Gənc oğlan avtomobilində sevgilisini DÖYDÜ
Bakının Yasamal rayonunda 1995-ci il təvəllüdlü Fazil qısqanclıq zəminində yaranan mübahisə zamanı Nərminəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin fevralın 13-də Yasamal rayonu, Tbilisi prospekti, 49 ünvanında baş verib. Fazil həmin ünvanda idarə etdiyi "Toyota Corolla" markalı avtomobildə hərəkətdə olarkən qeyri-rəsmi münasibətdə olduğu Nərminə ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı onu qəsdən yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, təxminən 2 ildir Nərminə ilə qeyri-rəsmi münasibətdədir:
"Münasibətdə olduğum müddətdə Nərminə ilə heç bir mübahisəm olmayıb. Hadisə günü təxminən saat 13:00-da Tbilisi prospekti, 49 ünvanında idarə etdiyim avtomobil ilə Nərminəni yaşadığı ünvandan götürdüm. Hərəkətdə olan zaman Nərminə ilə aramızda qısqanclıq zəminində mübahisə yarandı. Mübahisə zamanı Nərminə mənimlə kobud və yüksək əslə danışdığı üçün əsəbiləşdim. Əsəblərimi cilovlaya bilmədim və əlim ilə onun baş nahiyəsinə yumruqla vurdum. Həmin vaxt Nərminə zərbəmin qarşısını almaq üçün sol əlini başıma qoydu və mənim yumruq zərbəm onun sol əlinə dəydi".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nərminəni sakitləşdirib və yaşadığı ünvana gətirib:
"Sonradan Nərminənin barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək onu vurmağım barədə məlumat verməyindən xəbərim oldu. Törətdiyim əməldən səmimi peşman olmuşam. Hazırda Nərminə ilə barışmışam. Nərminənin mənə qarşı heç bir şikayəti yoxdur".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminənin sözlərinə görə, təxminən 2 ildir Fazil ilə qeyri-rəsmi münasibətdədir:
"Hadisə günü təxminən saat 13:00-da Fazil idarə etdiyi avtomobili ilə məni yaşadığım ünvandan götürdü. Maşında olan zaman Fazil mənimlə qısqanclıq zəminində mübahisə etməyə başladı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilmədim, ona qarşı kobud və yüksək səslə danışdım. Bunun üçün aramızda mübahisə yarandı. Qısa müddətdən sonra Fazil əli ilə baş nahiyəmə yumruqla vurmaq istədi. Əlimi onun zərbəsinin qarşısını almaq üçün başıma qoydum. Fazilin yumruğu mənim sol əlimə dəydi. Bundan sonra Fazil məni sakitləşdirərək yaşadığım evə gətirdi. Sonradan hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək müraciət etmək qərarına gəldim. Mən hadisə zamanı sol əl nahiyəmdən xəsarət almışam. Xəsarəti mənə Fazil yetirib".
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fazilin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1160 Tarix: 24 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568