Azərbaycanın Xalq artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycanın Xalq artisti DÜNYASINI DƏYİŞDİ - FOTOXalq artisti Şahlar Quliyev dəfn olunub.

Oxu.Az xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları və yaxınları, eləcə də incəsənət xadimləri iştirak ediblər.

14:36

Xalq artisti Şahlar Quliyevlə Təzəpir məscidində keçirilən vida mərasimi başa çatıb.

Oxu.Az xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

14:04

Bu gün vəfat edən Xalq artisti Şahlar Quliyevlə Təzəpir məscidində vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və incəsənət xadimləri iştirak edirlər.

Mərahim Nəsib

12:34

Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə "Report"a mərhumun ailə üzvləri məlumat verib.

Qeyd olunub ki, Şahlar Quliyevlə vida mərasimi saat 14:00-da Təzəpir məscidində keçiriləcək. Vida mərasimindən sonra cənazə dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

09:46

Xalq artisti, opera ifaçısı, Prezident təqaüdçüsü Şahlar Quliyev vəfat edib.

Oxu.Az bildirir ki, bu barədə onun oğlu, aktyor Nofəl Şahlaroğlu "Instagram" hesabında məlumat verib.

"Allah sənə rəhmət etsin, ay ata. Bağışla, səni qoruya bilmədim. Görüşərik…" - aktyor yazıb.

Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub.

Azərbaycanın Xalq artisti DÜNYASINI DƏYİŞDİ - FOTOAparıcı səhnə ustası - yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. "Leyli və Məcnun"da "Nofəl", "Şah İsmayıl"da "Aslan şah", "Aşıq Qərib"də "Şahvələd", "Sevil"də "Atakişi", "Arşin mal alan"da "Süleyman", "Gəlin qayası"nda "Xan", "Koroğlu"da "Həsən xan", "Aida"da "Amonasro", "Riqoletto"da "Monterone", "Toska"da "Skarpia", "Karmen"də "Eskamilio", "Payatsı"da "Tonio", "Bohema"da "Şonar", "Natəvan"da "Qasım bəy Zakir" kimi rollar onun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbəti qazanıb.

Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış edib. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edib.

2005-ci ildə "Azərbaycan Xalq artisti" fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi.

Xalq artisti bir neçə il əvvəl onkoloji xəstəlik səbəbindən əməliyyat olunmuşdu.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 9297   Tarix: 26 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Uzak şehir"in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Axşam.az xəbər verir ki, cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kral II Corc" obrazını canlandırıb. Çağla isə hazırd

17.10.2026 202
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10.10.2026 490
.

25 milyonluq malikanəsi əlindən alına bilər

Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th

17.10.2026 289
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11.10.2026 704
.

"Kim belə fikir çatdırırsa, yalandır" - Aysel

Müğənni Aysel Əlizadə bir müddət yaşadığı İstanbuldan Azərbaycana qayıtmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb:. "Əvvəl İstanbulda konsertlər çox olurdu, yarı burada, yarı orada qalırdım. Amma hazırda Azərbaycanda qalmağ

10.10.2026 294
.

Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüsü yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görüntüsünə xoş sözlər yazıblar. Həmin paylaşımı təqdim edirik:

04.10.2026 568
.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

11.10.2026 301
.

"Bu, özümüzlə üzləşməkdən daha asandır"

"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir

12:40 168
.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17.10.2026 202
.