Ailə qurmağa hazırlaşan şəxslər üçün vacib açıqlama
Hazırda gənc ailələrin dağılmasının əsas səbəblərindən biri də narkomaniyadır. Cütlüklər evlənib bir evdə yaşayana qədər bir-birlərinin narkotik aludəçisi olub-olmadığı barədə məlumatsız olurlar. Bəzən bu məqam ya evliliyin ilk zamanlarında, ya da çox gec özünü büruzə verir.
Ona görə də təklif edilir ki, nikah üçün ərizə verilmədən əvvəl qan analizi zamanı hər iki tərəf sözügedən məsələ barədə də təhlillərə cəlb olunsun. Bir qisim şəxslər düşünür ki, belə olduqda böyük bir faciənin qarşısını almaq olar.
Sonxeber.az xəbər verir ki, mövzu barədə "Yeni Sabah"a danışan həkim, professor Adil Qeybulla təklifi belə dəyərləndirib:
"Əvvəla, onu qeyd edim ki, nikahdan qabaqkı qan təhlillərinin çox böyük önəmi var. Gənclərin talassemiya daşıyıcısı yaxud hansısa infeksiya daşıyıcısı olmasının öncədən bilinməsi çox vacibdir. Çünki hansısa bir infeksiyanın bir şəxsdən digərinə keçmə riski yaranmır. Bu birinci nüansdır. Narkoloji testə gəlincə isə, düşünürəm ki, burada da konfidensiallıq və anonimlik saxlanılmaqla onu da əldə etmək olar. Ən azı cütlüklər bir-birindən məlumatlı olmalıdırlar ki, bu da onların hüququdur".
Həkim vurğulayıb ki, dünya praktikasında bununla bağlı müxtəlif yanaşmalar var:
"Bizdə də bu məsələnin həlli üçün düşünülmüş qərar olmalıdır. Çünki çox təəssüflər olsun evlənəndən sonra belə neqativ hallar ortaya çıxır və ailə dağılır. Bu isə həm valideynlər, həm də ətrafdakı insanlarda mənfi reaksiyalara səbəb olur. Öncədən belə bir gerçəyin ortaya çıxması yaxşı olar. Bundan sonra cütlüklər özləri qərar verərlər ki, izdivac baş tutsun, ya yox. Narkotikə qurşanan bir şəxs ailəni onsuz da gec-tez faciəyə aparacaq. Ya müalicə olunmalıdır, ya da onun ailə qurması heç məqsədəuyğun deyil. O baxımdan belə bir testin nikah prosesi ərəfəsində olmasını uyğun hesab edirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 704 Tarix: 25 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
17.10.2026 206 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ
17.10.2026 182 Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
00:29 123 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291,4 min ton və ya 4,2 % azdır. Məlumata əsasən, yüklərin 39,5 %-i nef
17.10.2026 191 Türkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17.10.2026 196 Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
00:09 139 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı ŞANTAJ EDİB - TƏFƏRRÜAT
Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz pasiyentə qarşı zorakılıq göstərdiyi üçün işdən çıxarılan sanitar qadının sonrakı davranışı ilə bağlı yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, əmək müqaviləsinə xitam verildikdən sonra sanitar qadın xəstəxanaya gedib və sirkə içərək intihar
17.10.2026 217 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub
17.10.2026 139 Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
00:07 127