"Cinayət Məcəlləsində ev dələduzluğu azadlıqdan məhrum etmə ilə cəzalandırılır"- vəkil Turan Abdullazadə

"Cinayət Məcəlləsində ev dələduzluğu azadlıqdan məhrum etmə ilə cəzalandırılır"- vəkil Turan AbdullazadəSon zamanlarda sosial mediada vətandaşların kirayə və satışda olan mənzillərin bir neçə şəxsə eyni vaxta verilməsi haqqında şikayəti ilə qarşılaşırıq. Qeyd edilir ki, evlərlə tanış olub "beh" verilir, lakin son məqamda bir neçə şəxsdən ödəniş alındığı məlum olur. Araşdırılanda və zəng vurulanda isə evi kirayə verən və ya satan şəxslərin nömrələrinə "zəng çatmadığı" ortaya çıxır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır:

"Cinayət Məcəlləsində ev dələduzluğu azadlıqdan məhrum etmə ilə cəzalandırılır"- vəkil Turan Abdullazadə"Yəni etibarnamə mülkiyyət sənədi yox, vəkalət sənədidir. Tez-tez şahidi oluruq ki, etibarnamə ilə adətən sənədləşdirilə bilməyən torpaqlar qeyri-rəsmi şəkildə satılır. Yəni sənədsiz torpağı satan şəxs digər alan şəxsə torpağa dair etibarnamə verməklə alqı-satqı həyata keçirirlər. Bu hərəkət qanunsuz olmaqla yanaşı heç bir hüquqi zəmanətə də malik deyil. Mülki Məcəlləyə əsasən, daşınmaz əmlak üzərində mülkiyyəti təsdiq edən yeganə sənəd Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdır. Bundan başqa bildirmək istəyirəm ki, daşınmaz əmlaka dair rəsmi alqı-satqı müqaviləsi yalnız notariusda bağlanıla bilər. Etibarnamə verən şəxs istənilən vaxt gedib onu ləğv etdirə bilər. Bu zaman necə deyərlər " it də gedəcək, ip də". Lakin bununla da iş bitmir. Torpağı etibarnamə əsasında alan şəxs onun ilkin (kök) hüquqmüəyyənedici sənədləri qaydasında olmadığı üçün ya heç vaxt həmin torpağı sənədləşdirə bilməyəcək, ya da illərlə məhkəmə çəkişmələrində vaxtını və pulunu itirərək nələrəsə nail olacaq. Bələdiyyələrə münasibətdə bildirmək istərdim ki, hazırda Bakı şəhəri və ətraf regionlarda Prezidentin 23 oktyabr 2007-ci il tarixli sərəncamı ilə bələdiyyələr tərəfindən alqı-satqı yolu ilə torpaqların verilməsi dayandırılıb. Dələduzluqla qarşılaşmaq istəməyən vətəndaşlar bunu anlamalıdırlar daşınmaz əmlak alqı-satqısının qanuni yalnız bir yolu var: Notariusda rəsmi alğı-satqı müqaviləsi bağlamaq".

"Cinayət Məcəlləsində ev dələduzluğu azadlıqdan məhrum etmə ilə cəzalandırılır"- vəkil Turan AbdullazadəTuran Abdullazadə qeyd etdi ki, qalan bütün addımlar vətəndaşları uçuruma aparır ( MTK-larda çoxmənzilli binadan müqavilə yolu mənzil almaq istisnadır, notarial qaydada olmasa da həmin mənzillərə sonradan çıxarış almaq olur):

"Əgər etibarnamə ilə fərdi yaşayış evi, torpaq sahəsi almısınızsa bunun heç bir təminatı yoxdur. Lakin bir evi qanunsuz olaraq iki nəfərə satan adamın əməlində təbii ki, dələduzluq cinayətinin tərkibi var. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər: xeyli miqdarda ziyan vurmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə-on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Evlərin kirayə verilməsi məsələsinə gəlincəsə bildirmək istəyirəm ki, vətəndaşlar kirayə müqaviləsi bağlamadı üçün burada təminata malik deyillər. öncədən ödəniş edibsə vətəndaş polisə müraciət edib dələduzluqla bağlı ondan "beh" alan adamı şikayət edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1036   Tarix: 28 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17.10.2026 202
.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

17.10.2026 200
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

00:09 0
.

Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ

17.10.2026 180
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

00:25 0
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, onlarda

17.10.2026 188
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17.10.2026 99
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17.10.2026 325
.

Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər

Yəmənin hökumət qüvvələri Təiz əyalətinin cənub-şərqində husilərin səkkiz saatdan çox davam edən hücumlarını dəf etdiklərini bildiriblər. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Yəməndəki əməkdaşlarına istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Təiz şəhəri müntəzə

17.10.2026 183
.