Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu
Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Əvvəlki dövrlərdə ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsinin sayı çoxluq təşkil edirdi. Bu sərçələr xüsusən də pəncərələrin önündə, parklarda, müxtəlif istirahət məkanlarında və insanların sıx toplaşdığı ərazilərdə gözə dəyirdi. Lakin son illər paytaxtda sərçələrin sayı demək olar ki, yox səviyyəsindədir. Bəs görəsən, sərçələrin sayının kəskin azalmasının səbəbi nədir?
BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı iqtisadiyyat.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov sərçələrin sayının kəskin azalmasının səbəbini açıqlayıb.
Onun sözlərinə görə, sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərə şəhərdə gedən urbanizasiya prosesi və yeni tikililərin sayının kifayət qədər çoxalması daxildir. Mütəxəssis bildirib ki, son vaxtlara qədər Bakının əsas quş faunasını sərçələr təşkil edib. O, Bakıda yerləşən binaların dam örtüyünün dəyişdirilməsi və üzlənməsinin sərçələrin sayına mənfi təsir etdiyini söyləyib.
Biologiya üzrə elmlər doktoru bildirib ki, əvvəllər sərçələr binaların çatlarında və damlarında yuva qururdularsa, artıq bu şəraitdən məhrum olublar: "Digər tərəfdən, sərçələr kol quşları hesab olunur. Sərçələr buğda dənələri, çörək, xırda doğranmış meyvələr və tərəvəzlərlə qidalanırlar. Şəhərdə kolların sayı azalıb və onların yerinə tropik bitkilər əkilib. Sərçələr tropik bitkilərdə yuva qura bilməməklə yanaşı, həmin bitkilərin meyvəsindən və toxumundan da yeyə bilmirlər. Süni çəmənliklər isə tez-tez biçildiyinə görə sərçələr qazon otların toxumundan məhrum olurlar. Yəni sərçələrin sayının azalmasına təsir edən digər faktorlardan biri də qidalanma ilə bağlıdır. Xüsusilə də pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib".
T.Kərimov qeyd edib ki, bir zamanlar paytaxt səmasında süzən sərçələr qonşu ölkələrə deyil, Bakıdan kənarda yerləşən ərazilərə köç ediblər. Onun sözlərinə görə, bu quşlar daha çox əkin sahələri olan ərazilərdə məskunlaşıblar.
"Bir neçə il öncə ölkəmizdə sərçə biznesi var idi. Çünki sərçənin əti zehinin qüvvətlənməsinə və digər orqanların fəaliyyətinə müsbət təsir edir. Lakin hazırkı məqamda ölkəmizdə sərçə biznesi mövcud deyil", - deyə dosent sərçə ətinin faydalarına da toxunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1092 Tarix: 22 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşIMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17.10.2026 184 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır
17.10.2026 174 Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
00:23 134 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ
17.10.2026 182 Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c
17.10.2026 243 Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17.10.2026 189 Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind
00:35 118 Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın
17.10.2026 176 Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17.10.2026 198