Azərbaycan Ordusunda intihar halları niyə artıb?
Son vaxtlar Azərbaycan ordusunda intihar hallarının artdığını görürük.
Mövzu ilə bağlı BiG.AZ-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Azərbaycan cəmiyyətində intihar hallarının sayı artanda mütləq şəkildə orduya da təsir göstərir. Bu məsələ ordudan çox cəmiyyətin problemidir.Azərbaycanda psixoloji baxımdan yoxlama keçirilmir.Hansısa psixoloji problemi olan əsgərin orduya cəlb olunması manqasından tutmuş tağım, bölük, tabor və hərbi hissə komandirinə qədər problem yaradır:
"Nəzərə almaq lazımdır ki, ordu cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətdə baş verən proseslərin ordudan kənarda qalacağını gözləmək doğru yanaşma deyil. Azərbaycan cəmiyyətində intihar hallarının sayı artanda mütləq şəkildə orduya da təsir göstərir. Məsələn, son dönəmlərdə valideynlərdən gələn şikayət budur ki, övladları intihara meyllidir. Cəhd etməyib, amma bütün gün deyir ki, başıma iş gəlsə, intihar edəcəm. Bu tip insanların ordu sıralarına cəlb olunması sonradan problem yaradır. Onların bəziləri gerçəkçi olmasa da, bəziləri gerçəkçi olur. Onlar bir dəfə çətin vəziyyətə düşən kimi dərhal intihar edirlər və bu, ordunun boynuna qalır. Əslində, hesab edirəm ki, bu məsələ ordudan çox cəmiyyətin problemidir. Azərbaycanda psixoloji baxımdan yoxlama keçirilmir. Bəzi ölkələrin ordularında ən önəmli şey psixoloq yoxlamasıdır. Psixoloq tərəfindən tam yoxlanandan sonra onları ordu sıralarına cəlb edirlər. Azərbaycanda bu yoxdur. Hesab edirəm ki, bunun üçün addım atmaq lazımdır. Hansısa psixoloji problemi olan əsgərin orduya cəlb olunması manqasından tutmuş tağım, bölük, tabor və hərbi hissə komandirinə qədər problem yaradır. Hansısa həkim səhvindən və ya kiminsə özü haqqında məlumatı gizlətməsi illərlə xidmət etmiş hərbçinin karyerasını məhv edir. Hesab edirəm ki, bütün bunları nəzərə almaq lazımdır. Açıq demək lazımdır ki, Azərbaycan ordusunda dedovşina yoxdur. Kiminsə kimisə incitməyi artıq mümkün deyil. Hər kəsin əlində telefon var. Elə bir zəmanyə çıxmışıq ki, artıq əsgər hansı bölükdə xidmət edirsə, bölük barədə məlumat almaq çox asandır. Demək olar ki, hər gün evlərinə məlumat verirlər. Baş verən intihar halları dedovşina ilə bağlı deyil. Cəmiyyətin tərkib hissəsidir. Cəmiyyət hansı ab-havadadırsa, ordu da həmişə o ab-havada olur. Cəmiyyətdə aqressiya var və bu, orduda da görünür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 991 Tarix: 21 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın
17.10.2026 176 Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək
00:25 143 Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
17.10.2026 342 Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17.10.2026 198 65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin
17.10.2026 263 Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki
17.10.2026 435 Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
00:09 139 Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddi
17.10.2026 260 Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
00:23 134