"Azərbaycanın BRİCS sammitində iştirakı yeni inkişaf imkanları açır"- Elçin Xalidbəyli

"Azərbaycanın BRİCS sammitində iştirakı yeni inkişaf imkanları açır"- Elçin XalidbəyliOktyabrın 22-də Kazanda XVI BRICS sammiti işə başlayıb. Bu tədbir Rusiya üçün son dövrlərin ən mühüm diplomatik hadisələrindən biridir. Eyni zamanda, Rusiyanın müasir tarixində yüksək səviyyəli xarici qonaqların sayına görə ən irimiqyaslı tədbir sayılır. O cümlədən qlobal çoxmərkəzli sistemin inkişafı və regional münaqişələrin həlli ilə bağlı müzakirələrin aparıldığı beynəlxalq platforma rolunu oynayır. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan Cənubi Qafqazın geopolitik bir ölkəsidir. Onun BRİCS sammitinə üzvülük üçün müraciəti və iştirakı olduqca təqdirəlayiq bir addımdır:

"Azərbaycanın BRİCS sammitində iştirakı yeni inkişaf imkanları açır"- Elçin Xalidbəyli"Ölkəmiz BRİCS-ə müraciət edib, toplantıda iştirak etməsi ilə birgə qərb ölkələri ilə də siyasəti uğurlu şəkildə davam etdirir. Azərbaycan Avropa birliyinin enerji təhlükəsizliyi üzrə ən etibarlı tərəftaşı sayılır. Xarici ticarətində xüsusilə də enerji resursları ixracında Avropa birliyi ölkələri sırasında öndə yer alır. Azərbaycan həm global şimalla, həm də global cənubla münasibətlərini genişləndirərək iqtisadi fəaliyyətinin əhatə dairəsini daha da inkişaf etdirir.

Bu rəsmi Bakının çox rektorlu diplomatik manevrləridir. Ölkəmiz həm qərb üçün həm də qlobal şimal üçün vazkeçilməz ölkələrdən birinə çevrilib. Azərbaycanın tranzit dəhlizlər coğrafiyasında yerləşməsi və bu coğrafiyada hegomon mövqeydə olması beynəlxalq aləmdə nüfuzunu artırır. Azərbaycan hazırda geniş-iqtisadi siyasət yürüdür. İnkişaf perespektivlərini genişləndirmək üçün bu siyasət olduqca vacib strategiyadır. Bir sözlə Azərbaycanın BRİCS sammitində iştirakı yeni inkişaf imkanları açır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 25 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

17.10.2026 206
.

Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ

17.10.2026 182
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

00:29 123
.

Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb

Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291,4 min ton və ya 4,2 % azdır. Məlumata əsasən, yüklərin 39,5 %-i nef

17.10.2026 191
.

Türkiyədə istintaq: İki məmur həbs edildi

Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr

17.10.2026 196
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

00:09 139
.

Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı ŞANTAJ EDİB - TƏFƏRRÜAT

Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz pasiyentə qarşı zorakılıq göstərdiyi üçün işdən çıxarılan sanitar qadının sonrakı davranışı ilə bağlı yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, əmək müqaviləsinə xitam verildikdən sonra sanitar qadın xəstəxanaya gedib və sirkə içərək intihar

17.10.2026 217
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17.10.2026 139
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

00:07 127
.