Kredit Kartları yoxsa Əhali üçün "Borc Tələsi"
Müasir dövrdə qida, əyləncə, avtomobil və başqa bu kimi xərclərin ödənilməsi zamanı pul qabımızda mövcud olan plastik kartları pos terminallara yaxınlaşdırmaq və ya onlayn platformalara daxil etmək kifayət edir. Təbii ki, təkcə kartın fiziki cəhətdən varlığı ilə kifayətlənə bilmərik. Balansında kifayət qədər vəsaitinin olması da vacibdir. Bəzən müxtəlif ödənişlərin, əməliyyatların həyata keçirilməsi zamanı ehtiyac olan vəsaitin miqdarı daha yüksək ola bilir. Bu kimi məqamlarda və yaxud digər situasiyalarda kredit kartları köməyimizə çatır. Kredit kartları banklar tərəfindən istehlakçılara alış-veriş və müxtəlif ödənişlərin icrası kimi əməliyyatları həyata keçirilməsi üçün istifadəyə təqdim olunan plastik kartlardır. Kredit kartlarının balansı istehlakçının aylıq, illik gəlirinə yaxud maliyyə qurumunun şərtlərinə uyğunlaşdırılaraq, müəyyən limit daxilində təqdim olunur. Beləliklə, kredit kart sahibi ona təqdim olunan limit daxilində xərclərini qarşılaya bilir. İstifadəçi üçün ayrılan kredit məbləği öncədən razılaşdırılmış aylar üzrə bərabər şəkildə bölünür. Müştəri hər ayın müəyyən tarixində müvafiq olaraq bölünmüş ödənişi ödəməlidir. Əks halda ödənişin üzərinə faiz məbləği toplanır ki, bu isə əlavə xərc deməkdir.
Lakin son zamanlarda kredit kartlarından istifadə edən vətəndaşların şikayətinə tez-tez rast gəlinir. Belə ki, onlar bankların təqdim etdiyi bu kartları "borc tələsi" adlandırırlar. Verilən pulların faizlərinin çox olmasından və ödəniş etdikləri təqdirdə borcun bitmədiyindən narazılıq edirlər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən bank məsələləri üzrə ekspert Emin Kərim bildirib ki, kredit kartları ötən əsrin 80-ci illərindən həm dünya bazarında, həm də banklarda dövriyyəyə daxil olub:
"Bu kartlar müştəriləri tələyə salmaq yox əksinə çətin vəziyyətdən çıxarmaq üçün vasitədir. Düzgün istifadə olunduğu təqdirdə xeyirli maliyyə alətidir. Sadəcə bizim bəzi vətəndaşlarımız məhsul şərti ilə tam tanış olmadan kartlardan istifadə edirlər. Bu da əhali arasında bankları haqqında "borc tələsi" fikrini formalaşdırır.
Bəzi bank müştəriləri şikayət edir ki, "nə qədər borc ödəsək də kredit bitmir, faizi günbəgün artır." Bunlar tamamilə yanlış yanaşma və səhv fikirdir. Plastik kart alarkən vətəndaşların diqqət yetirməli olduğu vacib məqam onun bərpa olunan kredit xətti olub olmamasıdır. Adi kredit zamanı vətəndaş kredit götürür və zamanla ödənişi ödəyərək borcu bitmiş olur. Plastik kredit kartlarında isə sistemdə pul yenilənir. Bu zaman vətəndaşda "bank borcu bitmir" fikri formalaşır".
Emin Kərim qeyd etdi ki, bank müştərilərinin bəzisi də kredit kartlarının limitinin icazəsiz artığından şikayət edirlər. İstərdim ki, bu məsələyə aydınlıq gətirim:
"Kredit limitinin artması müştərinin ödəməli olduğu məbləğın yüksəlməsi mənasına gəlmir. Bu gün kimsə 1000 manatlıq kart götürübsə onun limiti sonradan 2 və ya 3 min manat artırılırsa, bu müştəriyə bankın güvənindən xəbər verir. Plastik kartlarda faiz öhdəliyi və ödənişi istifadə olunmuş limitə görə hesablanır. 1000 manatdan 200 manat xərclənibsə müştəri yalnız 200 manatın kreditini banka ödəyir. 1000 manata görə faiz hesablanmır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1896 Tarix: 25 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
17.10.2026 206 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ
17.10.2026 182 Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
00:29 123 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291,4 min ton və ya 4,2 % azdır. Məlumata əsasən, yüklərin 39,5 %-i nef
17.10.2026 191 Türkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17.10.2026 196 Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
00:09 139 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı ŞANTAJ EDİB - TƏFƏRRÜAT
Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz pasiyentə qarşı zorakılıq göstərdiyi üçün işdən çıxarılan sanitar qadının sonrakı davranışı ilə bağlı yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, əmək müqaviləsinə xitam verildikdən sonra sanitar qadın xəstəxanaya gedib və sirkə içərək intihar
17.10.2026 217 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub
17.10.2026 139 Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
00:07 127