prosesini yavaşlatmaqla yanaşı, tədqiqat nəticələri süni dəri istehsalında, dəri transplantasiyasında və çapıq izlərinin qarşısının alınmasında istifadə oluna bilər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, "İnsan Hüceyrə Atlası" layihəsi biologiya sahəsində ən iddialı tədqiqat proqramlarından biridir. Layihə beynəlxalq miqyasda həyata keçirilir, lakin onun mərkəzi İngiltərənin Kembridqşir qraflığında yerləşən Senger İnstitutundadır.

Layihə rəhbərlərindən biri olan professor Müzlif Həniffanın sözlərinə görə, bu tədqiqatlar alimlərə müxtəlif xəstəlikləri daha yaxşı müalicə etməyə və sağlamlığı daha uzun müddət saxlamağın yollarını tapmağa, bəlkə də hətta gənc görünməyi təmin etməyə kömək edəcək.

"Əgər biz dərini idarə edə və qocalmanın qarşısını ala bilsək, daha az qırışlarımız olacaq," - deyə professor qeyd edir.

"Əgər biz hüceyrələrin ilkin inkişafdan böyüklük yaşına qədər necə dəyişdiyini başa düşsək, bu sualı verə bilərik: orqanları necə cavanlaşdırmaq olar, ürəyi necə cavan etmək olar, dərini necə daha gənc etmək olar?"

Əlbəttə, bu hələ uzaq bir hədəfdir, lakin tədqiqatçılar da yerində dayanmır, insan orqanizmində dəri hüceyrələrinin inkişafının erkən mərhələlərini öyrənməkdə davam edirlər.

Yumurtahüceyrə mayalandığı zaman bütün insan hüceyrələri eynidir. Lakin artıq üç həftə sonra kök hüceyrələr daxilində müəyyən genlər aktivləşir və bədənimizin müxtəlif hissələrini yaratmaq üçün təlimatlar verir.

Alimlər müəyyən ediblər ki, dəri yaratmaq üçün hansı genlər, hansı zamanda və bədənin hansı nahiyəsində aktivləşir.

Bu genlər xüsusi reaktivlər vasitəsilə mikroskop altında kiçik sehrli işıqlar kimi görünür.

Narıncı genlər dərinin səthini yaradır. Sarı genlər isə onun rəngini müəyyən edir. Lakin daha fərqli genlər də mövcuddur, onlar saç böyüməsini, tər ifrazını və xarici təsirlərdən qorunmanı tənzimləyən strukturlar formalaşdırır.

Əslində, alimlər insan dərisinin yaradılması üçün təlimatlar alıblar və bu təlimatları "Nature" jurnalında dərc ediblər.

Məsələn, alimlər artıq bilirlər ki, embrional toxuma çapıqsız sağalır.

Daha bir vacib kəşf odur ki, immun hüceyrələri dəridə qan damarlarının formalaşmasında həlledici rol oynayır və alimlər uyğun gen təlimatlarını laboratoriyada kopyalamağa müvəffəq olublar.

Onlar reaktivlərdən istifadə edərək, lazımi zamanda və lazımi yerlərdə genləri aktivləşdirib və deaktiv ediblər və beləliklə, laboratoriya şəraitində kök hüceyrələrdən süni dəri yaradıblar.

Hələlik yalnız kiçik seqmentlər yaradıblar, onlardan kiçik saç telləri çıxır.

Professor Həniffanın sözlərinə görə, son məqsəd bütün bunları mükəmməlləşdirməkdir.

"İnsan dərisinin necə yaradıldığını bildikdən sonra bunu yanıq xəstələrinin müalicəsi və toxuma transplantasiyası üçün istifadə edə bilərik," – deyə o bildirib.

"Daha bir misal – əgər saç follikullarını yaratmağı öyrənsək, keçəl insanlarda saçların yenidən böyüməsini təmin edə bilərik".

Laboratoriyada yetişdirilən dəri həmçinin dəri xəstəliklərinin öyrənilməsi və bu xəstəliklərin müalicəsi üçün potensial yeni metodların sınağı üçün istifadə edilə bilər.

Genlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi üzrə təlimatlar embrionun bütün bədənində yayılır və doğulandan sonra, hətta böyüklük yaşına qədər orqanlarımızın və toxumalarımızın inkişafını təmin edir.

"İnsan Hüceyrə Atlası" layihəsi çərçivəsində səkkiz il ərzində bədənin müxtəlif hissələrindən 100 milyondan çox hüceyrə analiz edilib. Nəticədə beynin və ağciyərlərin ilkin atlasları yaradılıb, indi isə alimlər böyrəklər, qaraciyər və ürək üzərində işləməyə davam edirlər.

Layihənin növbəti mərhələsində, Kembric Universitetinin professoru və layihənin qurucularından biri olan Sara Teixmanın dediyinə görə, ayrı-ayrı atlaslar bir-biri ilə birləşdirilməlidir.

"Bu, inanılmaz dərəcədə həyəcanvericidir, çünki bizə fiziologiyaya, anatomiya və insanı yenidən başa düşməyə yeni baxış bucağı verir," - deyə o, BBC-yə müsahibəsində qeyd edib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 953   Tarix: 20 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

TOP MP3