Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey

Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şeyKeçmişdə bu gün adi hesab etdiyimiz bir çox hərəkətlər əslində qanunsuz idi.

Lent.az xəbər verir ki, tarix bizim indi adi hal kimi qəbul etdiyimiz hərəkətləri qadağan edən qəribə qanunlarla doludur.

Çox vaxt dini inanclardan, mədəni normalardan və ya yanlış idarəçilik cəhdlərindən irəli gələn bu qanunlar zamanla sosial dəyərlərin nə qədər dəyişdiyini göstərir.

Bu gün sizə müxtəlif mədəniyyətlərdə və dövrlərdə vaxtilə qeyri-qanuni olan 10 fəaliyyəti toplamışıq.

1. İctimai yerlərdə fit çalmaq (Orta əsr Avropası)

Orta əsrlər Avropasında, xüsusilə İngiltərə və Fransada camaat arasında fit çalmaq şər ruhları çağırmaq və ya cinayətkarlar arasında gizli mesajların ötürülməsi ilə əlaqələndirilirdi.

Bu xurafat, xüsusilə gecələr fit çalmağı qadağan edən qanunların qəbul edilməsinə səbəb olmuşdu.

2. Duş qəbul etmək (Orta əsr Avropası)

Qara ölüm epidemiyasından sonra orta əsrlər Avropasında təmizlənməyə şübhə ilə baxılmağa başladı.

Hamamda çimməyin bədəni xəstəliklərə həssas etdiyinə inanılırdı. Bu qorxu 16-cı əsrdə bəzi Avropa bölgələrində hamamların qadağan edilməsinə səbəb olmuşdu.

3. Məyyən rəngli paltarlar geyinmək (Elizabet dövrünün İngiltərəsi)

Kraliça I Elizabetin dövründə insanların sosial təbəqələrinə görə nə geyinə biləcəyini tənzimləyən ciddi qanunlar var idi. Məsələn, bənövşəyi rəng yalnız kral ailəsinə məxsus idi.

Qızılı və qırmızı kimi rənglər də zadəganlara xas rənglər sayılırdı. Adi insanlara bu rəngləri geyinmək qadağan edilmişdi.

4. Şahmat oynamaq (İslam Xilafətində)

9-cu əsrdə müsəlman dünyasının çox hissəsini idarə edən xəlifə Əl-Mütəvəkkil şahmat oynamağı qadağan etmişdi. Bəzi din alimləri bu qadağanı dəstəkləyərək, şahmatın ibadətdən yayındırdığını və qumar oynamağa təşviq etdiyini deyirdilər.

5. Milad bayramını qeyd etmək (Puritanların dövründə İngiltərə və Amerika)

17-ci əsrdə İngiltərə və Amerikadakı puritanlar Milad bayramına bütpərəst mənşəli ekstremal hadisə kimi baxırdılar.

Puritanlar hakimiyyətə gələndə Milad bayramını qeyd etməyi qadağan etdilər. Bu qadağa Amerikada 19-cu əsrə qədər qüvvədə qaldı.

6. Gecə gəzintisi (Feodal Yaponiyası)

Feodal Yaponiyasında gecə gəzintisi cinayətkarlar və qovulmuş insanlarla əlaqələndirilirdi.

Ciddi komendant saatı tətbiq edilmişdi və adi insanlar gecə küçəyə çıxdıqları üçün cəzalandırıla bilərdilər.

7. İctimai yerlərdə rəqs (XVIII əsr Avropası)

Protestantlığın təsiri altında olan ərazilərdə, xüsusən də Kalvinist Cenevrəsində ictimai yerlərdə rəqs etmək qadağan idi.

Səlahiyyətlilər inanırdılar ki, rəqs şəhvətli düşüncələrə və əxlaqsız davranışlara səbəb ola bilər.

8. Qəhvə içmək (Osmanlı İmperatorluğu)

Osmanlı İmperiyasının sultanı IV. Murad qəhvəxanalarda siyasi müzakirələrin iğtişaşlara səbəb ola biləcəyindən qorxaraq qəhvə içməyi qadağan etmişdi.

9. Şalvar geyinmək (XIX əsr Fransası)

19-cu əsrdə Fransada qadınların polis icazəsi olmadan şalvar geyinməsi qadağan idi. Şalvar yalnız kişi geyimi sayılırdı. Bu qanun qadınların ətək və ya don geyinməsini tələb edirdi.

10. İctimai yerlərdə öpüşmək (Amerika)

Amerikada, xüsusən Puritanların hakimiyyəti altında, ictimai sevgi nümayişi qadağan edilmişdi. Hətta evli cütlüklərin belə ictimai yerlərdə öpüşməsi yersiz hesab olunurdu.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1203   Tarix: 27 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.