"Jaguar" Britaniyada avtomobil satışını dayandırdı - SƏBƏB

"Jaguar" Britaniyada avtomobil satışını dayandırdı - SƏBƏBƏfsanəvi Britaniya avtomobil istehsalçısı "Jaguar" Böyük Britaniyanın daxili bazarında yeni avtomobillərin satışını dayandırmaq qərarına gəlib. Bu, təxminən dörd il əvvəl təqdim edilən "Reimagine" adlı yeni brendin inkişaf strategiyası ilə bağlıdır.

Oxu.Az bu barədə Motor1.com şirkətin bəyanatına istinadən məlumat verib.

Bu strategiyaya əsasən, "Jaguar" 2025-ci ilə qədər tam olaraq lüks elektrikli avtomobil istehsalına keçməlidir. Bununla əlaqədar olaraq şirkət "E-Pace", "XE", "XF", "F-Type" və "F-Pace" kimi məşhur modellər də daxil olmaqla, Britaniya bazarı üçün daxiliyanma mühərrikli bütün modellərin istehsalını dayandırıb. Yığılmış bütün avtomobillər artıq satılıb.

Xarici bazarlar üçün "F-Pace" yolsuzluq avtomobilləri hələ də istehsal olunur, lakin onların da günləri sayılıdır.

"Jaguar"ın yeni strategiyasına görə, brend BMW, "Mercedes-Benz" və "Audi" kimi ənənəvi rəqiblərlə deyil, "Bentley" və "Aston Martin" kimi markalarla rəqabət aparacağı daha yüksək seqmentə keçəcək.

"Jaguar" hələ yeni nəsil elektrikli avtomobil təqdim etməyib, lakin ilk modelin "Porsche Taycan"ın rəqibi olacağı gözlənilir. 2026-cı ildə isə şirkət "Bentley Bentayga" lüks yolsuzluq avtomobilinə rəqib buraxacağını vəd edir.

Bununla paralel olaraq, indi sadəcə JLR adlanan "Jaguar Land Rover" şirkətinin strukturunda dəyişikliklər baş verir. "Land Rover" brendi yox olacaq və onun yerini "Defender", "Discovery" və "Range Rover" olmaqla üç marka tutacaq.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 659   Tarix: 03 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milan metrosunda "Betmen" effekti

İtaliyanın Müqəddəs Ürək Katolik Universitetinin psixoloqları Milan metrosunda maraqlı bir eksperiment keçiriblər. Axşam.az-ın məlumatına görə, onlar müəyyən ediblər ki, vaqonda "Betmen" kimi geyinmiş biri olduqda insanlar hamilə qadınlara daha tez-tez yer verir. "Betmen"siz vaqonlard

30.11.2025 328
.

Hamam dəsmalı istifadə edən bütün ailələrə xəbərdarlıq

Gündəlik həyatda mütəmadi istifadə olunan hamam dəsmalları ilə bağlı mütəxəssislər ciddi xəbərdarlıq edib. Təhlükəsizlik və təmizlik məqsədilə istifadə olunan bu dəsmallar, əslində, diqqət yetirilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, xüsusil

30.11.2025 627
.

Bahalı kimyəvi maddələr almayın: Sadə üsulla boruları 30 dəqiqəyə açın

Drenaj boruları müxtəlif səbəblərdən tıxana bilər. Mətbəxdə bu, adətən zamanla toplanan yağ qalıqları və yemək artıqlarıdır. Hamamda isə saç və sabun qalıqları boruların daralmasına səbəb olur. Bütün bunlar mətbəx çanağı və duş yerlərində ciddi tıxanmalara gətirib çıxara bilər. xəbər verir ki, mütəxəssislə

29.11.2025 333
.

Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır

Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymət

06.12.2025 157
.

"YouTube"a giriş üçün sürücülük vəsiqəsi tələb ediləcək

"YouTube" MDB ölkələrindəki istifadəçilərdən yaşlarını təsdiqləmələrini tələb etməyə başlayıb. xəbər verir ki, bunun üçün pasport və ya sürücülük vəsiqəsinin fotosu, selfi, həmçinin kart və ya e-poçt məlumatlarının daxil edilməsi istənilir. ABŞ-də isə platforma yetkinlik yaşına çatmayanlar

29.11.2025 321
.

Şorbanı möhtəşəm edən detal - İlk 20 dəqiqə qapağı...

Mətbəxə girən hər kəsin əsas məqsədlərindən biri az ərzaqla ən yaxşı dadı əldə etməkdir. Şorba bişirərkən qazanının qapağını açıq saxlamaq, yoxsa örtmək barədə sual isə burada böyük fərq yarada bilər. xəbər verir ki, şeflərin illərdir tətbiq etdiyi bu kiçik nüans əslində şorbanın xarakterini tamamil

30.11.2025 312
.

DİQQƏT! Bu gündən dekabrın 17-dək...

Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq. "Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, meteo

00:13 113
.

Türkiyədə pasiyentin öd kisəsindən 20 mindən çox daş çıxarıldı

Türkiyənin Manisa vilayətinin Soma rayonunda qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 70 yaşlı Ayşe Çobanların öd kisəsindən əməliyyat yolu ilə 20 mindən çox daş çıxarılıb. bu barədə İHA agentliyinə istinadən xəbər verir. Daşların sayının çoxluğundan həkimlər onları saya bilməyiblər, bunu

29.11.2025 296
.

Plova duz nə vaxt əlavə olunur?

Plova duz adətən bişirmə mərhələsində, suyun içinə əlavə olunur və bu şəkildə düyü duzu bərabər şəkildə özünə çəkir. Düyünü yuyarkən çox az miqdarda duz istifadə etmək mümkündür, lakin reseptlərin böyük əksəriyyətində duz bişmə zamanı əlavə edilir. Su qaynamağa başladıqdan sonra dadına baxaraq duz miqdarın

30.11.2025 411
.

TOP MP3